Şura surəsi 1-ci ayətin təfsiri

 

حمٓ • عٓسٓقٓ

Ha, Mim • Ayn, Sin, Qaf.

Uca Allahın, "Ha, Mim • Ayn, Sin, Qaf" buyuruğu haqqında,

✓ Abdu'l-Mu'min belə deyir:

Mən, əl-Huseyn b. əl-Fadl'dan soruşdum:

Niyə "Ha, Mim" buyuruğu, "Ayn, Sin, Qaf"dan ayrı olaraq yazıldı, ancaq:

~ "Kəhf, Hə, Yə, Ayn, Sad"; (Məryəm/1)

~ "Əlif, Lam, Ra"; (Yunus, Hud, Yusuf, Ra'd, İbrahim, Hicr/1)

~ "Əlif, Lam, Mim, Sad" (Ə'raf/1)

ayrı yazılmadılar?

Belə cavab verdi:

Çünki "Ha, Mim • Ayn, Sin, Qaf" buyuruğu, "Ha, Mim" ilə başlayan bəzi surələr arasında yer almaqdadır. Bundan ötürü, gərək özündən əvvəl, gərəksə də özündən sonra, özünə bənzəyən surələr kimi (baş tərəfi) yazılmışdır. Sanki "Ha, Mim" - mübtəda; buna müqabil olaraq, "Ayn, Sin, Qaf" da, onun xəbəri kimidir. (Haşiyə)

-----------------------------

(Haşiyə:

"Ha, mim, ayn, sin, qaf" ayətilə başlayan Şura surəsi, "Ha, Mim" ilə başlayan surələr arasında yer almaqdadır.

~ Şura surəsindən əvvəl, "Ha, Mim" ilə başlayan surələr:

Ğafir və Fussilət surələridir.

~ Şura surəsindən sonra, "Ha, Mim" ilə başlayan surələr isə:

Zuxruf, Duxan, Casiyə, Əhqaf surələridir.)

--------------------------------------

✓ Bir digər görüşə görə:

Bütün hərflər, açıqlamanın təməli, söz söyləməyin əsası olmalarından dolayı, eyni haldadırlar.

Bu açıqlamanı, Cürcani zikr etmişdir.

-------------------------------------

"Ha, Mim • Ayn, Sin, Qaf" bir-birindən ayrı; buna müqabil olaraq, "Kəhf, Hə, Yə, Ayn, Sad" bitişik yazılmışdır. Çünki "Ha, Mim", deyildiyinə görə:

حمّ ما هو كائن

"Olacaq hökmə bağlandı." deməkdir.

Bundan dolayı, yazılışında, fel təqdir edilən ilə fel təqdir edilməyən hərfləri, ayrı yazmış olmaqdadırlar.

Digər tərəfdən, bu, ayrı; digəri də bitişik yazılsa, yenə caizdir.

Bu açıqlamanı, əl-Quşeyri nəql etmişdir.

----------------------------------------

✓ İbn Məsud ilə ibn Abbas'ın qiraətində: "Ha, Mim • Sin, Qaf" şəklindədir.

İbn Abbas deyir:

"ƏLİ (RADİYALLAHU ANH), BUNLAR İLƏ, (İLƏRİDƏ MEYDANA GƏLƏCƏK) FİTNƏLƏRİ BİLİRDİ."

----------------------------------------

✓ Ərtaə b. əl-Munzir deyir:

Bir adam, yanında Huzeyfə b. əl-Yəman olduğu vaxt, ibn Abbas'a belə dedi:

"Mənə, uca olan Allahın: 'Ha, Mim • Ayn, Sin, Qaf" buyruğunun təfsirinin nə olduğunu xəbər ver."

İbn Abbas, ona cavab vermədi. Bu sualını, ibn Məsuda 3 dəfə təkrarladığı halda, yenə ona cavab vermədi. Bu səfər, Huzeyfə b. əl-Yəman, belə dedi:

"Onun təfsirini, mən sənə xəbər verim. Mən, Onun, sənin sualına niyə cavab vermədiyini bilirəm. Bu ayət, Abdu'l-İlah və ya Abdullah deyə anılan, onun yaxınlarından biri haqqında enmişdir. Bu şəxs, şərqdəki çaylardan biri üzərində qonaqlayacaq və bu çay sahilində, 2 şəhər inşa edəcək. Çay, bu 2 şəhərin ortasından keçəcək. Allah, onların mülklərinin sonlanmasını; dövlətlərinin ardı-arxasının kəsilməsini murad edəcəyi vaxt, bu şəhərlərdən biri üzərinə, gecə bir atəş göndərəcək, sabahı qap-qara edəcəkdir. Sanki orda, belə bir şey yoxmuş kimi yanacaqdır. Digər şəhər isə, buna, "bu şəhər, necə bu hala gəldi?" deyə heyrət edəcək. O eyni günün aydınlığında, hər despot və inadçı orda toplaşıb bir araya gələcək. Sonra da uca Allah, bu şəhəri və bu inadçı və despotları birlikdə yerə batıracaq.

Bax, uca Allahın "Ha, Mim • Ayn, Sin, Qaf" buyruğunun açıqlaması, budur. Yəni bu, Uca Allahın:

"Hökmə bağladığı qərarlarından və hökmünü verib bitirdiyi fitnə və qəzalardan biridir."

Burda:

~ "Ha, Mim" = "Hökmə bağlandı" deməkdir.

~ "Ayn" = "Ondan ədalətlə";

~ "Sin" = "Olacaqdır";

~ "Qaf" = "Bu 2 şəhərdə baş verəcəkdir."

deməkdir.

---------------------------------

✓ Bu təfsirin bir bənzəri də, Cərir b. Abdullah əl-Bəcəli'dən gələn rəvayətdir. O, belə deyir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i belə buyurarkən eşitdim:

"Dəclə, Duceyl, Kuttrabbu və əs-Sarat arasında, bir şəhər inşa ediləcəkdir. Bu şəhərdə, yer üzünün ən despotları toplaşıb bir araya gələcəkdir. Xəzinələr, oraya gətiriləcək və ora, yerin dibinə batırılacaqdır. -Bir rəvayətdə, əhalisi ilə birlikdə deyilməkdədir.- Bu yerin dibinə batırılan şəhərin, yerin içində yol alması, yumşaq bir ərazidə, olduqca gözəl bir payanın yerə girməsindən daha sürətli olacaqdır."

--------------------------------------

İbn Abbas da, "Ha, Mim • Sin, Qaf" deyə, "Ayn"sız olaraq oxumuşdur. Tabəri'nin nəqlinə görə, Abdullah b. Məsud'un Mushafında da, belədir.

------------------------------------

✓ Nafi'nin, ibn Abbas'dan rəvayət etdiyinə görə, (o, belə demişdir):

~ "Ha" - Allahın hilmi (yumşaqlığı, gücü çatdığı halda əfv etməsi);

~ "Mim" - Allahın vəcdi (ucalığı);

~ "Ayn" - Onun elmi;

~ "Sin" - Onun nuru;

~ "Qaf" isə - Onun qüdrətidir.

Uca Allah, bunlara and içməkdədir.

----------------------------------------

✓ Muhamməd b. Ka'b'dan da belə dediyi nəql edilmişdir:

"Uca Allahın hilminə, vəcdinə, ucalığına, nuruna və qüdrətinə, qəlbindən ixlas ilə lə iləhə illəllaha sığınan kimsələri, əzablandırmayacağına and içməkdədir."

---------------------------------------

✓ Cəfər b. Muhamməd ilə Səid b. Cubeyr də, belə demişlərdir:

~ "Ha" - Rahmən'dən;

~ "Mim" - Məcid'dən;

~ "Ayn" - Alim'dən;

~ "Sin" - Quddus'dan;

~ Qaf" - Qahir'dəndir.

-----------------------------------------

✓ Mücahid də, belə demişdir:

"Bunlar, surələrin başlanğıcı olan hərflərdir."

----------------------------------------

✓ Abdullah b. Bureydə, belə deyir:

"Bu, dünyanın ətrafını əhatə edən dağın adıdır."

---------------------------------------

✓ Ləfz, əs-Sələbi'nin olmaq üzərə, əl-Quşeyri'nin zikr etdiyinə görə, bu ayət nazil olunca, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in kədərləndiyi, üzündən başa düşülmüşdü. Ona:

"Ey Allahın rəsulu! Səni kədərləndirən nədir?"

deyə soruşuldu. Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Ümmətimin başına enəcək:

~ yerin dibinə batırılmaq;

~ səmadan bir şeylər atılması;

~ onları bir yerə toplayacaq atəş;

~ dənizə doğru sürükləyəcək bir külək; və

~ İsanın enişi ilə Dəccalın çıxışının dərhal arxasından gələcək biri digərindən sonra ortaya çıxacaq bəzi əlamətlər,

Mənə xəbər verildi."

Ən doğrusunu bilən, Allahdır.

--------------------------------------

✓ Yenə deyildiyinə görə, bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bağlıdır. Buna görə:

~ "Ha" - Onun ümmətinin ətrafında toplanacağı Hovuzu'dur;

~ "Mim" - Ucsuz-bucaqsız Mülkü'dür;

~ "Ayn" - Onun izzəti'dir;

~ "Sin" - Onun görülən nuru/aydınlığı'dır;

~ "Qaf" - Onun Mahmud məqamında ayaqda dayanması və Mütləq Məlik (hər şeyin sahibi) və Mə'bud'un hüzurunda şan və şərəfilə yaxınlığı

deməkdir.

------------------------------------

✓ ibn Abbas, belə deyir:

"Özünə kitab verilmiş nə qədər peyğəmbər varsa, ona mütləq: "Ha, Mim • Ayn, Sin, Qaf" da vəhy edilmişdir. Bundan dolayı da, uca Allah:

كَذَ‌ٰلِكَ يُوحِىٓ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

"Əziz və Hakim (hikmət sahibi olan) Allah, sənə və səndən əvvəlkilərə belə vəhy edir." (Şura/3)

deyə buyurmuşdur.

-----------------------------

✓ əl-Məhdəvi, belə deyir:

"Xəbərdə nəql edildiyinə görə, 'Ha, Mim • Ayn, Sin, Qaf'. Mən, daha əvvəl gəlmiş peyğəmbərlərə vəhy etdim." şəklindədir.

----------------------------------

(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)

Read 11 times
In order to make a comment, please login or register