Təfəül (xeyrə yozmaq) nə deməkdir? -2
3536- əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:
Nəbi (sallallahu aleyhi və səlləm), gözəl təfəül (yəni bir şeyi uğurlu, xeyirli saymaq)'dan xoşlanar və tiyəra (yəni bir şeyi uğursuz saymaq)'dan xoşlanmazdı.
Not:
Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:
Sənədi səhih olub raviləri siqadırlar.
-----------------------------------
3537- Ənəs (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Xəstəliyin (Allahın təqdiri olmadan) bulaşıcılığı yoxdur, tiyəra (bir şeyi uğursuz saymaq, şərrə yozmaq) da yoxdur. Mən, saleh təfəülü (yəni bir şeyi uğurlu saymağı) sevirəm."
-------------------------------
3538- Abdullah (ibn-i Məsud) radiyallahu anhdan belə rəvayət edilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Tiyəra (yəni bir şeyi uğursuz saymaq), şirkdir." buyurdu.
Halbuki bəzi şeyləri uğursuz saymaq duyğusu, az da olsa, qəlbindən keçməyənimiz yoxdur. Lakin Allah bu duyğunu, təvəkkül ilə ortadan qaldırar.
----------------------------------
İzahı:
• İkinci hədis:
• Buxari;
• Muslim;
• Tirmizi; və
• əbu Davud
tərəfindən də rəvayət edilmişdir. Bəzi rəvayətlərdə:
...والفَأْلُ الصّالِحُ الكَلِمَةُ الحَسَنَةُ...
"...və saleh təfəül, gözəl kəlimədir..." əlavəsi vardır.
• Üçüncü hədis, yəni ibn Məsud (radiyallahu anh)'ın hədisi:
• əbu Davud; və
• Tirmizi
tərəfindən də rəvayət edilmişdir.
Xattabi, bu hədisin:
...الطيرة شرك...
"Tiyəra, şirkdir." cümləsindən sonrakı qisminin, ibn Məsudun sözü olduğunu söyləmişdir. "Avnu'l-Məbud şərh-u Sunən-i əbu Davud" müəllifi: Əzimabadi də, doğrusunun bu olduğunu söyləmişdir.
Çünki hər hansı bir şeyin uğursuz olduğu duyğusunun Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in pak və nəzi qəlbinə gəlməsini düşünə bilmərik.
---------------------
Həsən və saleh təfəül: gözəl və uyğun bir kəliməni, uğurlu və xeyirli saymaqdır. Dilimizdə buna, "xeyrə yozmaq" deyilir. Bunun, bir çox misalı verilə bilər. Məsələn:
• Bir qız istəməyə gedən kimsə, yolda bir adamın başqa bir adama: "Məs'ud", deyə səsləndiyini eşidincə, bu kəliməni uğurlu sayaraq:
"İnşallah, bu işdə, səadət və xoşbəxtlik vardır."
deyər. Çünki "məs'ud" kəliməsi, "xoşbəxtlik" mənasına gəlir. Bununla bərabər:
• Səfərə çıxan bir kimsənin, "Səlim" deyə birinin çağırıldığını eşidincə, bu kəliməni uğurlu sayaraq, səfərinin salamat bir şəkildə tamamlanacağını yozması da, buna bir nümunədir. Bununla bərabər:
• Ridvan beyətini misal vermək olar. Ridvan beyəti, Qüreyşliləri artıqlaması ilə qorxutmuşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, onların üzərlərinə gələcəyindən narahatlıq duyan Qüreyş, tez-tələsik sülh təklifi etmək üçün, bir heyət göndərdilər. Heyətdə bu adlar var idi:
• Suheyl b. Amr;
• Huveytib b. Əbdu'l-Uzza; və
• Mikrəz b. Hafs
Qüreyş müşrikləri, bu 3 nəfərlik heyətə:
"Gedin və Muhammədlə sülh razılaşması edin. Lakin bu il burdan dönüb qayıtmaq şərtilə! Əgər bu şərti qəbul etməzsə, razılaşmayın." deyə təklif etmişdilər.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), Süheylin gəlişini, adının "asanlıq" ifadə etməsindən dolayı, xeyrə yozaraq, səhabələrə:
"Artıq işiniz, bir dərəcə asanlaşdı. Qüreyşlilər sülh istədiklərində, həmişə bu adamı göndərirlər." (İbn Hişam, c. 3, s. 331)
deyə buyurdu.
Tiyəra: şərrə yozmaq, bir şeyi uğursuz və xeyirsiz saymaqdır. Bunun da bir çox nümunələri vardır. Məsələn:
Bir iş üçün evindən çıxan yolçunun önündən bir quş və ya bir heyvanın keçməsini uğursuz sayaraq yolçuluğundan evinə dönməsi, bunlardan biridir.
Cahiliyyə dövrü insanları, bu və bənzəri bəzi halları, uğursuzluq sayaraq, təsirinə inanırlardı. Halbuki, hər cür fayda və zərər, ancaq Allahın təqdiri ilədir. Bir quşun uçması və ya dovşan kimi bir heyvanın, yolçunun önündən keçməsi, heç kimə zərər verə bilməz. Allahdan başqa hər hansı bir varlığın, kimsəyə şəxsən zərər və ya fayda təmin etməsinə inanmaq, Allah şərik qoşmaq sayılır. Son hədisdə keçən:
"Tiyəra, şirkdir."
cümləsi ilə, bu məna qəsd edilmişdir.
Çünki cahiliyyə dövrü insanları, şərrə yozmağın, onlara bir fayda və ya zərər təmin etdiklərinə inanırlardı. Onlar, şərrə yozmağın (və ya uğursuz saymağın) gərəyini edincə, Allaha şərik qoşmaq kimi olurlar ki, buna şirk-i xafi (gizli şirk) deyilir.
Bir kimsə, Allahdan başqa hər hansı bir varlığın, şəxsən və öz başına zərər və ya fayda verdiyinə inanarsa, bu batil inancla şirk-i cəli, yəni açıqca Allaha şərik qoşmaq azğınlığına düşmüş olur.
"Avnu'l-Məbud" müəllifinin bəyanına görə, Qadı İyad belə deyir:
"Şərrə yozmağın Allaha şərik qoşmaq və küfr sayılmasının səbəbi budur:
Cahiliyyə dövrü insanları, şərrə yozduqları şeylərin, xoşlanılmayan halların meydana gəlməsində təsirli olduğuna inanırlardı. Başa gələn zərərləri, doğrudan-doğruya, səbəblərə bağlamaq, gizli şirk sayılır. Buna, cəhalət və yalnış etiqad da əlavə edilincə, varılan nəticə, təbii ki, pis olur."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu't-Tibb (Tibb kitabı), 43-cü bab: "Bir şeyi uğurlu saymaqdan xoşlanan və bir şeyi uğursuz saymaqdan xoşlanmayan (kimsə)" babı)
- Təfəül (xeyrə yozmaq) nə deməkdir?-3
- Təfəül (xeyrə yozmaq) nə deməkdir?-1
- Təfəül (xeyrə yozmaq) nə deməkdir?-4
- Təfəül (xeyrə yozmaq) nə deməkdir-5
- Batil inanclar
- Nəyinsə uğursuzluğuna inanmaq doğrudur?
- Murciə məsələsinin hekayəsi
- "Ramazan ayında şeytanların zəncirlərə vurulması"- hədisin anlamamı nədir?
- İki Bayram arası Nigah Bağlana Bilər? Xalq arasında çox danışılan bu mövzunun əsli nədir?
- Milliyyətçilik