Təkfir

"Dili ilə imanın şərtlərini sadalayaraq iman etdiyini söyləyə bilməyən sadə vətəndaşın halı? Ondan bunu mütləq tələb etməliyikmi?"

İbnül-Hümam əs-Sivasi (Fəthül-Qadir, c.2, s.132) belə deyir:

"Bəzi avamlardan (elmi olmayan sadə vətəndaşlardan) "İman nədir? İslam nədir?" - deyə soruşulduğu zaman ifadə acizliklərindən dolayı durmaları, (küfrə səbəb olan) İslamı (imanı) bilməmək deyildir. Əksinə bu cəhalətdir. Məsələn: Yenidən diriliş var, yoxsa yox? Peyğəmbərlərin və kitabların göndərilməsi var, yoxsa yox? Belə adamlar, bəsit cəhalətlərindən dolayı heç onların ağıllarına bunu xüsusi olaraq isbat etmək gəlməyib. Bundan dolayı da bu kimi suallar qarşısında "bilmirəm" - deyə cavab verirlər. Hətta biz, bu suallara "bilmirəm" - deyə cavab verənlər haqqında onların tövhid, iqrar, Cəhənnəmdən qorxma, Cənnəti istəmək kimi hallarının olduğunu eşidirik. Hətta bir çox halları və danışıqları əsnasında bu sadaladığımız şeylərə inandıqlarına dair (özləri də bilmədən) dəlil olacaq bəzi şeylər zikr edirlər. Sanki onlar, bu suallara xüsusi, gözəl və ali cümlələrlə cavab verilməli olduqlarını zənn edirlər və bundan dolayı da cavab verməkdən çəkinirlər."

İbn Nüceym kitabında İbnül-Hümamın bu sözlərini nəql edir və ardınca belə deyir:

"Buna görə də, avam olana (elmli olmayana) "iman nədir?" - deyə soruşulmamalıdır. Onun yanında imanın həqiqətindən, iman etməyimiz gərəkən şeylərdən bəhs edilir. Daha sonra isə "sən də bunlara iman edirsənmi?" - deyə soruşular. O da "bəli" deyərsə, bu yetərlidir."
(Əl-Bəhrür- Raiq, c.2, s.204)

Read 9 times
In order to make a comment, please login or register