Şeytanın sevdiyi kimsələr

İbn  Abbas (رضي الله عنه) rəvayət edir ki,  bir  gün  Rəsulullah ( ﷺ )     lənətə  gəlmiş  İblisə  dedi: “Mənim  ümmətimdən  sənə  sevimli olan  kəslər  kimlərdir?”  O  dedi:  “On  nəfər: 

1️⃣. Zülmkar  başçı,
2️⃣. Təkəbbürlü kimsə,
3️⃣. Mal-dövlətinin haradan  gəlib, hara sərf olunduğuna  əhəmiyyət verməyən  varlı, 
4️⃣. Başçının  zülmünə inanan alim,
5️⃣. Xain  ticarətçi,
6️⃣. İnhisarçı,
7️⃣. Zinakar,
8️⃣. Sələm  yeyən,
9️⃣. Haradan  pul yığmasına  əhəmiyyət verməyən  paxıl,
1️⃣0️⃣. İçki içib sərxoşluq  edən  adam”. 

Sonra  Peyğəmbər  ( ﷺ )    soruşdu: “Bəs mənim  ümmətimdən  düşmənlərin  nə  qədərdir?”  O  dedi: “İyirmi nəfər.

1️⃣. Onların  başçısı  sənsən  ey Muhəmməd,  mən sənə  nifrət edirəm, 
2️⃣. Habelə  elminə əməl edən alim,
3️⃣. Quranı  öyrənib  ona  əməl edən, 
4️⃣. Beş  vaxt namaz üçün azan verən,
5️⃣. Yetimləri,  kasıbları  və  yoxsulları  sevən  kəs
6️⃣. Mərhəmətli qəlbə sahib olan kəs,
7️⃣. Haqqa qarşı  təvazökar  olan,
8️⃣. Allaha itaətdə  böyüyüb boya-başa çatan kəs,
9️⃣. Halal  yeyən,
1️⃣0️⃣. Bir-birini Allah üçün sevən  gənclər,
1️⃣1️⃣. Camaat  namazına həris  olan  kəs, 
1️⃣2️⃣. Gecə  insanlar yatmış  ikən namaz qılan,  
1️⃣3️⃣. Özünü  haramdan qoruyub saxlayan,
1️⃣4️⃣. Qəlbində  heç  bir  şey olmadan dua edən kəs,
1️⃣5️⃣. Daima dəstəmazlı  olan,
1️⃣6️⃣. Səxavətli  şəxs,
1️⃣7️⃣. Gözəl  əxlaqlı  kəs,
1️⃣8️⃣. Allahın  ona əmanət  verdiyi  kəsə  inanan  namuslu,
1️⃣9️⃣. Dul  qadınlara  köməklik göstərən və 
2️⃣0️⃣. Ölümə  hazırlaşan adam”.

İmam İbn Həcər  əl-Əsqəlani   (  رحمه الله) : Əbədi Həyata  Hazırlıq kitabından alıntı:

Read 3 times
In order to make a comment, please login or register