Təmizləmə yolları və Hənəfi məzhəbinin hökmləri

TƏMİZLƏMƏ YOLLARI

Pis olan əşyanı təmizləmək üçün,cinslərinə görə fərqli yollar vardır.Təmizləmə yolunun başlıcası, su ilə yumaq və qaynatmaq üsuludur. Digərləri silmək,qazımaq,ovalamaq və yandırmaq surəti ilə təmizləmədir. Bunları sırası ilə açıqlayaq:

  1. Su ilə yuyaraq təmizləmək

Hədəs (hökmü nəcasət) deyilən dəstəmazsızlıq, cünüblük (qüslsuzluq) ilə, heyz və nifas halları, hər növ təmiz mütləq sularla ortadan qaldırılır. Bu sular mövcud olmayınca, dəstəmazsılıq kimi hədəs halları, təyəmmüm ilə ortadan qaldırılır.

Həqiqi nəcasət deyilən pisliklər də, təmiz olan mütləq və muqayyəd sularla təmizlənir.

Məsələn: Maddi bir pislik, yağış, dərə və dəniz suları ilə ortadan qaldırıla bildiyi kimi, çiçək suları, meyvələrdən çıxan sular və içində noxud vəya mərcimək kimi şeylər isladılmış sularla da ortadan qaldırıla bilər. Lakin təmiz olmayan sularla, yağlı, yapışqan mayelərlə, alıcılıq və incəlik vəsfini itirən sularla pisliklər ortadan qaldırıla bilməz.

Görülə bilən pisliklər, izləri (rəng, qoxu və maddələri ) ortadan qaldırılana qədər, su ilə yumaqla təmiz olurlar. Əgər 1 dəfə yumaqla pislik tamamilə ortadan qaldırılmış olarsa, səhih olan görüşə görə, bir daha yuyulması gərəkməz. Bulaşdığı yerdən itməyəcək haldadırsa, o əşya, özündən bəyaz su axıncaya qədər yuyulur. Pis boya ilə boyanmış paltar və qablar kimi...

Görülməyən bir pisliyin bulaşmış olduğu bir əşya, bir qab içinə qoyularaq 3 dəfə yuyulur və hər dəfəsində sıxılmaqla təmiz olur. Sıxmaq, əşyanı yuyanın qüvvətinə görədir. Sonuncu dəfə sıxmaqda, heç su damlamayacaq şəkildə sıxmaq gərəkdir. Beləcə, həm yuyulan şey, həm yuyanın əli, həm də istifadə edilən qab, təmizlənmiş olur. Başqa-başqa qablarda pis əşya yuyulmuş olarsa, birinci qab 3 dəfə, ikinci qab 2 dəfə və üçüncü qab da 1 dəfə yuyulmaqla təmizlənmiş olur.

İtin yaladığı bir qab da, 3 dəfə yuyulmaqla təmizlənir. Bununla bərabər pis şeyin qoxusu və dadı qalmamalıdır. Ancaq qoxusunun ortadan qaldırılması mümkün olmazsa, o vaxt qoxu əsərinin mövcud olması bağışlanır.

Pis olan bir şeyi su ilə yumaq xüsusunda, axar su və ya durğun su ilə, qab içində yumaq və ya qab içində yumamaq cəhətindən bir fərq yoxdur. Yetər ki, su, parlaq bir hala gəlsin. Bu yumada, isti su və ya sabun kimi təmizləyici maddələrinin mövcud olması şərt deyildir, çətinlik olmadığı zaman, bunların istifadə edilməsi tərcih edilir. Keçə və bənzəri, sıxılmaları mümkün olmayan pis əşyalar, qab içində  3 dəfə yuyulur və hər yumaqda pis əşyanın suyu süzülür və damlaları kəsilincəyə qədər buraxılmış olarsa, təmizlənmiş sayılır. Bundan artıq qurudulması lazım deyildir. Belə bir əşya, axar su içinə buraxılarsa və ya üzərinə su tökərək yuyularsa, o şeydə pislik izi qalmayınca, təmiz olur. Ayrıca sıxılıb qurudulmasına və təkrar-təkrar suya salınmasına gərək yoxdur.

Bir orqana dəyən qan və bənzəri bir maddəni, 3 dəfə yalayıp tüpürməklə izi ortadan qaldırılmış olarsa, həm orqan və həm də yalayanın ağzı təmiz olur.

Torpaqdan düzəldilib odda bişirilən qablar pisləşincə,  hər dəfəsində damlaları kəsilincəyə qədər, suyu sızdırılmaq şərti ilə 3 dəfə yuyulur. Bir görüşə görə, bu kimi qabların yenisi oda tutulmaqla təmizlənir.

Taxtadan yaxud torpaqdan düzəldilmiş yeni qablar pisləşincə, 3dəfə yuyulur və hər dəfəsində qurudulur. Pisliyin rəngi və qoxusu tamamilə gedincə, bu əşya təmiz olur. Çünki bu əşyaların o pisliyi əmmiş (canına çəkmiş) olmaları düşünülə bilər.

İçinə mundar bir şey düşmüş olan zeytun yağı və bənzəri bir yeyəcək, bir qab içində üzərinə 3dəfə su töküldükdən sonra çalxalanar və hər dəfəsində suyu süzülərək, yeyəcək maddə ordan çıxarılarsa, təmizənmiş olur.

Təmiz olmayan bir su içində qalaraq şişən buğda və arpa kimi şeylər, 3 dəfə təmiz suda isladılır və hər dəfəsində qurudulub suyu çəkildikdən sonra, təmiz olur.

Görülməyən bir pislik, bədənin və ya paltarın hansı tərəfinə toxunmuş olduğu bilinməz yaxud unudulmuş olarsa, o bədənin vəya paltarın bir tərəfi yuyulunca, səhih olan görüşə görə, hər tərəfi təmizlənmiş sayılır. Lakin bədənin vəya paltarın bütününü yumaq daha uyğundur.

Üzərində nəcasət və ya məni görən kimsə, bunun nə vaxt bulaşdığını bilməzsə, nəcasət üçün son dəstəmaz pozduğu; məni üçün də, son dəfə yatdığı zamandan etibarən qılmış olduğu namazları təkrar qılar.

Bir bulağın su boruları pislənmiş olarsa, içində axacaq təmiz su ilə borularda nəcəsatin izi qalmadığı anlaşıldığı anda, təmizlənmiş olur.

 

 

 

 

  1.  Suda qaynatmaq ilə təmizləmə

İçinə pis bir şey qarışan və səthi 65m2 dən kiçik olan süd, bəhməz və bal kimi mayelər, əsl miqdarlarına düşüncəyə qədər təmiz su ilə qaynadılır. Üçüncü əməliyyat edilməklə bunlar təmizlənmiş olur, çünki belə edilməklə təmiz olmayan şeyin əslində bir dəyişiklik meydana gəlir.

Üsuluna görə boğazlandıqdan sonra, hələ bağırsaqları çıxarılmadan, tüklərini yolmaq üçün qaynar suya atılmış olan toyuq və bənzəri heyvan pislənmiş olur, artıq təmizlənməz. Çünki pis suyu içinə çəkmiş olur. Onun üçün belə bir heyvan kəsildikdən sonra, üzərində axar qanını, həm də içini çıxardıqdan və yuduqdan sonra qaynar suya atılmalıdır. Xaş (baş-ayaq, kəllə-paça) da, yuyulub təmizlənmədən əvvəl qaynar suya atılarsa, bir daha təmiz olmaz. Lakin hələ qaynar hala gəlməmiş suya atılıb çıxarılarsa, təmiz su ilə yuyaraq təmizlənmiş olur. Qaynar suyu içinə daha çəkmədən yerindəcə sudan çıxarılaraq yenə yalnız yumaqla təmiz olur.

 

  1.  Odda yandırmaq ilə təmizləmə

Pis su verilən bir bıçağın həm içi, həm çölü pis olur. Bu halda onun çölünü yumaqla və ya təmiz bir bezlə silməklə təmizlənir. Artıq o bıçaqla qarpız və ət kimi yeyəcəklər kəsilib yeyilə bilər. Lakin bu haqda bıçağın sadəcə xarici təmiz olduğundan, üzərində onu daşıyan kimsənin, namazı səhih olmaz, çünkü daxili qismi pisdir. Daxili qisminin təmizlənməsi üçün atəşin içinə qoyular və 3 dəfə və ya 1 dəfə ona təmiz su verilər.

Pis palçıqdan düzəldilən qab-qacaq kimi şeylər, atəşdə bişib onlarda pislik əsəri qalmayınca, təmizlənmiş olur.

Boğazlanmış bir heyvanın kəlləsi üzərində və ya hər hansı bir mədən parçası üzərində olan qanlar, atəşə salınıb  itirilməklə o şeylər təmizlənmiş olur.

Daxilinə yaş pislik toxunmuş olan təndirlər, içində yanan atəşlə təmizlənmiş olur. Artıq onlarda çörək bişirmək olar.

 

 

 

 

 

  1. Silmək yolu ilə təmizləmə

Bıçaq, şüşə, cilalanmış taxta, düz mərmər kimi şeylər, quru vəya pis birşey ilə kirlənərsə, yaş bir bezlə və ya süngərlə və ya torpaqla və ya bənzəri bir şey ilə silinər, pisliyin izi qalmadığına qənaət gətirilərsə, bunlar təmizlənmiş olur. Buna görə, qana bulaşmış, sonra da təmiz bir bezlə və ya torpaqla tamamilə silinmiş olan bıçaq vəya qılınc, üzərimizdə daşınmaqla namaz pozulmaz.

 

  1. Qazımaq və ovalamaq yolu ilə təmizləmə

Pisliyi əmməyəcək bir halda olan məst və ayyaqabı bənzəri şeylərə, heyvan nəcisi kimi görünən bir nəcasət toxununca, su ilə təmizlənə bilər. Ayrıca bıçaq və bənzəri şeylər ilə qazımaqla və yerə sürtüb ovalamaqla da təmizlənir. Lakin sidik kimi görünməyən bir nəcasəti, yalnız yumaqla təmizləmək mümkündür. Paltarı və bədənə toxunan pisliyi də, qazımaq və ya torpağa sürtmək, kifayət deyildir, bunu yumaq gərəkdir.

İnsanların qurumuş olan məniləri ovalamaqla təmizlənə bilər.

Toxunmuş olduğu libas, astarlı olsa da, yenə ovalamaq kifayətdir. Lakin yaş halda olan mənini, mütləq su ilə yumaq gərəkdir. Bununla bərabər, libasa toxunub qurumuş olan bir məni, ovalamaqla təmizləndikdən sonra, o libas ilə namaz qılına bilinsə də, o yer sonra islanmış olsa, səhih qəbul edilən görüşə görə, pislik halı geri dönər, onu təkrar qurudub ovalamaq və ya yumaq lazımdır.

Pislənən bir çuxur və ya quyu, artıq pisliyin bulaşmadığı inancına varılıncaya qədər çevrəsindən qazınmaqla təmiz olur.

 

  1. Qurumaq və torpaq sərpmək ilə təmizləmə

Yer üzü və yer üzündə təməlli olan hər hansı  bir şey pisləşincə, quruyaraq təmizlənir. Belə ki:

Pis olan bir yer parçası, günəş, külək və atəşlə quruyub üzərindəki pisliyin izi qalmazsa, təmizlənmiş olur. Belə bir yer üzündə namaz qılına bilər, lakin bu torpaqla təyəmmüm edilə bilməz. Çünkü belə bir torpaq təmizdirsə də, təmizləyici deyildir.

Yerdə sabit olan ot, ağac, döşənmiş daş, kərpic və kirəmit bənzəri şeylər də, bunlara toxunan pisliyin izi qalmamaq üzərə qurumaqla təmizlənmiş olur. Lakin yerdə sabit olmayıb qoparılmış və ya çıxarılmış olan otlar, ağaclar, daşlar, kərpiclər və bənzəri şeylər, özlərində pislik əsəri qalmadığı qənaətinə varıncaya qədər, su ilə yumaqla təmizlənirlər, qurumaqla təmiz sayılmazlar. Ancaq cilalı olmayan sərt və qatı olan daşlar, yerdən ayrılmış olsalar belə, qurumaqla təmizlənirlər (dəyirman daşları kimi). Çünkü bunlar, pisliyi içlərinə çəkdiyindən, yer üzü hökmündədirlər.

Pis olan bir yer parçası, pisliyin izi qalmayıncaya qədər üzərinə su axıdılmaqla və ya pisliyin qoxusu qalmayacaq dərəcədə üzərinə təmiz torpaq sərpməklə təmizlənir.

 

  1. Suyun axması və ya itməsi yolu ilə təmizləmə

İçinə pislik düşmüş olan kiçik bir su, bir hovuz və su dolu bir hamam vedrəsi, bir tərəfdən və ya üstündəki krantdan təmiz su gəlib axıb getməklə, pisliyin əsəri qalmamışsa, təmiz olur. Bu, bir axar su hökmündə olur. Lakin gələn suyun hovuz altında axıb getməsi, kifayət deyildir.

Pis olan bir quyunun suyu çəkilib itincə, o quyu təmizlənmiş olur. Bundan sonra gələn su, pis olmaz. Çünkü gedən pislik, artıq geri dönməz.

 

  1.  Hal dəyişmə (istihalə) yolu ilə təmizləmə

Pis olan bir maddə təmiz olan bir maddə halına çevrilərsə, təmiz olur. Məsələn: Bir eşşək və ya donuz, diri və ya ölü olaraq duz yatağına düşüb duz halına gəlsə, təmiz sayılır.

Yenə bir yığın gübrə, torpağa çevrilsə, təzək yanıb kül olsa, şərab sirkəyə çevrilsə, bunlar təmizlənmiş olurlar. Pis bir torpaq alt-üst edilməklə, bis bir zeytun yağı  sabun halına gətirilməklə, təmiz olurlar.

Şərab, içinə hər hansı bir pislik düşüb dağıldıqdan sonra özündən sirkə düzəldilməklə təmiz olmaz. Bunların içinə siçan düşməsi də eynidir.

Yenə pis olan bir süddən pendir düzəldilməklə və ya pis bir buğda üyüdülməklə və ya unundan çörək bişirməklə, pis bir küncüt’dən yağı çıxarılmaqla təmiz olmaz. Çünkü bunlarda hal dəyişikliyi yoxdur.

 

  1.  Bəzi davranışlar yolu ilə təmizləmə

Xırmanda döyülən buğda və arpa kimi yeyəcəklərin bilinməyən bir miqdarı, heyvan artığı ilə pisləndikdən sonra, o pis miqdarına bərabər və ya daha çox miqdarı ondan çıxarılsa, geri qalanı təmiz sayılır. Çünki bunun bütünündə təmizlik əsldir və şübhəsizdir. Təmiz olmayan miqdarın hansı qismdə qaldığı da şübhəlidir, bilinməməkdədir. Əsl olan təmizlik, şüphə ilə itməz. Belə bir buğda və bənzəri şeylər, qismən yuyulmaqla da təmizlənmiş olur.

Yarısından azı və ya bilinməyən bir miqdarı pis olan bir pambıq yığını, darayıcı (daraqcı,pambıq atan) tərəfindən tamamilə atılınca, təmizlənmiş olur, lakin əksəriyyəti pisdirsə, təmizlənməz.

 

  1.  Boğazlamaq və tabaqlamaq yolu ilə təmizləmə

Donuzdan başqa hər hansı bir heyvanın dərisi məşru (şəriətin icazə verdiyi) şəkildə boğazlamaqla təmiz olur. Belə bir heyvan dərisinin üzərində namaz qılına bilər. Ətinə gəlincə: Əgər əti yeyilən heyvanalardandırsa, əti də təmiz olur. Lakin əti yeyilməyən heyvanlardandırsa, səhih olan görüşə görə, əti təmiz olmaz. Belə bir ətdən 3 qram qədər bir kimsənin üzərində olsa, onun namazı səhih olmaz. Boğazlanması ilə əti təmiz olsa belə, yeyilməsi caiz olmaz. Çünkü hər təmiz olan şeyin yeyilməsi gərəkməz.

Donuzdan başqa hər heyvanın dərisi, tabaqlanmaqla da təmiz olur.

Tabaqlamaq, iki cür edilə bilər:

  • Biri həqiqi tabaqlamaqdır ki, şap (aluminium və potasium sulfatından meydana gələn rəngsiz maddə), duz və bənzəri kimyəvi maddələrlə edilir. Bu tətbiqat ilə, dərilər və keçələr, qoxu və rütubətdən qurtulurlar.

 

  • Digər növ tabaqlamaq da, hökmən tabaqlamaqdır ki, dəriyə torpaq sərpməklə, günəşə, küləyə və havaya qarşı qoyulmaqla edilir.

 

Bu iki növ tabaqlamaq üsulundan biri ilə işlənmiş bir dəri, təmizlənmiş olur. Belə bir dəri üzərində namaz qılına bilər. Belə bir dəridən düzəldilmiş olan bir libası geyinənin namazı da səhih olur.

 

Tabaqlamaqla qoyun keçəsində olan pis yaşlıq, itir. Donuz dərisi isə, bütün parçaları ilə pis olduğu üçün, tabaqlamaqla təmizlənməz.

İnsan dərisi, hörmət və dəyərindən dolayı tabaqlanmaz. Tabaqlanmaqla təmizlənsə də, əsla istifadə edilməz.

Xarici ölkələrdə pis maddələrlə tabaqlandıqları bilinən dərilər, 3 dəfə yuyulduqdan sonra ancaq onlarla namaz qılına bilər. Şübhəni ortadan qaldırmaq üçün, halları qətiliklə bilinməyən belə dəriləri yumaq, bir ehtiyatdır.

 

  1. İstinca və İstibra yolu ilə təmizləmə

Qan, məni, sidik, və qaitə (insan artığı) kimi pisliklərin çıxmış olduqları yerləri təmizləmək gərəkdir ki, buna “istinca” deyilir. Bu təmizləmə, övrət yerlərini başqalarına göstərmədən, su ilə, yoxdursa, kiçik daşlarla edilir. Əvvəl daşlarla, sonra su ilə edilməsi daha uyğundur. Lakin sümük, kömür, təzək, bez, pambıq və kağız kimi şeylərlə istinca etmək, məkruhdur.

Su ilə istincanın  sağlamlıq cəhətindən faydaları çoxdur. Bu mövzuda tibb kitablarında əhəmiyyətli məlumatlar vardır.

İstinca yerini daşaraq namazın səhhətini əngəlləyəcək qədər çox olan pislikləri yumaq fərzdir.

Kişilər idrar etdikdən sonra sidik sızıntısının kəsilməsini gözləmələri gərəkdir ki, buna “istibra” deyilir. İstibra üsulu, hər insanın vücuduna görə fərqlidir. Gözləyərək, bir az yeriyərək, ayaqları hərəkət etdirərək və öskürərək edilə bilər. İdrarın kəsildiyinə qənaət hasil olunca, istinca edilir (su ilə təmizlənir). Çünki idrar yaşlığının mövcudluğu, idrarın damlaması kimi, dəstəmazın səhhətinə əngəldir.

İstincada təmizliyə çox diqqət edib idrar və bənzəri pislik əsəri buraxmamağa “istinqa” deyilir. İstincadan sonra ayağa qalxmadan təmiz bir bez parçası ilə və ya sol əl ilə qurulanmalıdır. Beləcə, təmizlik üçün istifadə edilən suyun qalıntıları, ortadan qaldırılmağa çalışılmalıdır. Bir hədisdə belə buyurulmuşdur:

“İdrardan çəkinin, çünki qəbir əzabının çoxu ondandır.”

Bunun üçün idrardan son dərəcə çəkinməli və təmizliyə diqqət edilməlidir.

Qadınlara istibra lazım deyildir. Onların bir müddət gözləmələri kifayətdir. Ondan sonra istinca edib dəstəmaz ala bilərlər.

İstinca ilə istibranın bəzi ədəbləri vardır. Bunlar aşağıdakılardır:

Tualetə girərkən:

“Allahummə inni əuzu bikə minəl xubsi vəl-xabais”

“Allahım, pis olan şeylərdən və pis varlıqlardan Sənə sığınıram.”

deyə dua edilir. Tualetə sol ayaq ilə girilir və tualetdən sağ ayaq ilə çıxılır.

- Küləyə qarşı,

- Bir üzr yox ikən ayaqda,

- Qarışqa və bənzəri böcəklərin yuvalarına,

- Dəstəmaz və qüsl alınacaq sulara

işəmək, məkruhdur.

- Yol üzərinə,

- Məscid civarına,

- Məzarlığa,

- Durğun və axar sulara,

- Bulaq kənarlarına,

- Ağac altlarına

dəstəmaz pozmaq da, məkruhdur.

İnsanların görə biləcəyi bir yerdə istibra edilməsi də, ədəbə ziddir.

Tualetdə ikən danışılmamalı, din və dünya işləri düşünülməməlidir. Övrət yerinə və çıxan pisliklərə baxılmamalıdır. İdrarın içinə tüpürülməməlidir. Oruclu olmayan kimsə istinca edərkən, ayaqlarını bir-birindən uzaq tutmağa çalışmalıdır. Təmizlənmə cəhətindən daha yaxşı olduğu üçün belə etmək məndubdur (ədəbə uyğundur).

 

 

Read 45 times
In order to make a comment, please login or register