Şübhəli şey nədir?

Şübhəli şey nədir?

İmam Əhməd, şübhəli şeyin:

halal ilə haram arasında olan şey ilə, halal və haramın bir-birinə qarışdığı şey olduğunu söyləmişdir.

Buna görə, şübhəli şey, 2 qisimdir.

Ancaq halal ilə haramın qarışıq olduğu şeyin, şübhəli sayıla bilməsi üçün, halal miqdarının, haram miqdardan daha çox olması və ya ən azından, ikisinin, bərabər miqdarda olmaları lazımdır. Haram miqdarı çox olan şey isə, şübhəli deyil, haramdır.

Malında halal və haramın qarışıq olduğu bir kimsə ilə, maliyyəvi muamələnin hökmü də, bu ölçüyə görə müəyyənləşdirilir. Bunun üçündür ki, imam Əhməd belə demişdir:

"Bir kimsənin malının çoxu haramdırsa, onun malından uzaq durmaq lazımdır. Çünki bu təqdirdə, onu malı, haramdır. Ancaq mal sayılmayacaq qədər əhəmmiyyətsiz olan bir miqdar üçün, yenə də ruxsat vardır. Bir kimsənin malının çoxu halaldırsa, o vaxt, onun malından faydalanmaq və yeməyini yemək, caizdir."

Əli (radiyallahu anh) belə demişdir:

"Sultanın verdiyi hədiyyə, bəxşiş və yardım növündən olan şeyləri almaqda, beis yoxdur. Çünki onun verdiyi şeylərdəki halal nisbəti, haram nisbətindən daha artıqdır."

Allah rəsulu (sallallahu aleyhi və səlləm) və Onun səhabələri, haram qazancdan çəkinməyən müşriklər və kitab əhli ilə ticari və maliyyəvi münasibətlər qurmuş və bunda bir beis görməmişlərdir.

Malda halal və haram nisbəti qeyr-i müəyyən olduğu vaxt isə, o mal, şübhəli olur. Vəra və təqva, hər cür şübhəli şey kimi, bu maldan da çəkinməyi gərəkdirir.

• Süfyan əs-Sevri belə demişdir:

"Belə bir maldan faydalanılmasını, doğru görmürəm. Ondan uzaq durulması, daha çox xoşuma gəlir."

• Zühri və Məkhul, belə demişlərdir:

"Faydalandığı qismin şəxsən haram olduğunu bilmədikcə, belə bir maldan (halal və haram nisbəti qeyr-i müəyyən olan maldan) faydalanmaq da, caizdir."

• Bəzi alimlər belə demişlərdir:

"Haramın qarışdığı mal, çoxdursa (yəni mal çoxdursa, ancaq mala az bir miqdar haram da qatışıbsa, halal qazanılan malı keçməmək və ya ona bərabər olmamaq şərtilə), belə bir maldan faydalanmaq caizdir. Lakin o, az bir şeydirsə (yəni mal azdırsa və içinə də haram qarışıbsa), ondan çəkinmək lazımdır."

Bir kimsənin malında haram deyil, şübhəli şeylər varsa, onun malından faydalanmaq, caizdir.

Bəziləri Abdullah ibni Məsuda:

"Haram maldan çəkinməyən qonşumuz, bizi yemək üçün dəvət etsə, nə etməliyik?" deyə soruşmuş, O da:

"Sizə yedirəcəyi yeməyin özü haram maldan olmadığı təqdirdə, onun dəvətinə icabət edin. Onun əməli özünə, sizin əməliniz sizədir."

Bir yemək, maldakı haram qisimlə hazırlanmışdırsa, alimlərin ittifaqı ilə, bu maldan faydalanmaq və bu yeməyi yemək, haramdır. Necə ki, əbu Bəkr (radiyallahu anh), bir yeməyi yedikdən sonra, özünə bunun haram bir maldan hazırlandığını söylədiklərində, özünü zorla qusdurub yeməyi qaytarmışdı.

Bütün bunlar, cəvaz ilə (caiz olub olmamaqla) əlaqəli hökmlərdir. Vəra və təqva isə, caiz olmağın da fövqündədir.

Onun üçün, caiz olan bəzi şeyləri, vəra və təqva səbəbilə tərk etmək gərəkdir. Bu anlayışla, (Tabiindən olan) Hasan əl-Basri (rahmətullahi aleyh) belə demişdir:

"Zamanımızda qazançlar pozulmuşdur. Onun üçün, bunlardan ölməyəcək dərəcədə faydalanmaqla kifayətlənin."

(İbn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm", 1. Cild, 6-cı hədis: "Halal, haram və bu ikisi arasındakı şübhəli şeylər haqqındadır.")

Read 30 times
In order to make a comment, please login or register