Təqlid-3
Təqlid:"bir sözü, hər hansı bir hüccət olmadan qəbul etməkdir."
O, gərək füru mövzularda, gərəksə də üsul mövzularında, elmə (bilgiyə) götürən yol deyildir.
Haşəviyyə və Təlimiyyə:
• həqiqəti bilmə yolunun təqlid olduğunu; və
• vacib olanın bu olduğunu; dolayısı ilə,
• ağıl yürütməyin haram olduğunu
iləri sürmüşlərdir.
Aşağıda zikr edəcəyimiz səbəblər, bu görüşün batil olduğunu göstərməkdədir:
1. Təqlid edilən şəxsin doğruluğu, zəruri olaraq bilinməməkdədir. Elə isə, bu yöndə bir dəlilin mövcud olması gərəklidir. Doğruluğun dəlili isə, möcüzədir. Buna görə:
• Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in doğruluğu, möcüzəsi ilə;
• Allah kəlamının doğruluğu, Peyğəmbərin, bunun doğruluğunu xəbər verməsilə; və
• İcma əhlinin doğruluğu, Peyğəmbərin, bunların (icmanın) ismətini xəbər verməsilə
bilinməkdədir.
Hakimin, adil şahidlərin sözü ilə hökm verməsi, vacibdir. Ancaq bu, onların doğruluğuna etiqad etmək mənasında deyil;
-şahid istər doğru söyləsin, istərsə yalan söyləsin-
hakimlərin qalib olan zənnə ittiba ilə mükəlləf olduğuna, eşitdiklərinin dəlalət etməsi etibarı ilədir.
Amminin, müftiyə tabe olması, gərəkdir. Çünki müfti, istər yalan söyləsin, istər doğru söyləsin; istər xəta etsin, istərsə isabət etsin; ammiyə fərz olan şeyin, müftiyə tabe olmaq xüsusunda, icma vardır.
Biz deyirik ki, gərək müftinin, gərəksə şahidin sözü, icma hüccəti səbəbilə, bağlayıcı olmaqdadır.
Dolayısı ilə, bu ittiba (tabe olmaq), sözü bir hüccətə dayanaraq qəbul etmək olub təqlid deyildir.
Biz, təqlid ilə, bir sözü, hər hansı bir hüccət olmadan qəbul etməyi qəsd edirik. O halda, ortada bir hüccət yoxdursa, doğruluq da, zəruri olaraq və ya bir dəlildən hərəkətlə bilinmirsə, bu halda, ittiba, cəhalətə dayanmaq demək olur.
2. İkinci səbəbimiz isə, onlara belə deməkdir:
Siz, təqlid etdiyiniz şəxsin xəta etməsini, imkansızmı, yoxsa mümkünmü görürsünüz?
• Əgər bunu mümkün görürsünüzsə, öz məzhəbinizin sihhətindən şübhə edirsiniz, deməkdir.
• Yox əgər bunu imkansız görürsünüzsə, bunun imkansızlığını, hansı yolla bilməkdəsiniz:
~ zəruri olaraqmı; yoxsa
~ nəzər; və ya
~ təqlid yolu iləmi?
Ortada isə, hər hansı bir zəruriyyət və bir dəlil yoxdur.
• Əgər siz, təqlid etdiyiniz şəxsi, bu şəxsin söylədiyi:
"Mənim məzhəbim haqdır." şəklində sözü xüsusunda təqlid edirsinizsə, bu adamın öz-özünü təsdiqə dair sözünün doğruluğunu, hansı yolla bildiniz?
• Əgər bu sözün doğruluğunu təqlid xüsusunda, onu deyil, bir başqasını təqlid edirsinizsə, təqlid etdiyiniz bu şəxsin doğru söylədiyini hansı yolla bildiniz?
• Əgər təqlid xüsusundakı istinadınız, yalnız onun söylədiyi sözün könlünüzə xoş gəlməsidirsə, bu təqdirdə, sizin könlünüzə xoş gəlməsi ilə, xristiyan və yəhudilərin öz inanclarının da onların könlünə xoş gəlməsinin arasını, necə ayırırsınız?
• Və yenə, sizin təqlid etdiyiniz şəxsin:
"Mən, doğru söyləyirəm." sözü ilə, müxalifinizin (eyni) sözünün arasını, nə ilə ayırırsınız?
Yenə onlara, təqlidin vacibliyi xüsusunda, belə də də deyilə bilər:
"Siz, təqlidin vacib olduğunu bilirsinizmi, bilmirsinizmi?
• Əgər bunun vacib olduğunu bilmirsinizsə, nəyə görə təqlid edirsiniz?
• Yox əgər bilirsinizsə, bunu:
~ zəruri olaraqmı; yoxsa
~ nəzəri olaraqmı; və ya
~ təqlid yolu iləmi
bilirsiniz?"
Bu surətlə, təqlid xüsusunda sual, onların əleyhinə çevrilər. Onların, nəzər və dəlilə yol tapmaları da, mümkün deyildir.
Elə isə, geriyə bir tək yol qalır ki, o da, təqlidin vacibliyi görüşünün, keyfi bir hökm olmasıdır.
Əgər deyilərsə ki:
"Biz, təqlidin səhih olduğunu, əksəriyyətin məzhəbinin bu olmasından, dolayısı ilə də, bunun tabe olmağa daha əvla olmasından yola çıxaraq bilməkdəyik."
Deyərik ki:
Elə isə, belə deyənlərə nəyə görə qarşı çıxırsınız:
"Haqq, incə və qapalı olub, bunu ancaq az sayda şəxslər idrak edə bilər və əksəriyyət, bundan acizdir. Çünki bu idrak:
~ nəzər ilə məşğul olmaq;
~ zehin (düşüncə) gücünün kəskinliyi; və
~ məşğul edici digər əngəllərdən sıyrılmış olmaq
kimi, bir çox şərtə ehtiyac duyur.
Yenə buna dəlalət edən bir xüsus da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ilk başlarda, əksəriyyətə müxalif olan az sayda bir topluluq içərisində olmasına baxmayaraq, haqlı olmasıdır. Necə ki, Allah Taala:
وَإِن تُطِعْ أَكْثَرَ مَن فِى ٱلْأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِ....
"Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar..." (Ənam/116) deməkdədir.
Hər şey bir yana, zamanımızda belə, kafirlərin sayı bizdən daha çox ikən, belə bir görüş, necə iləri sürülə bilər?!
Digər yandan, sizin, bütün yer üzünü dolaşıb, müxalif görüşdə olanların hamısını sayana qədər, qərarsız qalıb, görüş bəyan etməməyiniz gərəkdir.
~ Əgər müxaliflərin sayı, sizin sayınıza bərabərdirsə, qərarsız qalmağınız;
~ Əgər sayca sizdən daha çoxdurlarsa, onların görüşünü tərcih etməyiniz
gərəkdir. Qaldı ki, bu, Quranın bütün nassına da müxalifdir. Belə ki, Allah Taala:
...وَقَلِيلٌ مِّنْ عِبَادِىَ ٱلشَّكُورُ
✓ "...Qullarımdan şükür edənlər azdırlar." (Səbə/13);
...وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
✓ "...Lakin onların çoxu bunu bilmir." (Ənam/37);
...وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَـٰرِهُونَ
✓ "... Lakin onların çoxu haqqı xoşlamırlar." (Muminun/70) deməkdədir.
Deyilərsə ki:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:
~ "Böyük əksəriyyətə tabe olun.";
~ "Şeytan, bir şəxs ilə bərabərdir və 2 şəxsdən uzaqdır." sözlərini, nə edəcəksən?
(Cavab olaraq) deyirik:
İlk əvvəl, mütəvatir olmayan bu xəbərlərin səhihliyini, hansı yolla bildiyinizi soruşarıq.
Əgər bunların səhihliyini təqlid qaynaqlı olaraq bilirsinizsə, bunların fasid olduğuna qənaət gətirən müqəlliddən hansı xüsusiyyətlə ayrılırsınız?
Qaldı ki, bu xəbərlər, səhih belə olsa, böyük əksəriyyətə tabe olan şəxs, müqəllid olmayıb, əksinə, böyük əksəriyyətə tabe olmağın vacibliyini, Peyğəmbərin sözü ilə bilmiş olur ki, bu da, sözü bir hüccətə dayanaraq qəbul etmək sayılır. Sözü bir hüccətə dayanaraq qəbul etmək isə, təqlid deyildir.
Digər yandan, bu xəbərlə nəyin qəsd edildiyini, "İcma bölməsi"ndə açıqlamışdıq. Bu xəbərlər, əsas etibarı ilə:
• dövlət başçısına; və ya
• icmaya
qarşı gəlməkdən çəkindirmək məqsədinə aiddir.
Onların bu mövzuda səbəb olaraq dayandıqları şeylər, bunlardır:
1. Ağıl yürüdən şəxs, bir çox nöqtədə şübhə ilə qarşı-qarşıyadır və bu şəxslərin bir çoxu dəlalətə düşməkdədirlər (azmaqdadırlar, haqdan ayrılmaqdadırlar). Elə isə, təhlükəni və riski tərk edib əmin-amanlığı tələb etmək, daha əvladır.
(Cavab olaraq) deyirik:
Yəhudi və xristianlar kimi müqəllidlərin də azdıqları, çoxluqla görülməkdədir. Siz, öz təqlidiniz ilə:
...إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ...
"Biz, atalarımızı, bu yol üzərə gördük..." (Zuxruf/22) deyən kafirlərin təqlidi arasını, nə ilə ayırırsınız?
Digər yandan, mərifət (bilmək) vacib olduğuna görə, təqlid, cəhalət və dəlalət sayılır.
Bu halda, siz, sanki:
• əgər bir şey yeyəcək, ya da içəcək olsa, boğazında qalacağı narahatlığı ilə yeyib-içməyərək, özünü aclıqdan, ya da susuzluqdan öldürən şəxs kimi; yenə
• dərmanda xəta etmə narahatlığı ilə, dərman içməyi tərk edən xəstə kimi; və hətta
• bir afət gələ bilmə narahatlığı ilə, ticarətlə məşğul olmağı tərk edib, kasıblıq narahatlığı ilə, kasıblığı tərcih edən şəxs kimi,
şübhəyə düşmə narahatlığından dolayı, təqlidi yüklənmiş olursunuz.
2. İkinci olaraq, Allah Taala'nın:
مَا يُجَـٰدِلُ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُو...
"Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər (cədəlləşərlər)..." (Ğafir/4) ayətini səbəb göstərir və bu ayətdə, qədər mövzusunda cidalın qadağan edildiyini, halbuki nəzərin, cidal qapısını açacağını söyləyirlər.
(Cavab olaraq) deyirik:
Bu ayətdə (Ğafir/4'də) qadağan edilən:
...وَجَـٰدَلُوا۟ بِٱلْبَـٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ...
"...Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün, batil sözlərlə mücadiləyə girişdilər..."
(Ğafir/5) ayətində olduğu kimi, batil yolla cədəlləşməkdir. Çünki başqa bir ayətdə və:
...وَجَـٰدِلْهُم بِٱلَّتِى هِىَ أَحْسَنُ...
"Onlarla ən gözəl şəkildə mücadilə et." (Nəhl/125)
deyilməsi, cidalın mütləq olaraq qadağan edilmədiyini göstərməkdədir.
Qədər mövzusunda cədəlləşməyin qadağan edilməsinin səbəbləri isə, bunlar ola bilər:
a. Allah, onları, bu mövzudakı həqiqətə, nass yolu ilə vaqif qılmış və nass xüsusunda şübhəyə düşərək, cədəlləşməyi qadağan etmişdir.
b. Bu qadağa, İslamın başlanğıc dövrlərində olmuş və müxalif bunu eşitməmiş ola bilər. Bu təqdirdə, bu qadağa ilə söylənmək istənən xüsus da, bu olur:
"Din xüsusunda, bunların ayaqları hələ yerə tam sağlam basmamışdır; bu etibarla, qədər mövzusunu, hələlik mübahisə etməyin."
c. Yaxud da onlar, özləri cəhətdən, bundan daha əhəmiyyətli olan cihada sövq edilmişlərdi.
Digər tərəfdən, onların bu gərəkcəsi qarşısına, biz də:
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ...
~ "Haqqında məlumatın olmadığı bir işin dalınca getmə..." (İsra/36)
إِنَّمَا يَأْمُرُكُم بِٱلسُّوٓءِ وَٱلْفَحْشَآءِ وَأَن تَقُولُوا۟ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ
~ "O (şeytan), sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir." (Bəqərə/169)
...وَمَا شَهِدْنَآ إِلَّا بِمَا عَلِمْنَا...
~ "... Biz ancaq bildiyimiz şeyə şahidlik etdik..." (Yusuf/81)
...قُلْ هَاتُوا۟ بُرْهَـٰنَكُمْ...
~ "...De ki, dəlilinizi gətirin..." (Bəqərə/111) kimi ayətləri çıxara bilərik.
Bu ayətlərin hamısı, təqlidi qadağan etməkdə və bilməyi əmr etməkdədir. Necə ki, Allah Taala:
...يَرْفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ دَرَجَـٰتٍ...
"...Allah, sizdən iman gətirənləri və özlərinə elm verilmiş kimsələri, dərəcələrlə ucaldır..." (Mücadilə/11) deməkdədir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Bu elmi, hər nəslin adil şəxsləri yüklənərlər və ifrata varanların təhrifini; cahillərin təvilini ortadan qaldırarlar." demişdir.
Yenə ibn Məsud (radiyallahu anh):
"İmma'a olmayın!" dediyində, Ona: "İmma'a nədir?" deyə soruşulmuş, O da: "İmma'a, bir adamın, 'Mən, xalqla bərabərəm. Onlara dəlalətə düşərlərsə, mən də düşərəm; doğru yolu taparlarsa, mən də taparam.' deməsidir." dedikdən sonra:
"Diqqətli olun. Heç biriniz, nəfsinə: 'Əgər insanlar kafir olarlarsa, mən də kafir olaram.' düşüncəsini yerləşdirməsin." demişdir. (Tabərani, "əl-Mucəmu'l-Kəbir", lX, 152)
--------------------------------
Məsələ (Amminin alimlərə fətva soruşması):
Amminin, alimlərdən fətva soruşması və onlara tabe olması, vacibdir.
Qədəriyyə'dən bəziləri, amminin dəlil üzərində düşünməsi gərəkdiyini və məsum imama tabe olması lazım gəldiyini söyləmişlərdir. Bu görüş, 2 səbəblə batildir:
1. Səhabənin icmasıdır. Səhabə, xalq təbəqəsinə fətva verir və onlara ictihad mərtəbəsini əldə etmələrini əmr etmirlərdi. Bu hal, avam və alim səhabələrdən gələn təvatürlə və zəruri olaraq bilinən bir xüsusdur.
İmamiyyə'dən biri çıxıb:
"Hər nə qədər Əli, təqiyyə olaraq və fitnə çıxmasından narahatlıq duyması ilə, onların bu davranışını inkar etməmişdirsə də, onlara vacib olan, məsumluğu səbəbilə, Əliyə tabe olmaları idi." deyəcək olarsa, buna belə cavab verərik:
Bu söz, vəlayətinin başından, ömrünün sonuna qədərki dövründə, gərək Əlinin, gərəksə digər imamların sözünə güvənmə qapısını, öz üzünə qapamış cahil bir şəxsin sözüdür. Çünki Onun dövründəki dalğalanma və sarsıntılar, ömrünün sonuna qədər davam etmişdir. Bəlkə də Əli, söylədiyi bütün sözlərdə fitnə narahatlığı ilə və təqiyyə olaraq, həqiqətə müxalifət etmişdir.
2. Amminin, hökmlərlə mükəlləf olduğu və ictihad mərtəbəsinə nail olmasının imkansızlığı xüsusunda, icma meydana gəlmişdir. Çünki bu hal:
• əkin və nəslin qurumasına;
• sənətlərin işsiz qalmasına
yol açar və əgər insanlar topyekun elmlə məşğul olacaq olarlarsa, bu hal:
• dünyanın xarab olması nəticəsinə götürər.
Bu hal, alimləri məişət tələbinə sövq edər və bu dəfə də, elm silinib gedər, hətta həm alimlər həlak olar, həm də aləm xarab olar.
Bu, imkansız olduğuna görə, geriyə bir tək variant qalır; o da, avamın alimlərdən soruşması.
Əgər deyilərsə ki:
"Siz, təqlidi ibtal etmişdiniz. İndiki sözləriniz isə, təqlidin eynilə özüdür?!"
(Cavab olaraq) Deyirik:
Təqlid: Bir sözü, hər hansı bir hüccət olmadan qəbul etməkdir. Avamın, müftinin verdiyi fətvanı qəbul etməsinin vacibliyi isə, eynilə, hakimin, şahidlərin sözünü qəbul etməsinin vacibliyi və yenə, bizim, xəbər-i vahidi qəbul etməyimizin vacibliyi kimi, icma dəlili səbəbi ilədir.
Hakimin şahidin sözünü qəbul etməsi, onların doğru söylədiyinə qənaət gətirməsi halındadır və zənn isə, bilinən bir şeydir. Zənnin mövcud olması halında, hökm verməyin vacib olması da, qəti səm'i (eşitməyə bağlı) bir dəlil səbəbilə bilinən bir şeydir.
Dolayısı ilə, bu halda verilən hökm, qəti bir hökm olur. Təqlid isə, cəhalətdir.
Əgər deyilərsə ki:
"Siz, təqlidi dindən qaldırırsınız. Halbuki Şafii:
'Peyğəmbər xaricində bir kimsəni təqlid etmək, halal deyildir.' deyərək, bir cür təqlidin mövcud ola biləcəyini söyləməkdədir?!"
(Cavab olaraq) Deyirik:
Şafii, bəzi istisnalar xaricində, təqlidin batil olduğunu, doğrudan-doğruya açıqca bildirməkdədir. Onun:
• fətva soruşmağı;
• xəbər-i vahidin və adil şahidin sözünün qəbulunu
təqlid saymadığı, bilinməkdədir.
Bunu da bildirək ki, Peyğəmbərin sözünü qəbul etməyin, məcazi olaraq "təqlid" olaraq adlandırılması və bunun öz cinsinin xaricindən istisna edilməsi, caizdir. Burdakı məcaz halı da, belədir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sözünün qəbul edilməsi, hər nə qədər Onun sözünün doğruluğuna ümumi mənada dəlalət edən bir hüccət səbəbilədirsə də, bu qəbuldan, başqa bir məsələ üçün hüccət axtarılmaz. Peyğəmbərin sözünün qəbul edilməsi, bir cəhətdən, xüsusi olaraq, hüccətsiz təsdiq olub, bunun məcazən "təqlid" olaraq adlandırılması, caizdir.
-------------------------------
Məsələ: Fətva soruşula bilməsi üçün, müftinin adil olub-olmadığının bilinməsi lazımdırmı?
Ammi, ancaq elm və ədalətilə tanıdığı şəxslərdən fətva soruşa bilər. Cəhlini bildiyi şəxslərdən soruşa bilməyəcəyində, ittifaq vardır.
Amminin, cəhlini bilmədiyi şəxslərdən fətva soruşmasına gəlincə, bəzi alimlər, amminin bunu araşdırması gərəkmədiyindən yola çıxaraq, bunun, caiz olduğunu söyləmişlərdir. Bu, nöqsan anlayışdır. Çünki başqasının görüşünü qəbul etməli olan şəxs, başqasının halını bilmək məcburiyyətindədir. Bu səbəblədir ki, ümmətin, möcüzəsi üzərində düşünərək, Peyğəmbərin halını bilməsi lazımdır. Əks təqdirdə, bilinməyən hər kəsin, özününün Allahın elçisi olduğunu iddia etməsindən əmin oluna bilməz.
Yenə:
• şahidin ədalət cəhətindən halını bilmək- hakimə;
• ravinin halını bilmək- müftiyə; və
• dövlət başçısının və hakimin halını bilmək də- idarə edilənlərə
vacibdir.
Xülasə, fətva soruşandan daha cahil olması təsəvvür edilə bilən bir şəxsdən, necə fətva soruşula bilər?!
Əgər deyilərsə:
Müftinin adil olub-olmadığını bilməyən şəxs, bunu araşdırmaq məcburiyyətindədirmi?
Əgər:
"Bəli, araşdırmaq məcburiyyətindədir." deyərsənizsə, adətə müxalif davranmış olarsınız. Çünki bir şəhərə gələn şəxs, ədalətinə dair bir hüccət axtarmadan, o şəhərin alimindən fətva soruşar. Əgər fətva soruşacağı müftinin ədalətini bilməməsinə rəğmən, fətva soruşmasını caiz görürsünüzsə, eyni şey, bilmək mövzusunda da caridir."
(Cavab olaraq) deyirik:
Ammi, fasiqliyini bildiyi müftidən fətva soruşa bilməz. Adil olduğunu bildiyi şəxsdən isə, soruşa bilər. Halını bilmədiyi müftidən fətva soruşmasına gəlincə, bu halda:
"Dərhal fətva soruşmasın. Əksinə, ilk əvvəl bu müftinin ədalətini araşdırsın. Çünki onun doğrumu, yoxsa yalanmı söyləyəcəyindən əmin deyildir." deyilməsi, möhtəməl olduğu kimi,
"Alimin halının zahiri ədalətdir, hələ bu alim, fətva ilə məşhur olmuşdursa... Halbuki, xalqın halının zahirinin ədalət olduğu və fətva mərtəbəsinə nail olduqları söylənə bilməz. Cəhalət, xalq üzərində daha çox qalibdir. Əslində, bəzi fərdlər xaric, insanların hamısı avamdır. Hətta tək-tək bəziləri xaric, alimlərin hamısı adildir." deyilməsi də, möhtəməldir.
Əgər deyilərsə:
"Müftinin ədalətini və ya elmini öyrənmək üçün, sual soruşmaq vacibdirsə, bu halda, təvatürə ehtiyac vardırmı?"
(Cavab olaraq) deyirik:
Belə söyləmək möhtəməl olduğu kimi, -çünki bu, mümkündür- bir və ya iki adil şəxsin sözü səbəbilə meydana gələn zənn-i qalibin kifayət etdiyini söyləmək də, möhtəməldir.
Bəzi alimlər, bir tək adil şəxsin nəql etdiyi icma ilə əməl etməyi caiz görmüşlərdir. Bu məsələ də, bir yönü ilə, burda bəhs mövzusu edilən məsələyə yaxındır.
-------------------------------
Məsələ: Müftilər arasında seçim etmək
Bir diyarda sadəcə bir müfti varsa, amminin buna baş vurması, vacib olur. Əgər müfti birdən çoxdursa, səhabə zamanında edildiyi kimi, istədiyi birindən soruşa bilər; daha alim olanına baş vurması lazım gəlməz.
Səhabə zamanında, avam insanlar, fazil/fəzilətli şəxsdən də, məfdul/yəni nisbətən daha az fəzilətli şəxsdən də (fətva) soruşardılar. Xalqa, əbu Bəkr, Ömər və xəlifələr xaricindəkilərdən soruşmaqları xüsusunda, hər hansı bir məhdudiyyət gətirilməmişdi.
Bəzi alimlər, əfdal -yəni daha fəzilətli- olana baş vurmağın vacib olduğunu, əgər bunların səviyyələri bərabərdirsə, bu təqdirdə, baş vurmaq istəyən şəxsin muxayyər (seçimində sərbəst) qalacağını söyləmişlərdir.
Bu anlayış, səhabənin icmasına müxalifdir. Çünkü fazilin (daha fəzilətli olanın) varlığı, məfdulun (nisbətən daha az fəzilətli olanın) fətva verməsini əngəlləmirdi. Tam əksinə, vacib olan, elmini və ədalətini bildiyi şəxsə baş vurmaqdır və zatən, səhabənin hamısı da, elm və ədalətlə məruf (tanınan, bilinən) kimsələr idilər.
Bu da var ki, 2 müftinin bir mövzuda verdikləri hökm fərqli olarsa, ammi, hər ikisinə yenidən müraciət edərək:
"Sizin fətvalarınız, bir-birilə zidd düşməkdədir. İkiniz də, mənim nəzdimdə bərabərsiniz. Bu halda, mən nə etməliyəm?" deyə soruşar.
Əgər bu 2 müfti, bu haldakı amminin muxayyər (seçimində sərbəst) olduğunu söyləyərlərsə, ammi, muxayyər qalar.
Yenə, əgər bu 2 müfti, daha ehtiyatlı olanı alması və ya müəyyən bir tərəfə meyl etməsi xüsusunda ittifaq edərlərsə, ammi bunu etmək məcburiyyətindədir.
Ancaq 2 müfti, əgər bu görüş ayrılığı üzərində israr edərlərsə, bu təqdirdə, ammi üçün muxayyər qalmaqdan başqa variant yoxdur. Çünki hökmü tə'til etmək -yəni heç birisinin fətvasını almamaq- mümkün olmadığı kimi, bu 2 müftidən biri, digərindən əvla da deyildir. İmamlar, ulduzlar kimidirlər. Hansına tabe olunarsa, doğru yol tapılar.
Ancaq fərqli fətva verən bu 2 müftidən biri, etiqadı cəhətindən digərindən daha əfdal və alimdirsə, Qadı, yenə amminin muxayyər qalacağını söyləmişdir. Çünki məfdul da, əgər tək başına qalmış olsaydı, ictihad əhlindən olacağına görə, başqası ilə bərabərliyində də, hal, yenə eyni olacaqdı. Fəzilət artıqlığının (ziyadətu'l-fadl) bir təsiri yoxdur.
Mənə (Ğazzaliyə) görə, əvla olan, amminin, daha fəzilətli olana tabe olmasıdır. Şafi'nin daha alim olduğuna və Şafi'nin məzhəbində doğruya isabət etməyin daha qalib olduğuna qənaət gətirən şəxs, artıq sırf xoşuna gəlir deyə, Şafi'nin müxalifinin görüşünü ala bilməz.
Yenə ammi, hər məsələdə, məzhəblər arasından özünə görə ən gözəl olanı, xoşuna gələnləri seçib genişlik yarada bilməz. Əksinə, amminin edəcəyi bu tərcih, eynilə müftinin zidd düşən 2 dəlil arasında tərcih etməsi kimidir. Yəni müfti, 2 dəlil arasında tərcih edərkən, necə zənninə tabe olursa, ammi də, məzhəblər arasında tərcih edərkən, zənninə tabe olmalıdır.
Biz, hər nə qədər hər müctəhidin isabət etdiyini söyləyiriksə də:
• qəti bir dəlili gözdən qaçırmaq səbəbilə; və ya
• bütün gücünü sərf edərək ictihadı tamamlamadan əvvəl hökm vermək səbəbilə,
xəta etmək, mümkündür. Daha alim olan birinin, xəta ehtimalı isə, şübhəsiz ki, azdır.
İşin özü budur:
Biz, inanırıq ki, qulları öz zənləri üzərinə həvalə etmək xüsusunda, Allah Taala'nın bir hikməti vardır, ta ki, qullar:
• başı boş;
• keyfi arzulara tabe olan; və
• "təklif/mükəlləfiyyət cilovu" kontrol edilmədən, heyvanlar kimi necə gəldi
davranmasınlar.
Allah, qulları, bir yöndən digər bir yönə sövq edir ki:
• qulluğu; və
• Allahın, hər hərəkət və sükunda, özləri haqqındakı hökmünün, özlərini sağa-sola sarsılmaqdan qoruduğunu
düşünsünlər.
İnsanları gücümüz çatdığı qədər, bir qanun/qayda altına almağımız, onları muxayyər buraxmaqdan və heyvanlar və uşaqlar kimi başı boş qoymaqdan daha əvladır.
Lakin 2 müftinin bir-birinə bərabər olub (fətvalarının) zidd düşməsi halında və ya 2 dəlilin zidd olması halında, zəbt edilmiş bir ölçü gətirmədiyimiz vaxt, muxayyərlik, bir zərurətdir. Bunun dəlili də, budur:
"Haqqında Allahın müəyyən bir hökmü mövcud olmayan və ya hər müctəhidin isabət etdiyi bir məsələ üzərində, müctəhidin düşünməsi lazım gəlməz; əksinə, muxayyər qalar və istədiyini edər. Çünki bu məsələdə, hər bir yön, başqa bir müctəhidin zənninə qalib gələ bilər. Müctəhidin ilk əvvəl, bir qənaət (zənn) meydana gətirməsi lazım gəldiyi və arxasından bu zənnə tabe olunacağı xüsusunda isə, icma vardır." deyilməsi mümkün olarsa, eyni şəkildə, amminin zənni də belədir və təsirli olması lazımdır.
Əgər deyilərsə:
"Müctəhidin, istidlal yollarını öyrənmədən, öz zənninə tabe olması, caiz deyildir. Ammi isə, şübhə ilə hökm verə bilər, zahirə aldana bilər və bəlkə də, məfdulu fazil olana təqdim edə bilər. Əgər bəsirətsiz olaraq hökm verməsi caizdirsə, şəxsən məsələ haqqında düşünsün və öz zənninə görə hökm versin. Üstünlüyün (fazil, məfdulun) mərtəbələrini bilmək üçün də, bəzi qapalı dəlillər vardır ki, bunları qavramaq, avamın işi deyildir."
Əslində, bu sual, yerində bir sualdır. Lakin biz deyirik ki:
Uşağı xəstələnən və özü təbib olmadığı halda, uşağına öz rəyi ilə bir dərman verən şəxs, həddi aşmış, qüsurlu davranmış və məsuliyyəti yüklənmiş olur. Halbuki, əgər bir həkimə baş vurmuş olsaydı, qüsurlu sayılmayacaqdı. Əgər bir diyarda, 2 həkim varsa və müalicə xüsusunda fərqli düşünürlərsə, xəstə sahibi, daha üstün olan (əfdal) həkimə müxalifət edərsə, qüsurlu davranmış olar. Bu 2 həkimin fəziləti, mütəvatir xəbərlərlə bilinə biləcəyi kimi, məfdul həkimin, zənn-i qalib ifadə edən bəzi işarətlərlə fazil həkimi önə çıxarması ilə və özündən üstün tutması ilə də bilinə bilər.
Eyni şey, alimlər haqqında da cari olub, daha üstün olan alim -şəxsən elmi haqqında araşdırma edilmədən- eşitmək yolu ilə və qərinələrlə bilinə bilər və ammi də, buna əhildir.
Elə isə, amminin, sırf canı elə istəyir deyə, zənnə zidd davranması, münasib deyildir.
Bizə görə, ən səhih olan və xalqı təqva və "təklif cilovu" ilə zəbt etmək xüsusundakı külli mənaya ən uyğun olan görüş, budur. Vallahu a'ləm...
(Hüccətü'l-İslam əbu Həmid əl-Ğazzali, "əl-Mustasfa", "Təqlid, istifta və bu mövzularda avamın hökmü")
- Təqlid-1
- Bəqərə surəsi 170-ci ayətin təfsiri
- Dörd məzhəbdən başqasına tabe olana rəddiyyə (ibn Rəcəb əl Hənbəli)
- Təqlid etmək vacibdirmi?
- "Ümmətimin ixtilafı rəhmətdir."
- Müsəlman bir qadın, kafir bir kişinin nigahı altında qala bilərmi?
- Böyük günah sahiblərinə şəfaət ediləcəkdirmi?
- Cadu vardırmı?
- Murciə kimdir?
- Dəstəmazsız Qurana toxunmaq olarmı?