Təfəül (xeyrə yozmaq) nə deməkdir? -1

19-cu başlıq: Təfəül (xeyrə yozmaq, uğurlu saymaq)

...Xeyrə yozmaq, bu qəbildən deyildir. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Ey raşid (ey doğru yolda olan), ey nəcih (ey müzəffər olan)"

kimi isimləri eşitməkdən, xoşlanardı.

Bunu, Tirmizi rəvayət etmiş olub, "səhih və qərib bir hədisdir", demişdir.

Nəbi (sallallahu aleyhi və səlləm)'in, bu şəkildə, xeyrə yozulacaq şeylərdən xoşlanmasının səbəbi isə:

Xeyrə yozmaqla:

• insan nəfsinin rahatlaması;

• ehtiyacın qarşılanıb arzulanan şeyin əldə ediləcəyi müjdəsi ilə sevinməsi

dolayısıyladır.

Bunun nəticəsində, insan, uca Allahdan gələcəklər haqqında gözəl zənn bəsləyər. Uca Allah da, bir qüdsi hədisdə:

"Mən, qulumun, Mənim haqqındakı zənni yanındayam."

deyə buyurmuşdur.

Digər tərəfdən, Allah rəsulu (sallallahu aleyhi və səlləm), hər hansı bir şeyi uğursuz saymaqdan xoşlanmazdı. Çünki bu:

• müşriklərin tətbiqatları arasında idi; və

ayrıca, şərrə yozmaq, uğursuz saymaq:

• uca Allah haqqında su-i zənn bəsləməyə səbəbdir.

✓ Xattabi belə deyir:

Uğurlu saymaq ilə, uğursuz saymaq arasındakı fərq budur:

"Uğurlu saymaq, uca Allahın təqdiri haqqında, gözəl zənn bəsləmək qəbilindəndir. Uğursuz saymaq isə, Ondan başqa hər hansı bir şeyə təvəkkül edib güvənmək qəbilindəndir."

√ əl-Əsmai belə deyir:

Mən, ibn Afv'a, təfəül (xeyrə yozmağ)'ın mahiyyəti haqqında soruşdum. O da, mənə, belə dedi:

"Xeyrə yozmaq, insanın xəstə ikən "ey səlim (ey sağlam)" deyə bir söz eşitməsi, yaxud da, itirdiyi bir şeyi axtararkən, "ey vacid (ey axtardığını tapan)" deyə səsləndiyini eşitməsidir."

Bax Tirmizinin rəvayət etdiyi hədisin mənası budur.

Əbu Dərda (radiyallahu anh)'dan belə rəvayət edilir:

3 kimsə vardır ki, yüksək dərəcələrə, əsla çata bilməzlər:

• Kahinlik (falçılıq) edən;

• Fal oxları ilə qismət axtaran; yaxud da

• Uğursuz sayaraq, başladığı bir yolçuluqdan geri qayıdan.

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Maidə/3 təfsiri)

Read 4 times
In order to make a comment, please login or register