Təfəül (xeyrə yozmaq) nə deməkdir? -4
Əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i:
"Uğursuzluq yoxdur. Bunun xeyirlisi, təfəüldür."
deyə buyurarkən, eşitdim. Səhabələr:
"Təfəül nədir?" deyə soruşdular. O:
"Sizdən birinizin eşidəcəyi gözəl bir sözdür." buyurdu.
----------------------------------
İzahı:
Tiyəra: "Uğursuz saymaq" deməkdir. Bunun əsli də, burdan gəlməkdədir:
Ərəblər, cahiliyyə dövründə (tiyəranın kökünü təşkil edən) tayra (quşun uçuş şəklinə) istinad edərək, nəticələrə varırdılar. Onlardan hər hansı biri, bir iş görmək istədiyində:
• Quşun sağa doğru uçduğunu görərsə, onu uğurlu sayar və işinə davam edərdi.
• Quşun sola tərəf uçduğunu görərsə, bunu uğursuz qəbul edər, geri qayıdardı.
Bəzən onlardan biri, uçsun deyə, quşları təhrik edər və işində, buna görə davranardı.
Şəriət, bunu nəhy edən buyruqlar gətirdi.
Onlar, bu işlərə, sanih və barih adını verirlərdi:
• Sanih: sənin sol tərəfindən sağına doğru uçmaq surətilə, sağ tərəfi, sənə doğru gələndir.
• Barih isə: bunun əksidir.
Onlar, sanih olanı, uğurlu qəbul edər; barih olanı isə, uğursuz sayarlardı. Çünki quş, özünə doğru meyl etmədən, ona atış etməsi, mümkün deyildir. Halbuki, quşların sağa, ya da sola doğru uçmasında, onların bu inanclarını gərəkdirəcək heç bir şey yoxdur. Bu, əsli-astarı olmayan şeylərlə məşğul olub, özlərini külfətə (çətinliyə) soxmaqdan başqa bir şey deyildir. Çünki quşların, ağlı, məntiqi yoxdur. Hər hansı bir şeyi, digərindən ayırd edə bilmirlər ki, onların etdiklərinin bir məna ehtiva etdiyinə dəlil göstərilə bilsin.
Cahiliyyədə, ağlı başında bəzi kimsələr isə, bu cür uğurlu, uğursuz saymağı qəbul etmir və belə şeyə iltifat etmədiyindən ötürü, özünü tərifləyərdi. Məsələn, şairlərdən biri belə deyir:
"Mən sabah yola çıxdım. Ancaq ta əvvəldən bəri,
Mən bir şeyin qoruduğuna, ya da uçuşuna güvənərək getmədim.
Çünki sola uçuşlar da, sağa uçuşlar kimidir,
Sağa uçuşlar da, sola uçuşlar kimidir."
• Bir başqası isə, belə deməkdədir:
"Quşları hərəkətə keçirtmək və uğurlu-uğursuz saymaq ilə kahinlərin hamısı,
Azdırıcı şeylərdir; qeybi örtən, bağlayan açarlar vardır."
• Bir digəri belə deyir:
"Quşların tezdən uçmaqları, igidi çatdırmaz müvəffəqiyyətə,
Onların gec gəlməklərinin də, bir qüsura səbəb olması, bəhs mövzusu deyildir."
• Bir digəri isə, belə deyir:
"Ömrün haqqı üçün, daşlar ilə fal açanlar da bilə bilməzlər,
Quşları uçurdanlar da bilə bilməzlər, Allahın nə edəcəyini."
Cahiliyyə dövrü ərəblərinin əksəriyyəti, quşların uçuşlarından uğurlu-uğursuz mənası çıxardır, buna güvənir ve şeytanın da bunu bəzəməsi səbəbilə də, əksəriyyətlə doğru çıxırdı. Müsəlmanların da bir çoxunda, bunun qalıntıları qalmaqdadır.
Əbu Davud və səhih olduğunu bildirərək Tirmizi ilə ibn Hibban, ibn Məsud'dan, Peyğəmbərə mərfu olaraq bu hədisi zikr etməkdədirlər:
"Tiyəra (uğurlu, uğursuz saymaq), şirkdir. Aramızdan, bəzi şeylərin uğursuz olacağından çəkinməyən kimsə, ola bilməz. Ancaq Allah bunu, təvəkküllə ortadan qaldırar."
Bu hədisdəki "...aramızda...ola bilməz..." sözləri, ibn Məsudun, xəbər arasında dərc etdiyi sözlərindəndir. Bunu da, Buxarinin şeyxi Süleyman b. Harb, Tirmizinin Buxaridən, onun da şeyxindən nəql etdiyinə görə, açıqlamış olmaqdadır.
Bunun şirk olaraq dəyərləndirməsinin səbəbi isə:
"Bu işin bir fayda təmin edəcəyinə, ya da bir zərəri əngəlləyəcəyinə inanmalarıdır. Sanki onlar, beləliklə, Allah ilə birlikdə, başqasına şəril qoşmuş kimi olurlar."
İbn Məsudun:
"Ancaq Allah bunu, təvəkküllə ortadan qaldırar."
sözü, buna işarət etməkdədir:
"Hər kim belə bir hal ilə qarşılaşar və Allaha təslimiyyət göstərər və uğursuzluq hissinə əhəmiyyət verməzsə, bu qəbildən içinə ariz olan hallardan dolayı, məsul tutulmaz."
Beyhaqi, "Şuabu'l-İman"da, Abdullah ibni Amrdan bu məvquf (haşiyə) rəvayəti nəql etməkdədir:
"Hər kimə bu uğursuzluq düşüncəsindən hər hansı bir şey ariz olarsa:
'Allahım, Sənin uğurundan başqa bir uğur yoxdur; Sənin xeyrindən başqa xeyir yoxdur; Səndən başqa da heç bir İlah yoxdur.'
desin."
(Haşiyə:
Məvquf: İsnadın Peyğəmbərə çatmadan, səhabədə durması və ya durdurulması, deməkdir.)
(ibn Həcər Asqalani, "Fəthu'l-Bari", 76-cı kitab: "Tibb", 43-cü bab: "Tiyəra (uğursuz saymaq) babı", hədis no: 5754)
- Təfəül (xeyrə yozmaq) nə deməkdir?-3
- Batil inanclar
- Təfəül (xeyrə yozmaq) nə deməkdir?-2
- Təfəül (xeyrə yozmaq) nə deməkdir-5
- Nəyinsə uğursuzluğuna inanmaq doğrudur?
- Təfəül (xeyrə yozmaq) nə deməkdir?-1
- Köçəri quşlardakı üstün dizayn nümunələri.
- Sövq-i İlahî dəlili
- Namazı bitirdikdən sonra sağa və sola salam verməyin əsas mahiyyəti nədir?
- Ruh Çağırma Nədir?