Şüursuzca qılınan namaz batildirmi?

Şüursuzca qılınan bir namaz batilmidir?

Sual:

Sən, namazın səhih olması üçün, qəlb rahatını şərt qoşdun və bu olmadığı təqdirdə, namazın keçərsizliyinə hökm etdin. 

Belə olduğu halda, fəqihlərin icmasına qarşı çıxmış olursan. Çünki onlar, qəlb rahatını sadəcə namaza giriş təkbirinə (iftitah təkbirinə) almasına həsr etmişlərdir. 

Bunu necə açıqlayacaqsan?

Cavab:

Bu əsərimin "Elm babı"nda fəqihlərin:

• daxili aləmlə məşğul olmadıqları;

• qəlbləri yarıb içinə baxmaq kimi bir vəzifələri olmadığı;

• axirət yoluna qarışmadıqları;

• dini hökmlərin daxili görüntülərini, orqanların funksiyalarının xaricdəki yansımalarına dayandırdıqları əməllərinin, zahirən yerinə gətirilməsinin, insanları namazın tərkilə ölüm cəzasından qorumağa yetdiyi, 

axirətdə fayda verib-verməyəcəyi fiqh elminin sərhədləri xaricində qaldığı keçmişdi.

Burda bir icma olduğundan söz etmək də mümkün deyildir. Necə ki, Əbu Talib əl-Məkki, Bişr b. Haris kanalıyla, Sufyan əs-Sevri'nin belə dediyini rəvayət etməktədir:

"Huşu duymayan şəxsin namazı, fasiddir."

Həsən əl-Basri də belə deyir:

"Qəlb rahatının olmadığı hər namaz, əzaba çox yaxındır."

Muaz b. Cəbəl də belə deyirdi:

"Namazda ikən sağında və solundakı adamları tanımağa çalışanın namazı, batildir."

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in də belə buyurduğu rəvayət edilmişdir:

"Qul, namaz qılar, amma namazın 1/6-i, 1/10-i ona yazılmaz. 

Qula namazından ancaq şüuruna vara bildiyi qədəri yazılır."

Əgər bu sözlər, Allah rəsulundan başqasından belə duyulmuş olsaydı, şübhəsiz yenə də mənimsənərdi. 

Peyğəmbərdən duyulduğuna görə, bu sözlərə necə sarılınmaz?!

Abdulvahid b. Zeyd belə deyir:

"Alimlər, qulun qıldığı namazından ancaq şüuruna vara bildiyi miqdarının özünə fayda təmin etdiyinə icma etmişlərdi."

Baxın, bu şəxs, namazda qəlb rahatının mövcud olmasını, icma olaraq dəyərləndirmişdir. Təqva sahibi fiqh alimlərilə axirət alimlərindən də bu növdən sayıla bilməyəcək qədər, çox görüşlər nəql edilmişdir.

Bu mövzuda ediləcək doğru hərəkət, şəri dəlillərə baş vurmaqdır. Hədislər və sələfdən nəql edilən görüşlər, namazda, qəlb rahatı şərtinin axtarılmasında, açıq nasslardır. Ancaq zahiri mükəlləfiyətdə fətva məqamı, xalqın qüsuru ilə eyni nisbətdə dəyərləndirilir.

İnsanlara namazın bütün mərhələlərində qəlb rahatı şərti qoşulmaz, azlıqda qalan bəzi kimsələr xaricində də kimsə buna güc yetirə bilməz. 

Zərurət gərəyi namaz boyu qəlb rahatının təmin edilməsi mümkün olmadığına və bunun da namaz üçün bir vaciblik sayıldığına görə, tək çarə, bir anlıq müddət üçün olsa belə, qəlb rahatı isminin verilə biləcəyi bir halın gerçəkləşməsi zərurəti vardır. 

Buna da ən əlverişli an- iftitah təkbirinin alındığı andır. 

Bunun üçün də biz, sadəcə ilk təkbir anında qəlb rahatının olmasını yetərli gördük.

Bununla birlikdə, namazın bütün mərhələlərində qafil olan kimsənin halının, namazı bütünü ilə tərk edən kimi olmayacağını umuruq.

Çünki qafil kəs, heç olmazsa, zahirən namazını əda edib bir an üçün belə olsa, qəlb rahatına sahib olmuşdur. 

Necə belə dəyərləndirilməsin ki, dəstəmazsız olduğunu unudub namaz qılan kəsin namazı, Allah qatında batil olmaqla birlikdə, qüsur və üzrü nisbətində də olsa, etdiyi ibadətdən ötrü, ona savab verilir. 

Bu ümüdə baxmayaraq, namazını qəflətlə qılanın halının, namazını heç qılmayanın halından da qorxunc olacağından da narahatlıq duyular. 

Niyə belə olmasın ki?! Çünki padşahın xidmətində hazır olub padşahın hüzurunda qəlb rahatını pozan bayağı davranışlar sərgiləyənin halı, xidmətə yanaşmayanın halından çox daha pisdir. 

Qorxu və ümid səbəbləri toqquşub, hal təhlükə ərz etdiyində, ehtiyatlı və xoş görü ilə davranmaq sənə aiddir. Seçim sənindir.

Bununla birlikdə, fəqihlərin qəflətlə qılınan namazın səhih olduğu yolundakı fətvalarına da müxalifət etmə düşüncəsində deyiləm. Daha əvvəl də dediyim kimi, bu, fətvanın gərəyidir.

Bəli, namazın sirrini bilən, qəflətin də namaza zidd düşdüyünü bilir. Ancaq xalqın qıt anlayışının, şəriətin sirlərindən kəşf edilmiş olan hər sirrinin açıqlanmasına əngəl təşkil etdiyini əvvəlki bablarda söyləmişdim. 

Sözün özü:

Qəlb rahatı, namazın ruhudur. Bu ruhun ən aşağı dərəcəsi də, ruhun təkbir anındakı bir anlıq rahat və şüurlu halıdır. Təkbir sırasında qəlb rahatının əskikliyi, ruhun həlak olmasıdır. Rahatın artması nisbətində, ruh da namazın bütün mərhələlərinə yayılır. 

"Hərəkətsiz neçə canlılar vardır ki, ölü sayılmağa layiqdirlər."

Bəli, namazın bütün mərhələlərində qafil olub yalnız təkbir anında qəlb rahatı daşıyan kimsə, hərəkətsiz canlını xatırladır.

Allahdan köməyin ən gözəlini diləyirik.

(Hüccətü'l-İslam imam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, 4. Kitab/3. Bölmə: Namazın batini şərtləri, s. 372-373)

Read 13 times
In order to make a comment, please login or register