Təfəül (xeyrə yozmaq) nə deməkdir? -3

Ənəs b. Malikdən rəvayət edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm):

"Xəstəliyin bulaşması da yoxdur, uğursuzluq da yoxdur. Bununla birlikdə, təfəül də xoşuma gəlir."

buyurdu. Səhabələr təfəülün nə demək olduğunu soruşduğunda, O:

"Xoş və gözəl sözdür." buyurdu.

-----------------------

Şərhi:

Tətayyur: Bir şeyi uğursuz qəbul etməkdir. Əsl mənası isə: xoşa gəlməyən şey, davranış, ya da görünən şeylər haqqındadır.

Ərəblər, qorxduqları ceyranlar ilə quşların sağa-sola getməklərini, uğurlu və uğursuz olaraq qəbul edirlərdi. Bu məqsədlə, ceyran və quşları ürküdərlərdi:

• Sağa doğru uçarlarsa, bunu mübarək sayar və yola çıxar, yaxud da ehtiyaclarını görərlərdi.

• Sola qaçarlarsa, yola çıxmaz, geri dönər, ehtiyaclarını görməyə getməz, bunu uğursuz sayarlardı. Beləliklə, çox vaxt, işlərini görməklərinə əngəl olardılar.

Şəriət bunu rədd və ibtal etdi və bunu qadağan etdiyi kimi, fayda və zərər növündən heç bir təsirinin olmadığını da, xəbər verdi. Bax Nəbi (sallallahu aleyhi və səlləm)'in:

"Uğursuzluq yoxdur..."

buyuruğunun mənası, budur.

Başqa bir hədisdə də:

"Tiyəra (uğursuz saymaq), şirkdir." buyurmuşdur.

Yəni, bunların gərəyincə əməl etdikləri vaxt, təsirli olacağına inanaraq, fayda, ya da zərər verdiklərinə etiqad etməkləri, bir şirkdir. Çünki beləliklə onlar, fel və var etmək xüsusunda, bunun təsirli olduğunu qəbul etmiş olurlar.

------------------

Təfəül: Xeyrə yozmaqdır.

Nəbi (sallallahu aleyhi və səlləm) də, bunu, saleh söz, xoş və gözəl söz deyə açıqlamışdır. Elm adamları belə deyirlər:

Xeyrə yozmaq, sevindirici xüsuslarda da, xoşa gəlməyən xüsuslarda da, bəhs mövzusu olmaqla birlikdə, əksəriyyətlə, sevindirici xüsuslarda olur. Uğursuz saymaq (şərrə yozmaq) isə, ancaq xoşa gəlməyən şeylərdə olur. Bəzən məcazi olaraq, sevinc haqqında da, istifadə edilə bilir.

Elm adamları belə deyirlər:

Xeyrə yozmağı (və ya uğurlu saymağı) sevməsinin səbəbi budur:

İnsan, uca Allahın güclü və yaxud zəif bir səbəb qarşısında fayda ehsan edəcəyini; və lütfünü ümid edəcək olarsa, o halı etibarı ilə bir xeyir üzərindədir. İstərsə, umduğu cəhət haqqında xəta etmiş olsun. Çünki ümidli olmaq, özü üçün bir xeyirdir. Uca Allahdan ümidini kəsəcək olarsa, bu da, onun üçün bir şərdir. Bax uğursuz saymaq halında, pis zənn və bəla gözləntisi, bəhs mövzusu olur.

Xeyrə yozmağa verilə biləcək nümunələr arasında, bir kimsənin yaxını xəstə olmaqla birlikdə, eşitdiklərini xeyrə yozmağı kimi. Məsələn:

• "ey səlim (ey sağlam kimsə)" deyəni eşidərsə, yaxud da

• bir ehtiyacını axtaran bir kimsə ikən, birinin, "ey vacid (ey axtardığını tapan)" deməsini eşidərsə,

qəlbinə xəstənin sağalacağı və aradığını tapacağı ümidi doğar. Bax bu, xeyrə yozmağa (uğurlu saymağa) bir nümunədir.

Allah, ən doğru biləndir...

(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac", Tibb kitabı, "Uğursuz saymaq, xeyrə yozmaq və özündə uğursuzluq olan şey babı", hədis no: 5762)

Read 6 times
In order to make a comment, please login or register