Təkəbbürlü kimsələr cənnətə girməyəcəklərdirmi?
Abdullah b. Məs'ud (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Qəlbində xardal dənəsi ağırlığı qədər kibir olan kimsə, cənnətə girməyəcək və qəlbində xardal dənəsi ağırlığı qədər iman olan kimsə (əbədi) atəşə girməyəcəkdir."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Kibirdən uzaq durmaq və təvazö (alçaq könüllü olmaq) babı, hədis no: 4173)
-------------------------
İzahı:
Kibir: İnsanın özünü başqa insanlardan üstün görməsi, onları həqir sayması, haqq olan şeyi qəbul etməməsidir.
Təvazö: Kibirin ziddidir.
Əl-Əzizi, Təvazö'nü belə tərif edir:
Təvazö:
• haqq olan şeyi qəbul etmək;
• haqqa təslim olmaq; və
• bu mövzu üçün hakim tərəfindən veriləcək hökmü gözləməməkdir.
Bir qövlə görə Təvazö:
• Xalqa qarşı alçaq könüllü olmaqdır.
Digər bir qövlə görə isə:
• Böyük-kiçik demədən, hər hansı bir kimsə tərəfindən gələn haqq şeyi qəbul etməməkdir.
Bu hədisi, Muslim, Tirmizi və əbu Davud da rəvayət edirlər. Hədis, fərqli şəkillərdə izah edilmişdir:
Xattabi'nin izahına görə, bu hədisdəki kibirdən məqsəd: iman etməyə tənəzzül etməmək, imansızlıqda israr etməkdir.
Lakin Nəvəvi, bu izaha qarşı çıxaraq:
"Kibir sözü, bilinən məşhur mənasında istifadə edilmişdir. O da insanın, özünü xalqdan üstün görməsi, insanları həqir sayması və haqq olan şeyi qəbul etməməsidir."
İkinci ehtimal:
Kibir, bilinən mənada olub "Cənnətə girməyəcək" təbirindən: "əvvəl cənnətə girməyəcək" mənası məlhuzdur (düşünülmüşdür). Kibrin cəzasını çəkdikdən sonra, cənnətə girə biləcək mənası daşıyır.
Üçüncü ehtimal budur:
Cənnətə girənlərdə heç bir kibir qalmaz. Kibirdən tamamilə təmizlənmiş bir qəlblə cənnətə girə bilər. Necə ki:
"---وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَٰنًا عَلَىٰ سُرُرٍ مُّتَقَـٰبِلِينَ---"
"---Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.---" (Hicr/47)
"Qəlbində xardal dənəsi qədər ağırlığınca iman olanlar cəhənnəmə girməyəcəklər." cümləsindən məqsəd isə:
Belə kimsələrin əbədi qalmaq üzərə cəhənnəmə girməmələridir. Çünki iman edənlərdən bir qisminin günahları dolayısı ilə, cəhənnəmə girəcəkləri, lakin xardal dənəsi ağırlığı qədər imanı olanların, nəticədə cəhənnəmdən çıxarılıb cənnətə girəcəkləri nasslarla sabitdir.
- İman, İslam və İhsan hədisinin izahı
- İman və İslam eyni şeylərdirmi?
- Qiyamət günü şəfaət
- Qiyamət günü ən böyük şəfaət edən peyğəmbər kim olacaq.
- Allahın əzəmət və kibriyası
- "Kibriya, Mənim rida'mdır. Əzəmət də, Mənim izar'ımdır." hədisi necə başa düşülməlidir?
- Təvazö haqqında
- Allah üçün təvazökar olanlar
- İmam Şafinin zahidliyi
- Fətrət-1