Sirat körpüsü haqqında məlumat verərsinizmi?

4280- əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Sirat (körpüsü), cəhənnəmin ortasında bir yerdə, sə'dən tikanları kimi (atəşdən) tikanlar üzərində olacaq. Sonra insanlar ordan keçməyə çalışacaqlar.

• Kimiləri sağlam bir şəkildə keçərək qurtulacaq;

• Kimiləri o (atəşdən) tikanla cırmaqlanmış olaraq keçib qurtulacaq;

• Kimiləri də, o tikana ilişərək baş aşağı cəhənnəmə atılacaq."

--------------------------

4281- Hafsa (radiyallahu anha)'dan belə rəvayət edilir:

Nəbi (sallallahu aleyhi və səlləm):

"İnşə Allah Taala, Bədir (döyüşün)'də və Hudeybiyyə (səfərin)'də iştirak etmiş (müsəlman)'lardan heç kimin cəhənnəm atəşinə girməməsini (qüvvətlə) umuram."

buyurdu. Hafsa deyir ki: Mən:

"Ey Allahın rəsulu! Allah:

وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَّقْضِيًّا

"İçinizdən hər kəs oraya (cəhənnəmə) varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır." (Məryəm/71)

buyurmadımı?" dedim. (Bunun üzərinə) Allah rəsulu (sallallahu aleyhi və səlləm):

ثُمَّ نُنَجِّى ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّنَذَرُ ٱلظَّـٰلِمِينَ فِيهَا جِثِيًّا

"Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik." (Məryəm/72)

buyuruğunu eşitmədinmi?" buyurdu.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (zühd kitabı): "Ba's (yəni ölümdən sonra dirilmək) haqqında gələn hədislər babı")

-------------------------

İzahı:

4280 no-lu Əbu Səid (radiyallahu anh) hədisinin bir bənzərini, Muslim, "İman" kitabının 81-ci babında uzun bir mətn içində rəvayət etmişdir.

Bu hədisdə keçən:

• "həsək": "həsəkə"nin cəm halıdır. Əsl mənası: "tikan" deməkdir. Burda, "atəşdən çəngəl" mənasında istifadə edilmişdir.

• "sə'dən": Tikanlı bir bitkidir. Dəvənin ən dəyərli və bəsləyici otu sayılır.

Bu hədisdə, Sirat körpüsündən keçmək zəruriyyətində buraxılan insanlar, 3 sinfə ayrılmışdır:

1. Sağlam keçəcək və qurtulacaq bəxtiyar müsəlmanlar;

2. Dərisi, o tikanlarla cırmaqlandıqdan sonra, qurtula biləcək müsəlmanlar;

3. Atəşdən çəngəllərə ilişib qalacaq və baş aşağı cəhənnəmə yuvarlanacaq olan kimsələr.

-------------------------

4281 no-lu Hafsa (radiyallahu anh) hədisində keçən Məryəm/71-72 ayətləri üçün, təfsirlərə müraciət edilə bilər. Çünki bunları açıqlamaq, bir xeyli yer alacaqdır. Ancaq bunu söyləməklə kifayətlənəcəyik:

Bu ayətlərdən də anlaşılacağı üzərə, bütün insanlar, cəhənnəmə girəcəklər. Lakin Allahın məğfirətini qazanmış möminlər, heç bir zərər görmədən keçib cənnətə qovuşacaqlar.

Müşriklər isə, cəhənnəmdə əbədi əzab görəcəklər.

Mömin olub günahları olan kimsələrin cəhənnəmdə əzab görmədənmi, yoxsa cəzalarını çəkdikdən sonramı cənnətə gedəcəklərini, ancaq Allah Taala bilir.

Read 42 times
In order to make a comment, please login or register