Şeytan Əbdülqədir Qeylani Həzrətlərinə səsləndikdə bir tərəfdən səs gəldiyi üçün şeytan olduğunu anladığı deyil. Hz. Musa (ə.s.) Allahu-Təala ilə danışdıqda ağacdan səsi eşitmişdir. Bu qissə ayəyə zidd deyil?

 

“Əbdülqədir Qeylani səslənənin səsinin bir tərəfdən gəldiyi üçün onun Allah olmayacağını anlamışdır...” fikri, bildiyimiz qədər, doğru deyil.

O əhvalat əslində belədir: (özü danışır.)

Gözümə böyük nura bənzəyən bir şey göründü. Səma onunla doldu. Sonra ondan sanki bir surət peyda oldu. Mənə belə dedi:

“Ey Əbdülqədir! Mən sənin Rəbbinəm, haramları sənin üçün halal etdim.” Onu bu sözündən tanıdım. Şeytan olduğunu dərhal anladım və aramızda bu söhbət oldu:

Mən: “Çəkil, ey lənətlənmiş! Mənə o nur deyə göstərdiyin şey zülmətin özüdür. O surət isə dumandan başqa bir şey deyil.” dedim.

Şeytan: “Rəbbin hikməti sayəsində əldə etdiyin elmlə məndən xilas oldun. Dünyadakı elmi incəliklərə vaqif olmağın sənə kömək etdi. Halbuki mən bu cür yollarla yetmişə qədər əhli-tariqi (Allaha iman gətirmişi, mömini) yoldan çıxardım.” dedi.

Mən: “Bu, Allahın bir lütfüdür.” dedim.

Bu hadisəni dinləyənlərdən bəziləri ona: “Onun şeytan olduğunu necə anladın?” deyə soruşdular. Belə cavab verdi: “Sənə haramları halal etdim deməsindən.” (Şa’rani, et-Tabakatü’l-Kübra, səh. 456).

Bu açıqlamalardan məlum olur ki, bu hadisə sözügedən ayəyə zidd deyil.

 

Read 9.043 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR