Təbbət surəsi 1-ci ayətin təfsiri
تَبَّتْ يَدَآ أَبِى لَهَبٍ وَتَبَّ
Təbbət yədə əbi ləhəbin və təbb.
"Əbu Ləhəbin əlləri qurusun, qurudu da!" (Təbbət/1)
------------------------
Təfsiri:
Surənin nüzul səbəbi:
Nüzul səbəbi haqqında danışılanlardan biri, belədir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə bir heyət gəldiyində, bu heyət, əmisindən, Onun haqqında soruşar və: "Sən, Onu ən yaxşı tanıyansan..." deyərdi. O da, onlara: "Muhamməd, bir sehrbazdır." deyər; bunun üzərinə də, onlar, ondan üz çevirər, onunla qarşılaşmazlar. Belə ikən, ona bir heyət də gəlir; əbu ləhəb də, onlara, yenə buna bənzər sözlər danışır. Onlar da: "Muhammədi görmədən, getməyəcəyik." deyincə, əbu ləhəb, "Biz, Onda, dəlilikdən başqa heç bir şey müşahidə etmədik. Əli qurusun, məhv olsun..." deyincə, Muhamməd (sallallahu aleyhi və səlləm), bundan xəbər tutur və kədərlənir. Bunun üzərinə də, bu surə nazil olur.
----------------------
"Təbbət" kəliməsi:
1. "ət-Təbəb", "həlak olmaq" mənasındadır. Ərəblərin, "şəbbətun ummu təbbətin" şəklindəki sözü də bu ifadədən olub, "qocalıqdan həlak olmuş" mənasındadır.
Bunun bir bənzəri də,
...وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِى تَبَابٍ
"Və mə kəydu firavnə illə fi təbəb = fironun tələsi, hüsran (və ya həlakdan) başqa bir şeyə yaramadı" (Ğafir/37) ayətidir.
Bunu dəstəkləyən başqa bir xüsus da, budur:
Bir bədəvi, ramazan ayının bir günündə, xanımı ilə cinsi münasibət etdiyində, "həlak oldum və həlak etdim" demişdir. Sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bədəvinin bu sözünü qərib görmədi. Beləcə, onun, bu xüsusda doğru söylədiyinə işarət etmiş oldu. Şübhə yoxdur ki, əməl:
~ ya imana daxil olar;
~ ya da daxil olar, ancaq onun, ən zəif cüzlərindən (parçalarından) biri olar.
Bax, (hətta) əməli tərk etməklə həlak meydana gəlincə; əbu Ləhəb haqqında, etiqadı, cüz və əməli, tək meydana gəlmiş; batil inancın, batil sözün və batil əməlin mövcudiyyəti, reallaşmışdır. O halda, həlakın meydana gəlməməsi, necə düşünülə bilər?! Bax bundan dolayı, Haqq Taala, "təbbət = qurusun, həlak olsun" buyurmuşdur.
2. "Təbbət", "xasirət = hüsrana uğrasın" mənasındadır. Çünki, "ət-təbəbu" kəliməsi, "həlaka aparan hüsran" mənasındadır.
...وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ
"Və mə zəduhum ğayra tətbib = Onların, hüsrandan başqa bir şeylərini artırmadılar" (Hud/101) ayəti də bu mənadadır.
3. "Təbbət", "xabət" mənasındadır.
ibn Abbas (radiyallahu anh), belə deyir:
Çünki, əbu Ləhəb, "O, bir sehrbazdır." sözü ilə, insanları, Muhamməd (sallallahu aleyhi və səlləm)'dən uzaqlaşdırırdı. Beləcə də, insanlar, Onunla görüşmədən qayıdırdılar. Çünki əbu Ləhəb, qəbilənin yaşlısı olub, Muhamməd (sallallahu aleyhi və səlləm)'in atası kimi idi. Bu səbəblə də, ittiham edilə bilməzdi. Bu surə nazil olub onu eşidincə, qəzəbləndi və şiddətli bir düşmənlik sərgilədi. Beləcə, ittiham olunan bir hala gəldi ki, artıq, bundan sonra, Muhamməd (sallallahu aleyhi və səlləm) haqqındakı sözləri, qəbul edilə bilməzdi. Beləcə, sanki, "xabə=səyləri boşa çıxmış", məqsədinə çata bilməmişdi.
Möhtəmələn, Haqq Taala, bundan dolayı, burda, "yəd=əl" kəliməsini zikr etdi. Çünki, əbu Ləhəb, yanına gələn heyətin çiyinlərinə əlilə vurur və: "Ağıllı olun, gedin. Çünki O, dəlidir." deyirdi. Çünki, (insanlar arasında) adət edilmiş şey, budur: Birini bir yerdən döndərən kimsə, əlini, onun çiyninə qoyar; onu o yerə getməkdən əngəlləyər.
4. Ata'dan rəvayət edildiyinə görə, "təbbət" kəliməsi, "ğaləbət=qalib gəldi" mənasındadır. Çünki o, öz əlinin, ən üstün olduğuna; Onu, Məkkə'dən çıxarıb zəlil qılacağına; Ona qalib gələcəyinə inanırdı.
5. ibn Vəssab'dan rəvayət edildiyinə görə, bunun mənası, "Hər xeyir üzərə, əlləri saralıb solsun..." şəklindədir.
-------------------
Əgər deyilsə ki: "Əlin zikr edilməsinin faydası, nədir?"
Belə deyərik:
Bu xüsusda, bir neçə izah şəkli vardır:
1. Rəvayət edilən, bu xəbərdir:
əbu Ləhəb, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə atmaq üçün, yerdən bir daş götürmüşdü. Tariq əl-Müharibi'dən rəvayət edildiyinə görə, o, belə demişdir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i bazarda gördüm. Belə buyururdu:
"Ey insanlar! Lə iləhə illəllah deyin, qurtulun..."
Arxasında da, bir adam, Ona daş atırdı. Topuqlarını da qanatmışdı. "Ona itaət etməyin; çünki O, çox yalançıdır." deyirdi. Mən: "Bu kimdir?" deyə soruşunca, "Muhamməd və əmisi əbu Ləhəb." dedilər.
2. "İki əl"dən murad olunan, bütün bədəndir. Haqq Taala'nın,
ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ...
"Zəlikə bimə qaddəmət yədəkə = Bu, sənin əllərinin, əvvəl etdiklərindən dolayıdır." (Hacc/10) ayətində də belədir.
Haqq Taala'nın,
...مِّمَّا عَمِلَتْ أَيْدِينَآ...
"Mimmə amilət əydinə = Əllərinizin etdiklərindən" (Yasin/71) ayəti də, bu mənadadır.
3. "Təbbət yədəhu" ifadəsinin mənası: "Dini də, dünyası da, əvvəli də, sonrası da həlak olsun." mənasındadır. Ya da, 2 əldən birilə mənfəət təmin edilir; digərilə də, zərərlər dəf edilir. Ya da, sağ əllə silah tutulur; digərilə də, qalxan.
4. Rəvayət edildiyinə görə:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, gündüz vaxtı dəvət edincə, o, bundan çəkindi. Gecə olunca da, Nuh (əleyhissəlam)'ın sünnətinə tabe olaraq, onu, gündüz dəvət etdiyi kimi; gecə dədəvət etmək üzərə onun evinə getdi. Onun yanına çatdığında, əbu Ləhəb, ona: "Üzr istəmək üçün yanıma gəldin..." dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, eynilə ehtiyac içində olan biri kimi, Onun qarşısında oturdu. Və onu, İslama dəvət etməyə başladı. Ona: "Əgər səni, inanmaqdan, ar və utanmaq uzaq tutursa, Mənə, bu vaxtda icabət et və sus..." deyincə; əbu Ləhəb: "Bu oğlaq, Sənə inanmadıqca, Sənə inanmaram." dedi. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), oğlağa: "Mən, kiməm?" dedi. Oğlaq da: "Sən, Allahın rəsulusan." dedi və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i tərifləyəmə başladı. Bunun üzərinə, kin və həsəd, əbu Ləhəbi istila etdi; dərhal oğlağın ayaqlarından tutaraq, onu parçaladı. "Allah, səni həlak etsin. Sehr (cadu), sənə də təsir etdi." deyincə; oğlaq: "Əksinə, Allah səni həlak etsin." dedi. Bunun üzərinə də, buna uyğun şəkildə, bu surə nazil oldu. Yəni, "Oğlağın ayaqlarını parçaladığı üçün, əbu Ləhəb'in əlləri qurusun."
5. Muhamməd b. İshaq, belə deyir:
Rəvayət edildiyinə görə, əbu Ləhəb, belə demişdi:
"Muhamməd, mənə, bəzi şeylər vəd edir. Mən, bunların olacağını zənn etmirəm. Muhamməd, bunların, ölümdən sonra baş verəcəyini deyir. Halbuki, əlimə, bunlardan yana heç bir şey qoymadı." Sonra da, əllərinə: "Allah, sizi həlak etsin. İndi, heç bir şey görə bilmirəm." deyərdi. Bax, bunun üzərinə də, bu surə nazil oldu.
-----------------
Haqq Taala'nın, "və təbb" ifadəsinə gəlincə, bu xüsusda da, bir neçə izah vardır:
1. Haqq Taala'nın,
~ Birinci (yəni, "əlləri qurusun") ifadəsini,
قُتِلَ ٱلْإِنسَـٰنُ مَآ أَكْفَرَهُۥ
"Qoy ölsün kafir insan! O, necə də nankordur!" (Əbəsə/17) ayətində olduğu kimi, bəd dua (qarğış) üslubunda buyurmuş;
~ İkinci ("qurudu da") ifadəsini də, xəbər vermə məqamında gətirmişdir. Yəni, "Bu, oldu və meydana gəldi." deməkdir.
ibn Məsud'un, "Və qad təbbə = doğrusu, qurudu da" ifadəsi də, bunu dəstəkləməkdədir.
2. Hər iki ifadə (yəni, "əlləri qurusun" və "qurudu da" ifadəsi) də, xəbər vermək üçündür. Lakin Haqq Taala:
~ birincisilə, əməlinin həlak olmasını;
~ ikincisilə də, şəxsən özünün həlak olmasını
murad etmişdir.
Bunun, ən gözəl izahı, belədir:
İnsan, özünün və işinin mənfəəti üçün çalışıb səy göstərər. Allah Taala, beləcə, əbu Ləhəb'in, hər ikisindən də məhrum qaldığını xəbər vermişdir.
3. "Təbbət yədə əbi ləhəbin" demək, yəni, "Malı həlak olsun..." deməkdir. Necə ki, mal haqqında, "zətu'l-yəd = əlin sahib olduğu şey" deyilir. "Və təbb" ifadəsi də, "onun şəxsən özü həlak oldu" mənasındadır. Necə ki, Quranda, "Onlar, həm özlərini, həm də uşaqlarını həlak etdilər." buyurulmaqdadır. Bu, əbu Muslim'in görüşüdür.
4. "Təbbət yədə əbi ləhəbin" demək, "əbu ləhəbin özü həlak olsun" demək; "və təbb" də, "oğlu utbə həlak olsun" deməkdir. Necə ki, rəvayət edildiyinə görə:
utbətu'bnu əbi ləhəb, Qureyş'dən bəzi kimsələrlə bərabər, Şama gedir. Geri qayıtmaq istədiklərində, utbə, onlara: "Muhamməd'ə, məndən, 'və'n-nəcmi izə həvə' (Nəcm surəsini) inkar etdiyimi çatdırın." dedi. Və yenə, rəvayət edildiyinə görə, o, bunu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in üzünə demiş və (haşa) üzünə tüpürmüşdür. O, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, çox şiddətli düşmənlik edirdi. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Allahım! Ona, itlərindən bir itini ilişdir." dedi. Beləcə, utbənin qəlbinə, böyük bir qorxu düşdü. Bu səbəblə də, həmişə çəkinirdi. Belə ikən, o, gecələrdən bir gecə yola çıxdı. Sabah yaxınlaşdığında, yanındakılar, ona: "Karvan, həlak oldu." dedilər. O, enincəyə qədər, onu tərk etmədilər. O, qorxu içində idi. O, eynilə (dəmir) barmaqlıqlar kimi, dəvələri ətrafına çökdürdü. Allah da, ona, bir şiri ilişdirdi. Dəvələrə isə, sükunət verdi. Beləcə, şir, aradan süzülüb onu parçaladı.
Buna görə, ayə, "Bu Təbbət surəsi, bu hadisədən (yəni, əbu ləhəbin əlləri qurumasından) əvvəl nazil olmuşdur. 'və təbb=qurudu da' ifadəsi də, keçmişdən xəbər verməkdədir. O halda, bu ifadə, bu hadisəyə necə həml edilə bilər?" deyilərsə, biz belə deyərik:
Bu, belədir. Çünki, bunun meydana gələcəyi, Allahın məlumu idi.
5. Bu, "Rəbbinin haqqını bilmədiyi zaman, əbu ləhəbin əlləri qurusun; Rəsulunun haqqını bilib iqrar etmədiyi vaxt da, özü həlak olsun..." deməkdir.
Ayə haqqında, bir neçə sual mövcuddur:
✓ Birinci sual: Adı ləhəb olan bir oğlu olmadığı üçün yalan olduğu halda, nəyə görə, ona, "əbu ləhəb" künyəsi verilmişdir?
...o, cəhənnəmlik olub aqibəti (yəni, varacağı yer) də alovlu bir atəş olunca, halı, künyəsinə uyğun düşmüş; bu səbəblə onunla zikr edilməsi, yerində olmuşdur. Buna görə, ona, necə ki:
~ pis bir kimsəyə, əbu'ş-şər (şərin atası);
~ xeyirsevər kimsəyə də, əbu'l-xeyr (xeyrin atası)
deyilirsə, elə də,
~ əbu ləhəb də, "alovun atası" deyilir.
Yenə, onun yanaqları atəş parçası kimi və qıpqırmızı olduğu üçün, ona, bu ad verilmişdir. (Əsl adı isə, abdu'l-uzza idi). Beləcə onunla istehza edilib təhqir etmək üçün, bununla anılması, caiz olmuşdur.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər-)
---------------------------
---------------------------
Əlavələr:
I. Bu surə, Məkkə'də ilk enən surələrdən biridir. Bu surədə, 2 əhəmiyyətli mesaj vardır:
1. Quranın, Allahın kəlamı olması;
2. Muhamməd (sallallahu aleyhi və səlləm)'in də, Onun haqq peyğəmbəri olduğu.
Il. Quranda, heç vaxt, şəxsiyyətçilik edilməmişdir. Daim, yalnış davranışlar, xarab fikirlərə hücum edilmişdir. Bu hücumlarda, həqiqi insan olanların vicdanlarını hərəkətə keçirmək; o cür çirkin fikirlərdən nifrət etməsini təmin etmək üçün uyğun təmsillər istifadə edilmişdir. Yalnız, əbu ləhəb və xanımı, bunun tək istisnasıdır və Təbbət surəsi, bu cəhətdən də, bir möcüzədir. Çünki, əgər Quran, Allah kəlamı olmasaydı, Muhamməd (sallallahu aleyhi və səlləm), əbu cəhil kimi yaxın qohumu olmayan din düşməni azğınlar qala-qala, -qəbiləçilik düşüncəsinin zirvədə olduğu bir dövrdə- Öz qohum-əqrəbasının şan və şərəfini düşünüb, Öz əmisini rəzil etməzdi.
Ill. Muhamməd (sallallahu aleyhi və səlləm)'in, əmisi əbu ləhəb və xanımının imana gəlməyəcəkləri, imansız ölüb cəhənnəmə gedəcəklərinə dair -Quranın dililə- bəyanı, şübhə götürməz bir açıqlıqdadır. Zaman isə, bu surəni təsdiq etmişdir. Halbuki əgər onlar, yalandan olsa belə iman etdiklərini söyləsələrdi, "Quran, bizim üçün, heç vaxt iman etməzlər.' demiş; ancaq bax, biz, imam etdik." demiş olsalardı, Quranın onun haqqında verdiyi edam qərarının, heç bir hökmü qalmaz və İslam, başlamadan bitərdi. Muhamməd (sallallahu aleyhi və səlləm)'in bütün iddiaları, sıfırlanardı. Qaldı ki, o dövrdə bunlar kimi bir çox İslam düşməni vardı və sonradan iman etmişdilər. O halda, əbu ləhəb və xanımının iman etməyəcəklərini Allahdan başqa kim bilə bilərdi?
IV. Quranın bütün mesajları, qiyamətə qədər gələn bütün insanlar üçündür. Bunları, sadəcə bir dua və qarğış olaraq dəyərləndirmək, xətadır. Məsələn, Təbbət surəsi oxunduğu vaxt, Allaha qarşı gələnlərin necə Onun qəzəbinə uğradıqlarını düşünüb, daha ciddi bir şəkildə Allaha sığınmaq lazımdır. Qiyamətə qədər bütün əsrlər, mütləq bir neçə əbu ləhəblə qarşılaşmış və qarşılaşacaqlardır.
V. Tarix isə, təkrarlanır. Təkrarlandıqca da, eyni və ya bənzər hadisələr də təkrarlanır. Bənzər hadisələr təkrar etdikcə də, eyni və ya bənzər zaman dilimini yaşamaq da təkrarlanar. Elə isə, hər insan, Quranın bütün mesajları qarşısında, Peyğəmbər zamanındakı insanlar kimi muxatabdır və məsuliyyəti vardır. Bunlardan dərs alması, Quranın belə hadisələrlə bağlı mesajlarını, "vaxtı keçməmiş" dərslər olaraq başa düşməsi lazımdır.
Təbbət surəsində, əbu ləhəb və xanımının, pis aqibətindən bəhs edilməkdədir. Bu hadisə, surənin zahir ifadəsi cəhətindən, xüsusi bir mövzudur. Lakin, Peyğəmbərə qarşı edilən düşmənliyin aqibətini göstərməsi cəhətindən, hər zaman və hər məkanda və hər kəs üçün bir dərsdir.
Vl. Fəqihlərin bu surədən çıxardıqları hökmlər:
1. "Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək." (Təbbət/2)
Burdan çıxan hökm:
Müşrik çalışmışdırsa, malı, özünə məxsusdur.
2. "Onun odun şələsi daşıyan arvadı da." (Təbbət/4)
Müşriklər, öz aralarında, öz hüquqları daxilində nikah əqdi ediblərsə, biz Müsəlmanlar, o nikahı tanıyırıq.
