Təəssüb nədir?

Asabiyyə nədir?

Cahiliyyə dövründə, öz aralarında ata tərəfindən qan bağı olan qohumların meydana gətirdiyi topluluğa, "asabə";

Bu topluluğun bütün fərdlərini bir-birinə bağlayan və hər hansı bir xarici təhlükəyə qarşı dura bilmək və hücum etmək bəhs mövzusu olduğunda, bütün topluluq üzvlərinin hərəkətə keçməsini təmin edən birlik ruhuna da, "asabiyyə" deyilirdi.

Asabiyyə, əsas etibarı ilə, soy (nəsəb) birliyindən qaynaqlandığından, eyni soydan olanlar arasında "təbii yaxınlıq" (qurbu'l-luhmə) artdıqca, asabiyyə də güclənir, buna müqabil olaraq, bu yaxınlıq, ailədən başlayaraq tayfalara, qəbilələrə doğru yayıldıqca, asabiyyə də zəiflərdi.

Bu həqiqi asabiyyə yanında, bir də, hökmi və ya etibari asabiyyə də vardır ki, bu, qan bağına istinad etməyib hər hansı bir əqd, razılaşma, andlaşma, kəffalət və b. tətbiqatlarla qurulan asabiyyədir.

Bunlardan həqiqi asabiyyə, müasir sosiyologiyanın əsas məfhumlarından olan və irq birliyini aşaraq:

• vətən;

• tarix;

• mədəniyyət;

• adət-ənənə;

kimi müştərəklərə dayanan milliyyət fikrindən çox,

yalnızca, irq birliyindən qaynaqlanan tayfaçılığa bənzəməkdə, ancaq bu gün başa düşüldüyü mənadakı irqçiliyə görə, daha dar çərçivəli və qəbiləvi bir xarakter ərz etməkdədir.

Dissiplinli bir siyasi birlikdən və hüquqi quruluşdan məhrum olan cahiliyyə dövründə, bir qəbilənin və ya qəbilədən bir şəxsin, başqa qəbilə tərəfindən -hansı səbəblə olursa olsun- təzyiqlə qarşılaşmasını əngəlləyən və ya hər hansı bir təzyiqin baş verməsi halında, bunun meydana gətirdiyi maddi və mənəvi zərərin qarşılanmasını təmin etməyə sövq edən ən əhəmiyyətli və təsirli amil, "asabiyyə qanunu" idi.

Hücuma məruz qalan tərəfin, öz qəbiləsini köməyə səsləməsi, çağırması (istiğasə) halında, bütün qəbilənin "qaynayıb coşaraq" (hamiyyə), bu səsləniş gərəyincə hərəkət etməsi, asabiyyə qanununun labüd bir gərəyi idi ki, cahiliyyə dövründə ardı-arası kəsilməyən qəbilələr arası döyüşlərin təməlində, bu qanun var idi.

Asabiyyənin:

• siyasi və hüquqi sahələrdəki boşluğu doldurmaq;

• mal, can təhlükəsizliyini təmin etmək

kimi, müsbət yönləri ilə bərabər;

• ailə, tayfa və ya qəbilənin, yaxud bənzəri bir topluluğun haqq və mənfəətlərinə hücum etmək;

• onlara qarşı şiddətə baş vuraraq üstünlük təmin etmək

kimi, mənfi və zərərli yönləri də vardı.

Belə bir asabiyyə anlayışı, Cündəb b. Ənbər b. Təmim'ə isnad edilən bir şeirdə:

"İstər zalım, istər məzlum olsun,

Qardaşına kömək ol."

şəklində ifadə edilmiş, zamanla da, ərəb atalar sözləri arasında özündə yer etmiş bu ifadə, "yazılmamış bir qanun" olaraq qəbul edilmişdi. (bax: Meydani, "Məcmau'l-Əmsal", ll, s. 334, nşr. M. Muhyiddin Əbdü'l-Həmid, Dəməşq, 1972)

• Şair Asla' b. Abdullah'ın (bax: əbu'l-Məhasin əş-Şeybi, "Timsalu'l-Əmsal", l, s. 325, nşr. Əsəd Zübyan, Beyrut, 1402/1982):

"Qardaşım bir topluluğa qarşı haqsızlıq edincə, mən, ona kömək etməyəcəmsə,

Haqsızlığa uğrayınca da, kömək etmərəm."

mənasına gələn beyti;

• başqa bir şairin (bax: əbu'l-Hilal əl-Əskəri, "Cəmhərətu'l-Əmsal", l, s. 58-59, nşr. Muhamməd əbu'l-Fazl, Qahirə, 1384/1964):

"Sənin əsl qardaşın, səninlə birlikdə hərəkət edər;

Sən zalım olarsansa, o da səninlə birlikdə zalım olar..."

mənasındakı beyti,

cahiliyyə dövründəki asabiyyə anlayışının tipik ifadələridir.

Quranda "asabiyyə" kəliməsi keçməməklə bərabər, ona yaxın bir məna ifadə edən "hamiyyət" kəliməsi mövcuddur. Allah subhənəhu və taala, Fəth surəsi 26-cı ayətdə belə buyurur:

إِذْ جَعَلَ ٱلَّذِينَ كَفَرُوا۟ فِى قُلُوبِهِمُ ٱلْحَمِيَّةَ حَمِيَّةَ ٱلْجَـٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ ٱلتَّقْوَىٰ وَكَانُوٓا۟ أَحَقَّ بِهَا وَأَهْلَهَا ۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا

"Kafirlər öz qəlbində hamiyyətə (təkəbbürlüyə) – cahillik hamiyyətinə (lovğalığına) qapıldıqları zaman, Allah Öz Elçisinə və möminlərə, mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir."

• Hər nə şəkildə olursa olsun, bu zehniyyətin təməlini təşkil edən soy üstünlüyü, qəbiləçilik və qövmiyyət savaşlarının bütünü ilə rədd edildiyi (bax: Təkasur/1-8);

• Səmimi dindarlıq və əxlaqi həssaslıq demək olan təqva xaricində, bir üstünlük səbəbi görülmədiyi;

• Qruplar arasında baş göstərə biləcək çəkişmələri -asabiyyə ilə daha da artdırmaq yerinə- ilk əvvəl, ədalət və haqqa istinad edən andlaşma yoluna getmək; və

• İstənilən halda, haqsız tərəfin qarşısında dayanmaq vəzifəsinin gətirildiyi,

açıqca görülməkdədir. (bax: Hucurat/9-13)

Al-i İmran surəsi 103-cü ayətdə, müsəlmanlara, bütünlüklə Allahın dininə (hablullah)'a sarılmaları əmr edildikdən sonra, Allahın -cahiliyyə asabiyyətindən qaynaqlanan- düşmənlikləri necə qardaşlığa çevirdiyi və beləcə, onları, bir atəş çuxuruna düşməkdən necə qurtardığı xatırladılmaqdadır.

Başqa bir ayətdə (Maidə/2), pislik və düşmənlik istiqamətində bir-birinə kömək etmək qadağan edilərək, "yaxşılıq və təqva üzərində köməkləşin" əmri ilə, qarşılıqlı yardımlaşmağa əxlaqi bir muhtəva qazandırılmışdır.

Asabiyyə məfhumunu ilk dəfə elmi və obyektiv bir metodla incələyən İslam mütəfəkkiri, tarix və dövlət fəlsəfəsini açıqlayarkən, bu məfhuma ən böyük ağırlıq verən, ibn Xaldun'dur. O, asabiyyə termininin -öz fəlsəfəsində ehtiva etdiyi mənanı tam olaraq ifadə edən- bir tərifini verməmişdir. Bu səbəbdən, bir çox tədqiqatçı, asabiyyə məfhumunun, ibn Xaldun'un "Müqəddimə"sində:

• yardımlaşma ruhu;

• camaat ruhu;

• qəbiləçilik;

• qan bağı;

• sosial yardımlaşma

kimi məfhumlardan biri və ya bir neçəsi qarşılığında istifadə edildiyini önə sürmüşlərdir.

Bununla birlikdə, ibn Xaldun, asabiyyəni, dar mənada, "müdafiə" və ya "hücum" məqsədinə aid "mücadilə enerjisi" təmin edən "ictimai şüur" şəklində başa düşməkdə isə də, "Müqəddimə"nin bu mövzunu işləyən ilk bölmələrindən başa düşüldüyünə görə, asabiyyəni, irqi bağların və ya coğrafi, siyasi yaxud da dini səbəblərin doğurduğu birlik və yardımlaşma ruhu olaraq incələmişdir.

Bu səbəblə, o, asabiyyəni, bu və ya bu dövrdəki tətbiqat şəklinə görə deyil, bir başa, bəşərin fitri bir özəlliyi və ən kiçik ictimai birliklərdən ən böyük dövlətlərə qədər, bütün topluluqların quruluş, inkişaf və tənəzzüllərində rolu olan bir "kütlə enerjisi" olaraq ələ almaqda və qəzəb, şəhvət və başqa biolojik və psixolojik qabiliyyətlər kimi, asabiyyənin də, müsbət və ya mənfi yönlərinin mövcud olduğunu söyləməktədir.

Buna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in pislədiyi asabiyyə, haqsız və yalnış tətbiqatlarla ortaya çıxan "cahiliyyə asabiyyə"sidir.

Buna müqabil olaraq, asabiyyənin, haqqa və Allahın əmrini gerçəkləşdirməyə xidmət yolunda istifadə edilməsi, arzu edilən bir şeydir. Əsasən, dinlər və şəriətlər belə, asabiyyə dəstəyi ilə qurulur, bu dəstəkdən məhrum qalınca da, yıxılırlar. (bax: ibn Xaldun, "Müqəddimə", l, 180-181)

İbn Xalduna görə, asabiyyə, ən ibtidai şəkli ilə, bəşərin təbiətində mövcud olan zülm və düşmənlik təmayüllərinə qarşı, yenə eyni təbiətdən gələn qohum-əqrəba və başqa yaxınlara mərhəmət hissinin doğurduğu yardımlaşma meylidir. (bax, "Müqəddimə", s. 116-117)

Həqiqətdə, soy birliyindən, başqa bir sözlə, təbii yaxınlıqdan qaynaqlanan, dolayısı ilə, ən iləri dərəcədə ibtidai (bədəvi) topluluqlarda mövcud olan asabiyyə, topluluqların mədəni (hadari) həyata keçmələri nisbətində, gücünü itirir. (bax: "Müdəqqimə", s. 118, 125)

Çünki bu halda, fərqli nəsəb və soylar arasında eyni cinsdən olanların ortadan qalxması, soy birliyinə, mənfi yöndə təsir edəcəkdir. Necə ki, ən güclü asabiyyə, bir-birinə ən yaxın qohumlar (ən-nəsəbu'l-xassa) arasında mövcuddur və bu nəsəb, uzaq qohumlara (ən-nəsəbu'l-ammə) yayıldıqca, asabiyyə də zəifləyir. (bax: "Müqəddimə", s. 119)

İbn Xaldun, öz dövrünə qədər İslam mədəniyyətinin hakim olduğu ölkələrdəki xanlıqlar, qəbilə və millətlərin tarixləri üzərində apardığı tədqiqatları nəticəsində:

• ibtidai həyatdan mədəni həyata;

• ailə, qəbilə, tayfa birliklərindən dövlət quruluşuna;

• "quru güc" dövründən, hüquqi quruluşa qədər hər bir mərhələdə rol oynayan əsas faktorun,

asabiyyə dinamizmi (hərəkətlilik, canlılığı) olduğu hökmünə varmaqdadır.

Hətta o, dövlətin qurulmasından sonra belə, asabiyyənin bu funksiyasına ehtiyac duyulacağı görüşündədir. Hökmdar və ya xanlıq, öz siyasi prestijini qorumaq və gücləndirmək üçün, asabiyyəni canlı tutmaq məcburiyyətindədir. Əks halda, daim pusquda gözləyən başqa bir asabiyyə qrupu, güc üstünlüyünün özünə keçdiyini anladığı təqdirdə, hakimiyyəti ələ keçirə bilər.

İbn Xaldun'un tarix və dövlət fəlsəfəsinin, -bu şəkildə-, bir növ asabiyyə dialektliyinə istinadı, şübhəsizdir. Elə ki, ona görə, hər yeni fikir və inanca qarşı, insanların təbiətində mövcud olan mənfi davranış, onlara (fikir və inanclara) qələbə çalıb hakimiyyət altına almaq üçün, gücə baş vurmağı gərəkli qılır. Bu da, ancaq, məqsədi hegemonluq olan asabiyyə ilə mümkündür.

Dolayısı ilə, bir hakimiyyətin, hətta peyğəmbərlik və ya hər hansı bir ideologiyanın müvəffəq olması, ilk əvvəl asabiyyə ruhunun gücünə bağlıdır (bax: "Müqəddimə", s. 117) Bu gücə olan ehtiyac cəhətindən, peyğəmbər ilə dini mesaj daşımayan başqa hakimiyyət hərəkətləri arasında, fərq yoxdur. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Allah, qövmünün himayəsindən dəstək almayan, heç bir peyğəmbər göndərməmişdir." (Əhməd b. Hənbəl, "Müsnəd", ll, 533)

mənasındakı sözü də, bu həqiqəti vurğulamaqdadır. (bax: "Müqəddimə", l, 143)

Necə ki, reallıqda da, peyğəmbərlər risalətlərini təbliğ edərkən, kafirlərin təzyiqlərinə qarşı qorunmalarını təmin edəcək olan qəbilə asabiyyətinə və qüdrətə sahib olmuşlardır. (bax: "Müqəddimə", s. 86)

Bu surətlə, asabiyyə, peyğəmbərin, dolayısı ilə, dinin müvəffəqiyyətə doğru ilərləməsi üçün, hərəkət enerjisi təmin edərkən, din də, asabiyyətə toplayıcı bir özəllik qazandırır. İbtidai şəklilə maddi mənfəətlərə yönəlik olan asabiyyəti, daha da ideallaşdıraraq:

• dinin yayılması;

• həqiqətin gün üzünə çıxarılması;

• daha fəzilətli bir cəmiyyət qurulması

kimi yüksək hədəflərə yönəldir.

Eyni şəkildə din, israf və ehtişam hissilə, etibar və mənfəət çəkişmələrini cilovlamaq surətilə, dövlətə, daimilik qazandırır.

Ayrıca, hakimiyyət və iqtidarın təhlükəsizlik altına alınması üçün siyasi əxlaqa riayət edilməsinin və idarəni əlində saxlayanların siyasi kamilliklərlə təchiz edilmələrinin gərəkliliyini də vurğulayan ibn Xaldun, beləcə asabiyyə dialektini, əxlaqi və mənəvi ünsürlərlə yumşaltmış olmaqdadır. Necə ki, ona görə, ən yaxşı siyasət, Allahın hökmlərini tətbiq etməklə reallaşır.

Asabiyyə, mülkün (hökmranlığın) qaynağı və quruluş səbəbidir. Comərdlik, əfv, xoş görü, səbr, vəfa, xalqın çətinliklərilə maraqlanmaq, qanuna və elmə hörmət, həya, mərhəmət, doğruluq kimi, dini, əxlaqi fəzilətlər və xeyirlər də, mülkün (hökmranlığın) davamlılığını təmin edən xislətlərdir. Bunlarsız bir idarə, üzvləri kəsilmiş insan kimidir.

Dolayısı ilə, pisliklər (məzmuat) işləyən bir xalqın, millətin iqtidarı, Allahın qoyduğu qanun gərəyincə yıxılıb gedər. (bax: "Müqəddimə", s. 129-131)

Read 6 times
In order to make a comment, please login or register