Təkəbbürlü kimsələrə qarşı, necə davranmalıyıq?

"ət-Təkəbburu alə'l-mutəkəbbiri sadaqatun."

Yəni: "Təkəbbürlü kimsəyə qarşı təkəkbbürlü olmaq, sədəqədir." (Acluni, "Kəşfu'l-Xafa", hədis no: 1011)

Rəvayətin hər nə qədər mövzu/uydurma olduğunu söyləyənlər olsa da, bu söz, mənası səhih/doğru bir kəlamdır.

Bu rəvayət:

• "Təkəbbürlü şəxsə qarşı təkəbbürlü davranmaq, ibadətdir.";

• "Təkəbbürlü şəxsə qarşı təkəbbürlü davranmaq, gözəl bir davranışdır."

ifadələrilə də, məşhurdur.

Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "İhya'u-Ulumi'd-Din" əsərində:

"Ümmətimdən təvazö sahiblərini gördüyünüzdə, siz də onlara tövazö göstərin. Təkəbbürlü olanları gördüyünüzdə isə, siz də onlara təkəbbürlü olun."

şəklində, bənzər bir rəvayət nəql etməkdədir. Ancaq "İhya"dakı hədislərin təxricini verən Hafiz İraqi (rahmətullahi aleyh), bu rəvayət üşün, "qərib" təbirini istifadə etmişdir. (bax: İraqi, "Taxricu'l-İhya", 5/129)

Bu söz üçün yuxarıda qaynaq olaraq verdiyimiz "Kəşfu'l-Xafa" müəllifi Acluni də:

"Əli əl-Qari, bunun insanlar arasında istifadə edilən, ancaq mənasının səhih olduğunu"

Fəxrəddin ər-Razi'dən nəql etməkdədir. (bax: "Kəşfu'l-Xafa", 1/313)

Çünki təkəbbürlü şəxsə qarşı təkəbbürlü olmaq, təkəbbürlənmək deyil, onun təkəbbürünü qırmaq olaraq adlandırılır. Necə ki, "əl-Bəriqatu'l-Mahmudiyyə fi şərh-i Tariqatu'l-Muhammədiyyə" müəllifi əbu Səid əl-Xadimi, belə deyir:

"Təkəbbürlü şəxsə təkəbbürlü davranmaq, sədəqədir. Çünki o əsnada təkəbbürlüyə tövazö göstərmək, onun o azğın halının davamına səbəb olmaq, deməkdir. Ancaq ona qarşı təkəbbürlü davranmaq, onun oyanmasına səbəb ola bilər."

~ imam Şafi (rahmətullahi aleyh):

"Təkəbbürlü şəxsə qarşı, 2 dəfə təkəbbürlü ol."

demişdir.

~ imam əbu Hənifə (rahmətullahi aleyh):

"Özünə əhəmiyyət verməyən (ona qarşı təkəbbürlü davranan) şəxsə qarşı tövazö göstərən, zalımdan daha zalımdır."

dediyi nəql edilməkdədir.

Yenə deyilmişdir ki:

"Təkəbbürlü şəxsə qarşı təkəbbürlü davranmaq, onu oyatmaq üçündür, (şəxsin) özünü böyük göstərməsi üçün yox. O vaxt bu, varlılara və cahillərə qarşı təkəbbürlənmək kimi olur ki, bu da, təriflənən bir davranışdır." (bax: Xadimi, "Bəriqatu'l-Mahmudiyyə fi şərh-i Tariqatu'l-Muhammədiyyə", 3-cü cild, s. 176)

İmam Münavi (rahmətullahi aleyh), "Camiu's-Sağir"ə yazdığı şərhdə (Feyzu'l-Qadir'də),

~ ihsan;

~ ixlas;

~ başqasını özünə tərcih etmə;

~ sünnətə tabe olmaq;

~ istiqamət;

~ məişət və ibadətdə iqtisadlı olmaq

və s. kimi gözəl əxlaqların içərisində, təkəbbürlü şəxsə təkəbbürlü davranmağı da saymaqdadır. (bax: Münavi, "Feyzu'l-Qadir", 3-cü cild, s. 470)

Xülasə, bəhsi keçən rəvayət, hədis kriteriyalarına görə, ləfzən hədis olaraq qəbul EDİLMƏMƏKLƏ birlikdə, muhtəvasının səhih/doğru və məna etibarı ilə hədis olduğu başa düşülməkdədir.

Read 2 times
In order to make a comment, please login or register