Sani isminin şərhi

Quranda, açıq olaraq gəlməmişdir. Əbu Hureyrə (radiyallahu anh)'ın rəvayət etdiyi (99 isim) hədisində, isimlər arasında sayılmamışdır.

~ Muslim'də, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Sizdən heç kim: 'Allahım! İstəyirsənsə, məni bağışla. Əgər istəyirsənsə, mənə rəhm et!' deməsin. Qoy, hər kəs, qətiyyətlə dua etsin. Çünki heç kim, Allahı, nəyəsə vadar edə bilməz." (Muslim, hədis no: 2679; Buxari, hədis no: 6338, 6339)

~ Quranda da,

...صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ...

"...Bu (dağların, bulud kimi axıb getməsi), hər şeyi, sağlam qılan (kamil şəkildə edən) Allahın sənətidir (sun'udur, işidir)..." (Nəml/88) buyurulmuşdur.

Beyhaqi də, Huzeyfə (radiyallahu anh)'dan, belə rəvayət edir: Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Şübhəsiz ki, Allah, hər düzəldəni; düzəltdiyi hər şeyi düzəldən (yaradan)'dır." (Beyhaqi, "əl-Əsma və's-Sifət", s. 43)

Qul üçün bu ismin istifadə edilə biləcəyində, ixtilaf yoxdur.

Həlimi deyir:

Sani'nin mənası, "tərkib edən, heyətini hazırlayan" deməkdir. Allah Taala, belə buyurur:

...صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ...

"...Bu (dağların, bulud kimi axıb getməsi), hər şeyi, sağlam qılan (kamil şəkildə edən) Allahın sənətidir (sun'udur, işidir)..." (Nəml/88)

Sani, "edən, düzəldən" mənasında da ola bilər. Bu halda, həm "var etmək"; həm "heyət verib hazırlamaq" mənaları muhtəvasına girər. (Həlimi, "əl-Minhac fi Şuabi'l-İman", 1/194)

İbnu'l-Arabi, deyir:

"Fail", "Sani", "Amil", bu ləfzlər, "bir şeyi, yoxluqdan varlığa çıxaran kimsə" üçün istifadə edilir. "Kəsb edən" (işə təşəbbüs edən) haqqında da istifadə edilir. Bu sifətlərlə Rəbbimizi vəsf etdiyimizdə, sifət, həqiqət olaraq Ona aid olar. Qula izafə edilər və bu sifətlə özündən xəbər veriləcək olsa, şəriətdə varid olduğu və istifadəsinə icazə verildiyi şəklilə:

...وَكَذَ‌ٰلِكَ يَفْعَلُونَ

...Və kəzəlikə yəfəlun.

"...Onlar, bax belə edərlər." (Nəml/34)

...وَٱللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ

...Vallahu yə'ləmu mə təsnəun."

"...Allah, nə etdiyinizi bilir." (Ənkəbut/45)

şəklində istifadə edilərsə, kəsb və zahirən var etmək mənasına rücu edər (qayıdar). Həqiqətdə isə, bunların faili, Allahdır. Belə buyurulduğu kimi:

وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ

"Axı sizi də, sizin düzəltdiklərinizi də, Allah yaratmışdır." (Saffat/96)

Çünki bu məna, yalnız Ona aiddir.

Bundan dolayı, hər mükəlləfin, Allahdan başqa Sani olmadığını; düzəldilmiş, yaradılmış hər şeyin, Onun sənəti olduğunu bilməsi, vacibdir.

Bununla bərabər, özü də, ruzisini qazanacağı bir sənət öyrənməlidir. İnsanlara, yük olmamalıdır. Allah Taala, peyğəmbəri Davud'dan belə xəbər vermişdir:

وَعَلَّمْنَـٰهُ صَنْعَةَ لَبُوسٍ...

Və alləmnəhu sənətə ləbusin...

"Ona, zireh düzəltməyi öyrətdik..." (Ənbiya/80)

Davud (əleyhissəlam), zireh düzəldib satardı. Səbət də düzəldərdi.

~ Adəm, əkinçi;

~ Nuh, dülgər;

~ Loğman, dərzi;

~ Talut da, dəbbağ (dəri düzəldən) idi.

Quranda,

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ مِنَ ٱلْمُرْسَلِينَ إِلَّآ إِنَّهُمْ لَيَأْكُلُونَ ٱلطَّعَامَ وَيَمْشُونَ فِى ٱلْأَسْوَاقِ...

"Səndən öncəki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar..." (Furqan/20) buyurulmuşdur.

Alimlər, dedilər: "Zənaat icra edər (yəni, Onlar, sənətlə məşğul olar, ticarət edərlərdi."

Allah rəsulu (sallalahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ruzim, nizəmin kölgəsində qılınmışdır." (ibn əbi Şeybə, "əl-Musannəf", 5/313)

Bu da, sənə kifayət edər. Bu mövzunu, "Kamu'l-Hirs bi'z-Zühd" adlı kitabımızda, kifayət qədər açıqladıq.

(Qurtubi, "əl-Əsna fi şərh-i Əsmaillahi'l-Husnə və Sifətihi'l-Ulyə" əsərindən nəql)

 

Read 2 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR