"Şübhəsiz, hər oruclu üçün iftarını açdığında rədd edilməyən bir dua vardır"- hədisinin mənası nədir?

Abdullah b. Amr b. əl-As (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Allah Rəsulu ( ﷺ ) belə buyurmuşdur:
Şübhəsiz, hər oruclu üçün iftarını açdığında rədd edilməyən bir dua vardır.
İbn Əbu Muleykə ( رحمه الله) demişdir ki: Abdullah b. Amr b. əl-As (رضي الله عنه) 'ın iftarını açdığı zaman, bu duayı oxuduğunu özündən eşitdim:
---"اللهم إني أسئلك برحمتك التي وسعت كل شيء أن تغفر لي"---
Allahummə, inni əsəlukə bi rahmətikəlləti vəsiət kulli şəy in ən təğfirali
Allahım, hər şeyi əhatə edən rəhmətin haqqı üçün, mənə məğfirət etməni Səndən istəyirəm.[1]
------------------------
İsnadı səhihdir. Çünki Imam Nəsai ( رحمه الله) , ravi İshaq b. Ubeydullah b. əl-Haris'in zərərsiz olduğunu söyləmişdir. Əbu Zur'a ( رحمه الله) da: O, siqadır (güvəniləndir). İbni Hibban ( رحمه الله) da onu siqalar arasında zikr etmişdir.
Bu hədis, oruclunun iftar vaxtındakı duasının məqbul olduğuna dəlalət edir. Camiu's-Sağir haşiyəsində əl-Hafni ( رحمه الله) belə deyir:
Yəni fərz və ya nafilə orucun hər günü, iftar vaxtında, oruclunun edəcəyi dua məqbuldur. Ya arzusu eynilə yerinə gələr və ya ona başqa mükafat verilər. Artıq oruclu:
Dua etdim, amma qəbul olmadı deməməlidir.
İmam Münavi ( رحمه الله) isə, belə deyir: Oruclunun iftar vaxdındakı duasının qəbulu, bu ümmətə məxsusdur.
İmam Əbul Həsən əs-Sindi əl-Hənəfi( رحمه الله) də, İmam Suyuti ( رحمه الله) 'dən nəqlən bəyan etdiyinə görə, Tirmizi ( رحمه الله) bunları deyir: Həzrət Muhamməd ( ﷺ ) 'in ümməti, bütün ümmətlər içərisindən seçilərək duası məqbul qılınmışdır. Allah Taala bu ümmətə xitabən:
---"ادْعُون۪ٓي اَسْتَجِبْ لَكُمْۜ"---
Mənə dua edin ki, sizə cavab verim... (Ğafir/60) buyurmuşdur.
Bu vəd, əvvəlki ümmətlərdə yalnız peyğəmbərlərə vardı. Bu ümmətə də verildi. Amma şəhvətlər onların qəlblərinə hakim olub işləri qarışmağa başladığında, vəziyyət dəyişdi.
Oruc isə, nəfsi şəhvani hiss və hərəkətlərdən uzaq tutar. Şəhvət qəlbdən çıxınca qəlb pak və dua qəbula daha layiq olar.
Oruclunun istədiyi şey, onun üçün müqəddər (təqdir edilmiş) isə, sürətlə verilir; deyilsə, axirət azuqəsi olaraq onun üçün saxlanılar."
[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): Oruclunun duası rədd edilməz (haqqındakı) bab, hədis no: 1753
- Oruclunun və məzlumun duası məqbulmudur?
- "Birinizin oruc tutduğu gün olduğu zaman, (qəti olaraq) çirkin söz söyləməsin. Və cəhalətin gərəklərindən bir şey işləməsin. Əgər bir kimsə, ona qarşı cahilcə davransa:"-Mən oruclu bir adamam desin. hədisinin izahı nədir?
- Yalan danışmaq orucu pozurmu?
- "Oruclu üçün iki sevinc vardır"- hədsinin anlamı nədir?
- "Şükr edən orucsuza, səbr edən nafilə oruclunun savabının misli vardır"- hədisinin anlamı nədir?
- Orucu xurma ilə açmaq vacibdirmi?
- Iftarı gecikdirmək caizmi?
- Ramazan və Qurban bayramı günlərində günortaya kimi qida qəbul edilməməsi Peyğəmbərimizin əməlinə ziddirmi?
- Allahın ən çox sevdiyi oruc hansıdır?
- Sahur etmək vacibdirmi?