Sözlə deyil, başla, işarə ilə salam verildiyi təqdirdə "Aleykümüssəlam" deyilər?

Əvvəl, salam barəsində açıq bir əmr olan Nisa Surəsinin 86-cı ayəsinə baxaq:

"Sizə bir salam ilə salam verildiyi zaman ona ya daha gözəl bir salam ilə və ya eynisiylə cavab verin. Şübhəsiz ki, Allah hər şeyi haqqıyla hesab edər və qarşılığını verər."

    Ayənin təfsiri də qısaca belədir: Salam, möminlərin bir-birinə duasıdır və İslamın əlamətlərindəndir. "Esselamü Əleykum" və ya "Salamın əleykum" şəklində salam verən bir kimsəyə ya eyni şəkildə "Və aleykümüsselam" deyərək və ya buna "və rahmətullah" əlavə edərək daha gözəliylə cavab verilər. "Esselamü əleykum və rahmetullah" şəklindəki bir salama da ya eyniylə cavab verilər və ya "və bərəkatuh" əlavə olunar.

    Görüldüyü kimi, İslami mənadakı salamda həmişə söz vardır. Sırf işarəyə dayanan salamlaşmanın İslamda yeri yoxdur. Heç bir şey demədən yalnız başını əyərək və əliylə işarə edərək salam verən kimsəyə "Və aleykümüsselam" demək məcburiyyəti yoxdur. Onsuz da o kimsə də belə bir gözləmə içində deyil. Çünki salamın əhəmiyyətini, daşıdığı mənanı bilən kimsə salamı sünnədə keçdiyi şəkliylə verər, verdiyi kimi də qarşılıq gözləyər. Ancaq kar və dilsiz kəslərlə salamlaşarkən, qarşı tərəfin, salamın alınıb verildiyini fərq etməsi üçün dillə birlikdə əl ilə də işarə edilməlidir. (Nevevi, əl-Ezkar, s: 221)

    Bunun yanında həmsöhbət olduğumuz, birlikdə çalışdığımız, qonşuluq etdiyimiz, dostluq qurduğumuz insanların bir qisimi, təəssüf ki, başda salam olmaq üzrə bir çox İslami ədəb və ərkandan xəbərsizdir. Belə kəsləri salama alışdırmaq, həqiqətən salamın necə alınıb verilməsi lazım olduğunu öyrətmək üçün, necə salam versə versin, "Və aleykümüsselam" deyərik.

Read 5.056 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR