Şiəyə görə əhli sünnət kafirdirmi?

Rafizilər iki qismdir. Əhli Sünnətin qardaş olduğunu deyənlər və açıqca Əhli Sünnəti təkfir edənlər.

Əhli Sünnəti qardaş hesab edən rafizilər də iki qismdir:

1. Öz məzhəblərindən xəbərsiz olanlar. Bunların hidayəti üçün dua edərik. Onlardan olan bir çoxunun halı bu cürdür.

2. Öz məzhəblərindən xəbəri olanlar, lakin təqiyyə edib yalandan üzdə qardaş deyənlər. Bunların şərrindən Allaha sığınarıq.

Əhli Sünnət arasında bu təqiyyə əhlinin yalanlarına aldananlar təəssüflər olsun ki, hələ də var. Bu gün savaş bölgələrində qadınlara, qocalara, uşaqlara yönəlik rafizi terroruna rəğmən rafizilərin bu yalan qardaşlıq nağıllarına inananlara söylənəcək söz yoxdur.

Məşhurdur ki, təqiyyə edən rafizlər Əhli Sünnəti aldatmaq üçün "Bizlər qardaşıq" deyir və çox zaman da "sadəcə sizlər Əhli Xilafsınız, yəni bəzi məsələlərdə bizə müxalifsiz" deyirlər.

Rafizi alimlərinin kitablarında da Əhli Sünnət ya "nasibi" ya "əhli xilaf" ya da "ammə" adlarıyla adlanır. Və o kitablarla tanış olanlar orada rafizilərə görə Əhli Sünnətin, sadəcə zahirən müsəlman, həqiqətdə isə kafir olduğu hökmünün keçdiyindən xəbərdardır. Biz o kitablardan sadəcə birindən nəql verməklə kifayətlənəcəyik:

Rafizi kitablarında "əş-Şəhidu-s-Səni" ləqəbiylə tanınan Zeynəddin əl-Amili, özünün "Həqaiqu-l-İman" kitabında əhli xilaf, yəni biz Əhli Sünnət haqqında bunları deyir:

"Bil ki, imamiyyədən olan bir qrup alim, əhli xilafın kafir olmasına hökm etmişdir. İmamiyyə alimlərinin çoxu isə, müsəlman olmalarına hökm etmişlər. Zahir olan budur ki, (onları kafir görənlər) onların zahirdə deyil, həqiqətdə kafir olduqlarını qəsd etmişlərsə, burada (şiə imamları arasındakı) ixtilaf ləfzidir. Çünki onları müsəlman görənlər bizim dediyimiz mənada, yəni zahirən İslam əhkamlarının çoxunun onlar üzərində keçərli olduğunu qəsd etmişlər. Yoxsa ki, onların həqiqətən müsəlman olduqlarını söyləməmişlər. Bu səbəbdən onların Cəhənnəmə girəcəkləri haqda icma nəql etmişlər. Yox əgər (onları kafir görənlər) həqiqətdə də, zahirən də kafir olduqlarını qəsd etmişlərsə, bu görüş doğru deyil və dəlili də yoxdur. Əksinə, dəlil, onların zahirən müsəlman olması yönündədir. Necə ki, Peyğəmbər -əleyhissalam- “İnsanlar “Lə iləhə illəllah” deyincəyə qədər onlarla savaşmaqla əmr olundum” buyurmuşdur". [Zeynəddin əl-Amili, Həqaiqu-l-İman, 132].

Bunu anlamayanlara bir az açıqlayaq. Yəni imamilərə/rafizilərə görə əhli xilaf/Əhli Sünnət, sadəcə zahirən dünya əhkamlarının üzərlərində icra edilməsi baxımından müsəlmandılar. Həqiqətdə isə, kafirdilər. Onlara müsəlman deyən rafizi alimləri də həqiqətən müsəlman olduqlarını qəsd edərək deyil, sırf zahirən müsəlman olduqlarını qəsd edərək demişlər. Yəni münafiqlər necə ki, zahirən müsəlman sayılır, rafizilərə görə Əhli Sünnət də münafiqlər kimi sadəcə zahirən müsəlmandır.

Read 33 times
In order to make a comment, please login or register