Sözlə cihad vardırmı?

 

4011- Əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Cihadın ən fəzilətlisi, zalım bir sultan yanında (yaxşılığı əmr edici və ya pislikdən çəkindirici) haqq bir söz söyləməkdir."

------------------------------------

4012- əbu Umamə (radiyallahu anh)'dan belə rəvayət edilir:

(Mina'da) birinci cəmrə (hacıların şeytan daşladıqları yer) yanında, bir adam, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə belə dedi:

"Ey Allahın rəsulu! Hansı cihad daha fəzilətlidir?"

Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu suala cavab vermədi.

Sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm), ikinci cəmrəyə daş atınca, adam, Ondan (yenə eyni şeyi) soruşdu.

Allah rəsulu (sallallahu aleyhi və səlləm, (yenə) susdu.

Daha sonra Nəbi (sallallahu aleyhi və səlləm), Aqabə cəmrəsinin daşlarını atınca, (miniyinə) minmək üçün ayağına üzəngiyə qoydu. (Sonra belə) buyurdu:

"Sual soruşan hardadır?"

Adam: "Mənəm, ey Allahın rəsulu!" dedi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"(Ən fəzilətli cihad), zalım bir sultan yanında (yaxşılığı əmr edici və pislikdən çəkindirici) haqq bir söz söyləməkdir."

(Not:

Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

"Bunun sənədində, əbu Qalib vardır. Bu ravinin güvənilirliyi xüsusunda ixtilaf vardır. İbn Sə'd, əbu Xatim və Nəsai, onun zəif olduğunu söyləmişlərdir. Daraqutni isə, onun siqa olduğunu söyləmişdir. İbn Adi də, onun zərərsiz olduğunu bildirmişdir.

Ravi Raşid b. Səid haqqında da, əbu Xatim:

'O, çox doğru sözlüdür.' demişdir.

Sənədin qalan raviləri, siqatdırlar."

----------------------------------------

İzahı:

4011 nömrəli əbu Səid (radiyallahu anh) hədisini:

~ Tirmizi;

~ əbu Davud;

~ Əhməd;

~ Beyhaqi; və

~ Taberani

də rəvayət etmişlərdir.

İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi), zalım bir sultanın üzünə, yaxşılığı əmr edici və pislikdən çəkindirici haqq söz söyləməyin ən fəzilətli cihad olmasının səbəbi haqqında, belə deyir:

"Deyilmişdir ki, çünki düşmənlə döyüşən kimsə, ümid ilə qorxu arasındadır. (O, özündə) Düşmənə qələbə çalması ilə məğlub olması ehtimallarını daşıyır.

Zalım bir sultan yanında belə söz söyləməyin isə, can təhlükəsinə yol açması, qüvvətlə möhtəməldir. Bu etibarla, daha fəzilətli sayılır."

"Avnu'l-Məbud" müəllifinin bəyanına görə, Xattabi də eyni şeyi söyləmişdir.

Bəli, istədiyi insanı sorğu-sualsız öldürən zalım bir sultanın üzünə:

~ özünü haqqa və ədalətə dəvət etmək;

~ zülm və haqsızlıq kimi pis işlərini sonlandırması üçün xəbərdarlıq etmək və ya yaxşı işlər görməsi üçün təkliflər iləri sürmək,

həqiqətən can təhlükəsizliyini, böyük bir ehtimalla təhlükəyə salır və belə bir mühitdə haqq bir söz demək, əlbəttə düşmənlə döyüşməkdən daha təhlükəlidir. Bu isə, hər kəsin bacara biləcəyi iş deyildir.

(İbn Macə, Sünən tərcümə və şərhi, "Kitabu'l-Fitən", 20-ci bab: "Mərufu əmr və Münkərdən nəhy etmək babı")

Read 31 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR