Təfəül (xeyrə yozmaq) nə deməkdir -5

5755- əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Tiyəra (uğursuz saymaq) deyə bir şey yoxdur. Bunun xeyirlisi də, təfəüldür."

deyə buyurdu. Səhabələr:

"Təfəül nədir, ey Allahın rəsulu?"

deyə soruşdular. O:

"Birinizin eşitdiyi saleh bir sözdür." buyurdu.

-------------------------------------

5756- Ənəs (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Nə xəstəliyin bulaşmağı vardır, nə uğursuzluq. Bununla birlikdə, saleh təfəül olan gözəl söz də, xoşuma gəlir."

-------------------------------------

İzahı:

Təfəül:

• Təbəri, İkrimə'dən belə dediyini rəvayət edir:

İbn Abbasın yanında idim. Bir quş gəlib oxumağa başladı. Bir adam:

"Xeyirdir, xeyirdir." dedi.

İbn Abbas:

"Bunun yanında, xeyir də yoxdur, şər də yoxdur." dedi.

• Yenə (Təbəri) belə deyir:

Təfəül ilə tiyəra (uğursuz saymaq) arasındakı fərq, budur:

"Təfəül, uca Allah haqqında, hüsn-ü zənn bəsləmək növündəndir. Uğursuz saymaq isə, ancaq pis şey haqqında olur. Bundan dolayı, məkruh görülmüşdür."

• Nəvəvi belə deyir:

"Təfəül, xoşa gəlməyən şeylər haqqında da, sevindirici şeylər haqqında da istifadə edilir. Ancaq əksəriyyətlə, sevindirici şeylər haqqında istifadə edilir.

Tiyəra deyilən uğursuz saymaq isə, ancaq uğursuz qəbul etmək hallarında olur. Məcazi olaraq sevindirici hallar üçün də, istifadə edildiyi olur."

Bu adlandırma, hala görə dəyişə bilər. Ancaq şəriət:

• tiyəra (uğursuz sayma)'ğı, xoşa gəlməyən şeylər;

• təfəülü də, sevindirən şeylər

haqqında, icmal olaraq istifadə etmişdir.

Ancaq tiyəra qəbilindən olmaması üçün, belə bir məqsəd güdməməsi də, şərtlərindəndir.

İbn Battal belə deyir:

"Allah, insanların fitrətində, xoş sözü sevmək və onunla ünsiyyət etmək özəlliyi yaratmışdır. Necə ki, onlarda, gözəl görünüşlü şeylərə, saf, parlaq suya baxaraq rahatlamak xüsusiyyəti də yaratmışdır. İstərsə, belə bir suya sahib olmasın və içməsin."

Tirmizi, səhih olduğunu da bildirərək, Ənəsdən bu hədisi rəvayət etməkdədir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir ehtiyacını görmək üçün çölə çıxacaq olarsa, yə nəcih, yə raşid (ey qalib və ya müzəffər, ey doğru yolda olan) sözlərini eşitməkdən xoşlanardı."

Əbu Davud da, həsən bir sənədlə, Bureydə'dən bunu rəvayət etməkdədir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), heç bir şeydən dolayı, uğursuzluq duyğusuna qapılmazdı. Bununla birlikdə, bir amir (dövlət işində vəzifəli olan bir kimsə) göndərdiyi vaxt, ondan adını soruşardı. Adı xoşuna gələrsə, bundan dolayı sevinərdi. Əgər adından xoşlanmazsa, bundan xoşlanmadığı, üzünün ifadələrində görülərdi."

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 76-cı kitab: "Tibb", 44-cü bab: "Təfəül")

Read 3 times
In order to make a comment, please login or register