Təkəsur surəsi 8-ci ayəti

4155- Əbu Məs'ud (əl-Ənsari) radiyallahu anh'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) sədəqə verməyi əmr edərdi. Bunun üzərinə (sədəqə verməyə maddi imkanı olmayan) hər hansı birimiz, 2 ovuc (xurma) gətirə bilmək üçün, gedib çiynində (pul qarşılığı) yük daşıyardı. Bu gün isə, bunların birisinin yüz min(lərlə sərvət)i vardır.

(Əbu Məs'udun ravisi) Şəqiq deyir ki:

'Mənə elə gəlir ki, əbu Məs'ud (bu sözlə) öz şəxsini(n maddi imkanını) qəsd edir(di)."

----------------------

4156- Xalid b. Umeyr (radiyallahu anh)'dan belə rəvayət edilir:

Utbə b. Ğazvan (bin Cabir) minbər üstündə bizə bir xütbə oxudu və (xütbəsində) belə dedi:

'Həqiqətən mən, özümü Allah rəsulu'nun bərabərində olan (ilk müsəlman olan) 7 nəfərin yeddincisi olaraq gördüm. 

Ağac yarpağından başqa yeməyimiz yox idi. Hətda (ağac yarpaqlarını yediyimizdən dolayı) ağızlarımızın ətrafı yara olmuşdu."

-----------------------

4157- Əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

"(Bir gün o, dostları ilə) 7 nəfər olaraq (çox) acmışlar. Əbu Hureyrə deyir ki:

Bunun üzərinə Allah rəsulu, hər nəfərə bir ədəd olmaq üzərə mənə 7 ədəd quru xurma verdi."

-------------------

4158- Zübeyr b. əl-Avvam (radiyallahu anh)'dan rəvayət edildiyinə görə:

"---ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ---"

"---Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.---" (Təkasur/8) ayəti endiyində, Zübeyr b. Avvam:

'(Ey Allahın rəsulu!) Biz hansı nemətlərdən sorğu-sual olunacağıq? Bizdəki nemət ancaq (bu) qara 2 şeydir: Quru xurma və su.' deyir.

Allah rəsulu:

"Bilmiş olun ki, şübhəsiz, o (sorğu-sual ediləcəyiniz nemət) olacaqdır (yəni bolluğa qovuşacaqsınız).' buyurdu.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrinin məişəti (yaşayış, dolanışığ tərzi) babı, hədis no: 4155, 4156, 4157, 4158)

---------------------------

İzahı:

Əbu Məsud hədisini Buxari və Nəsai də rəvayət edirlər. 

Bu hədisin sonunda ravi Şəqiq'ə aid cümlədən məqsəd budur:

Mənə elə gəlir ki, əbu Məsud, özünün də ilk zamanlarda yoxsul olduğunu, o sıralarda bir sədəqə verə bilmək üçün, digər bəzi səhabələr kimi gedib hammallıq edərək, pul aldığını və bundan sədəqə verdiyini, amma daha sonra varlandığını üstü bağlı şəkildə bildirmək istəmişdir.

Muslim də, Zəkat kitabının 21-ci babında bu hədisi, qismən dəyişik bir ifadə ilə rəvayət etmişdir.

-------------------------

Xalid b. Umeyr hədisini, Muslim də Zühd kitabının başlarında rəvayət etmişdir. Ordakı bir rəvayətdə, Utbə b. Ğazvan'ın xütbə oxuyarkən, Basra valisi olduğu ifadə edilmişdir. 

Bu hədis də, səhabələrin İslam'ın ilk zamanlarında necə bir maddi sıxıntı çəktiklərini açıq-aydın ifadə etməktədir.

------------------------

Əbu Hureyrə hədisini Tirmizi qısa bir mətn halında rəvayət edir. Ordakı rəvayətə görə, əbu Hureyrə belə deyir:

"Onlar (yəni səhabələr) çox acdılar. Bunun üzərinə Allah rəsulu onlara quru xurmalar verdi."

Tuhfə əsərində bəyan edildiyinə görə, Əli əl-Qari belə deyir:

"Zahir olan budur ki, bu hal, uzun bir yolçuluq əsnasında baş vermiş və çox acmış səhabələr, *Suffə əhli olanlardır." 

Tuhfə müəllifi daha sonra belə deyir:

"O səhabələrin *Suffə əhli olduqlarına dair açıq bir rəvayət tapa bilmədim."

*Suffə: Məscidu'l-Nəbəvi'nin bitişiyində  yoxsul səhabələrin sığınması üçün qurulan və get-gedə İslami təhsil müəssisəsi halına gələn yer.

-----------------------

Zübeyr b. əl-Avvam hədisini Tirmizi, Təkasur surəsinin təfsiri babında rəvayət edir. İmam Əhməd də bunu rəvayət etmişdir.

Zübeyr'in hədisdə keçən sualı Allah rəsulundan soruşduğu və hədisdə keçən cavabı aldığı Tirmizi'nin rəvayətində bildirilmişdir.

Hədisdə keçən Təkasur surəsinin 8-ci ayətinə görə, axirət günü dünyadakı nemətlərin şükrünün hesabı heç şübhəsiz soruşulacaqdır.

Bu ayət endiyində, Zübeyr (radiyallahu anh), o günki nemətin quru xurma və sudan ibarət olduğunu, insanın yaşaya bilməsi üçün, bu 2 nemətin zəruri nemət mahiyətində olduğunu və hesabı soruşulacaq əhəmiyyətli nemətlər olmadığını söyləmək istəmişdir.

Allah rəsulu da, onun bu sualına cavab olaraq:

"Şübhəsiz, o, olacaqdır." buyurmuşdur.

Bu cavab cümləsi, 2 şəkildə açıqlanmışdır:

• Birincisi: Axirətdə şükrü soruşulacaq nemətə qovuşulacaqdır. 

Yəni o gün üçün hiss ettikləri maddi sıxıntı keçəcək və dünyalıq şeylər çoxalacaq. Bundan dolayı da, axirəttə bu nemətlərdən sorğu-sual olunacaq.

• İkincisi: Quru xurma və su nemətinin hesabı soruşulacaqdır. Çünki bunlar da, Allah'ın böyük nemətlərindəndir.

Tuhfə müəllifi, bu iki izahı da bəyan edir. 

İmam Sindi isə, birinci izahı bildirməklə kifayətlənərək, belə deyir:

"Burdan anlaşılır ki, insanın yaşaya bilməsi üçün zəruri olan halal nəfəqə şükrünün hesabı soruşulmayacaqdır."

Təbii ki, Sindi'nin çıxardığı hökm, birinci izaha aiddir. 

İkinci izaha görə isə, axirətdə böyük-kiçik hər nemətin şükrünün hesabı soruşulacaqdır. O nemət zəruri nemət də olsa, hökm budur.

Read 48 times
In order to make a comment, please login or register