Salman əl-Farisin (radiyallahu anh) ağladığı iki şey.

Ənəs (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Salman (əl-Farisi) (radiyallahu anh) xəstələndi. Sa'd b. əbi Vaqqas da onu ziyarət etməyə getdi. Salmanı ağlayarkən gördü. (Bunun üzərinə) Sa'd ona (belə) dedi:

"Ey qardaşım! Səni ağladan nədir? Sən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ilə dostluq etmədin mi? (Elə) deyil mi, (belə) deyil mi? (yəni bu, bu fəzilətlərin var)." 

Salman:

"(Bu) 2 şeydən biri üçün ağlamıram:

Mən nə dünyaya bir düşkünlükdən dolayı, nə də axirəti sevməməkdən dolayı ağlayıram. Lakin Allah Rəsulu (sallallahu aleyhi və səlləm) mənə bir şey tövsiyyə etdi də, mən özümü o tövsiyyənin sərhədlərini mütləq aşdığımı (yəni o tövsiyyəni yerinə gətirmədiyimi) sanıram. (Yəni bundan dolayı ağlayıram)."

Sa'd:

"O, sənə nə tövsiyyə etdi?" diyə soruşdu. Salman (belə) dedi:

O, mənə:

"Minik heyvanı üstündə yolçuluq edən birinin azuqəsi qədər (mal) hər birinizə yetər."  diyə tövsiyyə etdi. Halbuki mən, özümü, o tövsiyyənin (sərhədlərini) aşdığımı sanıram. 

Sənə gəlincə isə, ey Sa'd:

"• Hökm verəcəyin zaman, hökmündə;

 • Bir şeyi insanlar arasında bölüşdürəcəyin zaman bölüşdürməndə (yəni ədalətli paylaşdırmaqda); və 

 • Niyyətləndiyin zaman niyyətindəki əzmində, Allahdan qorx (əzabından çəkin) dedi."

(Ravilərdən) Sabit deyir ki:

"Salman (radiyallahu anh) (vəfat etdiyində) yanında olan 20 dirhəmlik nəfəqədən başqa bir mal buraxmadığı xəbəri mənə çatdı."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Dünyada zühd (yəni dünyaya rəğbət göstərməyib ondan üz çevirmə) babı", hədis no: 4104)

------------------

İzahı:

Bu hədisin bir bənzərini, Hakim də rəvayət edərək, sənədinin səhih olduğunu söyləmişdir.

əl-Munziri (rahmətullahi aleyh), "ət-Tərğib və't-Tərhib"də, həm ibn Macə'nin bu hədisini, həm də Hakim'in hədisini rəvayət etmiş və ibn Macə'nin sənədindəki bütün ravilərin siqa şəxslər olub Buxari və Muslim'in, bu ravilərin rəvayətlərini öz səhihlərinə aldıqlarını, yalnız Cəfər b. Süleyman'ın rəvayətlərini sadəcə Muslim'in aldığını, yəni Buxari'nin almadığını ifadə etmişdir.

"Ət-Tərğib və't-Tərhib"dəki rəvayətdə, hədisin sonunda, Sabit'ə aid söz:

فبلغني أنه ما ترك إلا بضعة وعشرين درهما مع نفيقة كانت عنده

"Salman (radiyallahu anh)'ın (vəfat etdiyində), yanında olan bir az azuqə ilə bərabər 20 dirhəmdən başqa mal buraxmadığı xəbəri mənə çatdı." şəklindədir.

Müsəlmanların bir birilərinə haqqı tövsiyyə etmələri, İslami bir prinsip olduğu üçün, Salman (radiyallahu anh), ziyarətinə gələn Sa'd b. əbi Vaqqas (radiyallahu anh)'a zikr edilən tövsiyyələr etmişdir.

In order to make a comment, please login or register