Sünnə də bir şəkildə fərz deyilmi? Qur'an'ın bir çox yerində Peyğəmbər Əfəndimizə (s.ə.s.) tabe olmağımızı Allah (cc) əmr edir ..


Sünnə: Peyğəmbərimizin (s.ə.s.) etdiyi, danışdığı, hal və hərəkətlərinin hamısına sünnə deyirik. Elə isə həyatı boyunca etdiyi hər şeyə sünnə deyə bilərik.


Fiqh kitabların da keçən sünnə sözü isə, daha çox "etsək savabı var, etməzsək günahı yoxdur" mənasına gəlir. Məsələn, yeməyi sağ əllə yemək, dişləri təmizləmək, ayaqda yemək yeməmək kimi.


Ancaq sünnə sözünü geniş mənasıyla aldığımız da Peyğəmbərimizin (s.ə.s.) etdiyi hər şeyi içinə alır. Bu halda, Allah'ın istəkləri və qadağanları da sünnənin içində iştirak edər. Məsələn, Peyğəmbərimiz (s.ə.s.) namaz qılmış mı? Bəli. Elə isə namaz qılmaq da bir sünnədir.


Bu halda sünnəti hissələrə ayırmaq lazım olacaq:


Fərz olanlar: Allah`ın mütləq etməmizi və ya tərk etməmizi istədiyi hər şeydir. Allah'ın əmr və qadağanlarını ən yaxşı şəkildə tətbiq edib örnək olan Peyğəmbərimiz (s.ə.s.) 'dir. Biz də ona tabe olmaq surətiylə ən üst səviyyədə Peyğəmbərimizə (s.ə.s.) tabe olmuş olarıq. Namaz qılmaq, oruc tutmaq, zina etməmək, haram yeməmək kimi ...


Vacib olanlar: Dinimizin vacibləri. Məsələn gecə(vitr) namazını üç rükət olaraq qılmaq vacibdir.


Nafilə olanlar: İbadətləri edərkən fərz və vaciblərin xaricindəki etdiyimiz şeylərdir. Məsələn namaz qılarkən Qur'an'dan bəzi surələri oxumaq fərz, amma "sübhanəkə" duasını oxumaq nafilədir.


Adab olanlar: Bunlara da ədəb deyirik. Yemək yeyərkən, yatarkən, məscidə, tualetə girib çıxarkən (vs) gündəlik işlərimizi edərkən Peyğəmbərimizə (s.ə.s.) tabe olsaq, o işi ədəbinə uyğun etmiş olarıq.


Demək ki sünnəti fərz, vacib, nafilə və ədəb deyə ayıra bilərik. Sünnənin ən yüksəyi və ən fəzilətlisi bu sıraya görədir.


Bunu bir insanın bədəni kimi düşünə bilərik. İnsanın yaşaması üçün lazımlı orqanları vardır. Beyin, ürək, baş vs ... Məhz iman etməmiz lazım olan əsaslar da ruhumuzun beyni və ürəyi kimidir.


Bədənimizin gözü, qulağı, əli, ayağı və sairə duyğu orqanları vardır. Fərzlər da bunun kimidir. Ruhumuzun gözü, qulağı, əli, ayağıdır. Fərzləri etməyən əlsiz, ayaqsız, gözsüz, qulaqsız bir insan kimi əskikdir.


Bədənimiz də bir də barmaq, qaş, saç kimi gözəlliklər və bəzəklər vardır. Bunlar olmasa da yaşayarıq. Amma olduğu zaman daha mükəmməl insan olarıq. Bunun kimi sünnənin nafilə və ədəb qisimləri da ruhumuzun bəzəyi və gözəlliyidir. Etsək çox savabı var, etməsək günahı yoxdur.


Yekunlaşdırsaq, fərz və vacib qisimlər mütləq edilməsi lazım olan sünnetlerdir. Nafilə və ədəb qisimlər isə etsək çox savabı var.


Haramların vəziyyətini soruşsanız; o da bədəninizi mikrob, virus, zəhər və atəş kimi öldürücü şeylərdən qoruduğumuz kimi, ruhumuzu da öldürücü və zəhərləyici haramlardan qorumamız lazımdır.

Əlavə məlumat üçün baxın:

Sünnə Nədir?

Read 5.557 times
In order to make a comment, please login or register