Surət nədir?
Kəlam istilahı (terminologiyası) kitablarında, "surət" haqqında, 12 məna zikr edilmişdir. Onlardan:
1. "Ağılda meydana gələn bir keyfiyyət olub surət sahibinin müşahidə edilməsi üçün, bir alət və aynadır. Aynada kölgə təxəyyül edilən şeyin bənzəri olan bir nümunədir."
2. "Bir şeyin, özü ilə, mütləq olaraq təmyiz edildiyi (ayrıldığı) şeydir.
Bu şey:
~ istər xarici olsun -ki, bu halda, "xarici surət" olaraq adlandırılır;
~ istərsə də, zehndə olsun, -ki, bu halda da, "zehni surət" olaraq adlandırılır-
hal, belədir.
Bunun açıqlaması, əl-Qadi'nin "Şərhu'l-Məsəbih"ində, belə keçməkdədir:
"Bir şeyin surəti, istər onun zatının eynisi, istərsə də təmyiz edici bir parçası olsun, onun (yəni, o şeyin), digər şeylərdən təmyiz edildiyi şeydir.
Cüssə üçün istifadə edildiyi kimi; mənalar üçün də istifadə edilir və 'Məsələnin surəti, budur; halın surəti, belədir.' deyilir."
7. Zahiri hiss'lərdən biri ilə idrak edilməsi mümkün olan şeydir və "ayn" olaraq da adlandırılır. Müqabili isə, "məna"dır.
(Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum")
