Təəssüb nədir?
3948- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Hər kim bir soy mübarizəsinə (xalqı) təşviq edərək və ya bir soy mübarizəsi üçün qəzəblənərək, haqq və ya batil olduğu bilinməz bir məqsəd ilə, kor-koranə açılan bayraq altında (yəni toplanan bir topluluq üçün) döyüşərsə, o kimsənin öldürülməsi, bir cahiliyyə ölümüdür."
-------------------------------------
3949- Fuseylə'nin atası (Vəsilə b. əl-Əsqa radiyallahu anh)'dan belə rəvayət edilir:
Mən:
"Ey Allahın rəsulu! İnsanın öz qövmünü sevməsi, təəssübdən (bir növ sayılır)'mı?"
deyə soruşdum. O:
"Xeyr. Və lakin, insanın öz qövmünə zülmdə kömək etməsi, təəssübdən (bir növ)'dür." buyurdu.
Not:
Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:
"Əbu Davud, bu hədisin bir parçasını rəvayət etmişdir. O parça belədir:
"Mən, ey Allahın rəsulu! Asabiyyə (təəssüb) nədir?" deyə soruşdum. O:
"İnsanın öz qövmünə zülmdə kömək etməsidir." buyurdu.
------------------------
İzahı:
Bu hədisdə keçən:
• "rayət": "bayraq" deməkdir.
• "immiyyə" də: "ama"dan alınmışdır. "Ama": "dəlalət və azğınlıqdır."
Nəvəvi belə deyir:
"İmmiyyə bayraq ifadəsi, Əhməd b. Hənbəl və cumhura görə:
"Haqq və ya batil olduğu qeyr-i müəyyən bir məqsəd ətrafında toplanan bir topluluq mənasında kinayədir." demişdir.
"Asabiyyə" kəliməsi, insanın öz qövmünə, zülmdə köməkçi olması şəklində bəyan buyurulmuşdur.
• əl-Münavi belə deyir:
"Asabiyyə, zalıma kömək etməkdir."
əl-Qari də belə demişdir.
---------------------------
Hədislərdən çıxan hökmlər:
1. İslamda təəssüb yoxdur. Yəni bir insan, kor-koranə və şüursuzca, öz qəbiləsinə, qohum-əqrəbasına və qövmünə kömək edə bilməz, başqalarına qəzəblənə bilməz.
Başqa bir sözlə, müsəlman, haqqmı, batilmi olduğunu bilmədiyi bir mübarizə arxasınca gedə bilməz. Haqsızlıq edən şəxs, atası da olsa, ona tərəf dura bilməz.
2. Haqq və ya batil olduğu məchul bir qayə ətrafında toplanan bir qrupa qatılıb xalqı soy davasına, mübarizəsinə çağıran və öz soyu üçün qəzəblənərək döyüşən və dolayısı ilə öldürülən bir kimsənin ölümü, şəkil cəhətdən, cahiliyyət dövrü ölümünə bənzəyir.
Yəni cahiliyyə dövrü insanları, necə başsız və intizamsız bir şəkildə bir təəssüb ilə döyüşüb öldürülür idilərsə, bu da, ona bənzəyir.
Bu ifadədən məqsəd, belə bir mübarizədə ölən müsəlmanın kafir olaraq öldüyünü bildirmək deyildir.
3. İnsanın öz qövmünü, qəbiləsini sevməsi, məşrudur.
-------------------
Bunu da bildirməkdə fayda var:
İbn Macə'nin bu babda rəvayət etdiyi hədislər, bir kimsənin öz qohum-əqrəbasına, zülmdə, haqsız mövzularda köməkçi olmasını və soy-nəsil davası güdərək, onlar üçün qəzəblənməsini qadağan edir.
İnsana ən yaxın olan əqrəbası üçün belə etməsi qadağan edildiyinə görə, tayfası, qövmü və ya öz irqindən olanlar üçün belə bir yola girməsi, əvləviyyətlə qadağan sayılacaqdır. Bu etibarla, bu hədislərin hökmü, bu kimi cərəyanlara da şamildir, deyilə bilər.
İslamda, insanın:
• irqinə;
• dərisinin rənginə;
• dilinə
deyil, onun
• iman;
• ibadət;
• Allaha qulluq vəzifəsini yerinə yetirməsi
dərəcəsinə baxılır. Allah qatında ən dəyərli və üstün müsəlman, Ona, təqvaca ən yaxın olanıdır. Ərəbin ərəb olmayana və Qureyş soyundan olanın başqa soydan olana, heç bir üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir. Necə ki, Allah Taala, Hucurat surəsi 13-cü ayətdə belə buyurur:
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقْنَـٰكُم مِّن ذَكَرٍ وَأُنثَىٰ وَجَعَلْنَـٰكُمْ شُعُوبًا وَقَبَآئِلَ لِتَعَارَفُوٓا۟ ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ ٱللَّهِ أَتْقَىٰكُمْ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌ
"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır."
(İbn Macə, Sünən tərcümə və şərhi, "Kitabu'l-Fitən" (Fitnələr kitabı): "Asabiyyə babı")
- Təəssüb nədir?
- İmamın arxasında qiraət edilməlidirmi?
- -İrqini inkar edən bizdən deyil- hədisdir? Hədis isə necə anlamalıyıq?
- Kəlam elmi öyrənmək caizdir mi? Kəlam elminin dəlilləri nələrdir?
- İşlərim düz gətirmir
- Milliyyətçilik
- Peyğəmbərimizin (s.ə.s.) doğumu əsnasında müşahidə edilən və doğulduğu gecə meydana gələn möcüzə hallar nələrdir?
- İnsanların hidayətinə vəsilə olmasındakı müjdəli xəbərlər
- Hz. Məhəmmədin insani istiqamətini izah edərsiniz?
- İlham-7