Sahur etmək vacibdirmi?

Ənəs b. Malik (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Allah Rəsulu ( ﷺ ) belə buyurmuşdur:

Səhər vaxtında yeyin və için. Çünki onda bərəkət vardır.[1]

------------------------

İzahı:

İmam Buxari ( رحمه الله) , İmam Muslim ( رحمه الله) və İmamTirmizi ( رحمه الله) də bu hədisi rəvayət etmişlərdir. İmam Tirmizi ( رحمه الله) , hədisin həsən-səhih olduğunu söyləmişdir.

İbn Hacər əl Əsqalani ( رحمه الله) , Fəthu'l-Bari'də belə deyir:

Bəzilərinə görə, "bərəkət"dən məqsəd:

"Səhər vaxtında sahur yeməyi vəsiləsi ilə oyanıb dua etməkdir. Ən uyğunu isə, budur ki:

Sahur yeməyinə qalxmaqla fərqli yönlərdən bərəkət hasil olur. Bu yönlərin bir qismi bunlardır:

•Peyğəmbər ( ﷺ ) in sünnətlərinə riayət etmək;

• Kitab əhlinə müxalifət etmək;

• İbadət üçün qüvvət almaq;

• Aclığın yol açdığı halsızlığı bərpa etmək;

• Gümrahlıqla oruc ibadətinə yönəlmək;

• Səhər vaxtında kömək istəyən yoxsullara sədəqə vermək;

• İbadət və duaların məqbul olduğu qüvvətlə umulan səhər vaxtında ibadət və dua etmək;

• Oruc niyyətini axşam unutmuş olana, niyyət etmə imkanını qazandırmaqdır."

Hədisdəki əmr, alimlərcə məndubluq üçündür. Yəni oruc tutacaq kimsələrin səhər vaxtında qalxıb bir şey yeməkləri və yə içməkləri, sünnətdir, vacib deyildir.

İbnu'l-Munzir ( رحمه الله) , bu hüküm xüsusunda icma olduğunu söyləmişdir.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): Sahur yeməyini yemək haqqında gələn hədislər babı, hədis no: 1692

Read 3 times
In order to make a comment, please login or register