"Şükr edən orucsuza, səbr edən nafilə oruclunun savabının misli vardır"- hədisinin şərhi

Əbu Hureyrə (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Peyğəmbər ( ﷺ ) belə buyurmuşdur:

Şükür edən orucsuz, səbr edən nafilə oruclu mövqeyindədir.

---------------

Peyğəmbər ( ﷺ ) 'in səhabələrindən biri olan Sinan b. Sennə əl-Əsləmi (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə Allah Rəsulu ( ﷺ ) belə buyurmuşdur:

Şükr edən orucsuza, səbr edən nafilə oruclunun savabının misli vardır.

Not: Zəvaid'də belə deyilmişdir: Bunun isnadı səhih olub ricalı məvsuq (güvənilən) kimsələrdir.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): 'Şükür edən orucsuz, səbr edən nafilə oruclu kimidir' deyən haqqındakı bab, hədis no: 1764, 1765

----------------------

İzahı:

Əbu Hureyrə (رضي الله عنه) 'ın hədisini, Imam Əhməd ( رحمه الله) , Tirmizi ( رحمه الله) və Hakim ( رحمه الله) də rəvayət etmişlərdir. Sinan (رضي الله عنه) 'ın hədisini  Imam Əhməd ( رحمه الله) də rəvayət etmişdir.

İmam Əbul Həsən əs-Sindi əl-Hənəfi( رحمه الله) belə deyir:

"Yəni nafilə oruc tutmayıb qidasını alan və gücünü Allah'a itaət yolunda xərcləyən mömin, aclığa və susuzluğa dözərək nafilə oruc tutan kimidir. Çünki ikisi də insan oğlunun yaradılış məqsədi olan- Allah Taala'ya itaət yolundadırlar.

İkinci hədisin zahirinə görə, ikisinin savabı eynidir. Lakin məqsəd bu ola bilər:

Səbr edən oruclu savab qazandığı kimi, itaət və ibadətə güclü olaraq yönəlmək məqsədi ilə nafilə oruc tutmayan da savab qazanır."

Camiu's-Sağir şarihi (şərh edəni) əl-Azizi ( رحمه الله) də:

Hüccətü'l-İslam İmam Ğazzali ( رحمه الله) demişdir ki:

"Səbr ilə şükürdən hansının daha fəzilətli olduğu xüsusunda alimlər ixtilaf etmişlərdir. Bəzilərinə görə, şükür, səbirdən daha fəzilətlidir. Bəziləri, bunun əksini söyləmişdir. Bəzilərinə görə, səbir ilə şükür, fəzilət nöqtəsindən bərabərdir."

Read 268 times
In order to make a comment, please login or register