Təqlid etmək vacibdirmi?

Avam: Bu kəlimə ilə:

• təqdirə layiq; və

• dəlilləri dəyərləndirə biləcək qədər

bir elm öyrənə bilməmiş cahil kimsələri qəsd edirik.

Belə kimsələrin, alimləri təqlid etməsi qaçılmazdır. Təqlid etdiyi kimsə, istər öz məzhəbinin imamı olsun, istərsə mötəbər alimlərdən biri olsun, fərq etməz.

• Bu insan əgər bəlli bir məzhəbi öyrənir və özünü o məzhəbin hökmlərilə bağlayırsa, birinci hal;

• Özünü bəlli bir məzhəblə məhdudlaşdırmırsa, ikinci hal bəhs mövzusudur. Çünki onun məzhəbi, fətva soruşduğu kimsənin (müftüsünün) məzhəbidir.

Dolayısı ilə, bu insanın etməsi gərəkən şey, soruşmaq, fətva istəmək və aldığı fətva ilə əməl etmək, bunu edərkən də, bəhs mövzusu olan məsələ haqqında o fətvaya müxalif olan görüşlərə hörmət və təqdiri əldən verməməkdir.

Bu haldakı insanın,

"Bilmirsinizsə, zikr əhlindən soruşun." (Nəhl/43)

ayətinin ümum ifadə edən hökmü gərəyincə, Allahın dinində öz görüş və anlayışı ilə əməl etməsi caiz deyildir. Əks halda, həvası ilə əməl etmiş olar.

Bu nöqtədə, Xatib əl-Bağdadi bunları deyir:

"...Özünə təqlidin caiz olduğu kimsəyə gəlincə, şəri əhkamın əldə edilmə yollarını bilməyən avamdır. Belə kimsələrin bir alimi təqlid və onun görüşü ilə əməl etməsi caizdir. Çünki Allah Taala:

'Bilmirsinizsə, zikr əhlindən soruşun.' buyurmuşdur...

...Mötəzilədən bəzisinin belə dediyi nəql edilir:

'Avamın, alimin görüşü ilə -illətini bilmədən- əməl etməsi caiz deyildir. Bir kimsə bir alimə bir məsələ soruşduğu zaman, ona, verdiyi hökmə yetişmə yollarını soruşmuş olur. O da, o hökmə varma yollarını ona öyrətdiyi zaman, avamdan olan kimsə, məsələyə vaqif olar və o görüşlə əməl edər.'

Bu, xətalı bir görüşdür. Çünki avamın:

• illərcə fiqh təhsil etmədən;

• uzun zaman fəqihlərlə həmhal olmadan;

• qiyas etməyin yollarını; və

• hansı hallarda qiyasın səhih, hansı hallarda fasid olduğunu;

• dəlillərin hansının əvvələ alınıb hansının geriyə buraxılması gərəkdiyini öyrənmədən,

hökm istinbatının yollarını bilməsi, mümkün deyildir.

Avamın belə bir şeylə mükəlləf qılınması, güc yetirə bilməyəcəyi bir şeylə mükəlləf qılınması deməkdir. Bunu yerinə yetirmələri imkansızdır..." ("əl-Fəqih və'l-Mutəfəqqih", ll, 68-69)

Sözün burasında, Xatib əl-Bağdadi'nin:

"Özünə təqlidin caiz olduğu kimsəyə gəlincə..."

"Belə kimsələrin bir alimi təqlid və onun görüşü ilə əməl etməsi caizdir."

tərzindəki sözləri haqqında xəbərdarlıq etmək istəyirəm:

Bu cümlələrdə keçən "cəvaz"ın, terminoloji mənada muxayyərlik ifadə edən ibahə mənasına gələcəyini söyləmək, doğru deyildir. Çünki Xatib əl-Bağdadi'nin sözlərində də açıqlamasını tapdığı kimi,

"Bilmirsəniz, zikr əhlindən soruşun."

ayətinin ümum ifadə edən hökmü gərəyincə, avamın bir imamı təqlid etməsi vacibdir. Bu ayətdəki əmr, bu vacibliyin dəlilidir.

Alimlərin bu bağlamda "vaciblik" yerinə "cəvaz" təbirini istifadə etməsi, möhtəmələn avamın başqasını təqlidini əngəlləyənlərin -necə ki, Xatib əl-Bağdadi, bunu mötəzilədən bəzisindən nəql etmişdi- bu görüşünü rədd sədədində danışır olmalarından iləri gəlməktədir.

Dolayısı ilə, burdakı "cəvaz" ilə, "qadağa" təbirinin əks mənası qəsd edilmiş olmaqdadır.

Avamın hökmü mövzusunda əl-Amidi'nin, Üsul'unda keçən bu ifadəsi daha açıq və dəqiqdir:

"Bağdad mötəziləsindən bəziləri, avamın müctəhidə tabe olmasını əngəlləmiş və:

"Müctəhidə tabe olmaq, ancaq müctəhidin ictihadının səhih olduğunu, dəlili ilə bildikdən sonra caiz olur." demişlərdir.

əl-Cübbai'nin də, 5 təməl ibadət kimi xüsusların xaricində qalan ictihadi məsələlərdə, bunu mübah gördüyü nəql edilmişdir.

Tərcih edilən, (mühəqqiq üsulçulara aid olan) ilk görüşdür. Nass, icma və ağıl da buna dəlalət edər.

• Bu mövzudakı nass:

"Bilmirsinizsə, zikr əhlindən soruşun."

ayətidir. Bu ayət, bütün muxatabları ehtiva edən ümumi bir ifadəyə sahibdir. Bu etibarla, bilinməyən hər şeyin soruşulması, dolayısı ilə, üzərində anlaşılmazlıq mövcud olan məsələni də ehtiva etməsi gərəkdir..."

• "İcmaya gəlincə, Səhabə və tabiun vaxtlarında, müxalif görüşlər ortaya çıxmazdan əvvəl, avam, müctəhidlərdən fətva soruşar, şəri hökmlərdə onlara tabe olarlardı. Alimlər də dəlil zikr etmədən və onları dəlili zikr edilməmiş görüşlərlə əməldən əngəlləməmiş, onlara yerindəcə cavab verərlərdi. Bu halı qınayan da olmazdı. Bu surətlə, avamın müctəhidə tabe olmasının mütləq caiz olduğu mövzusunda, icma hasil olmuşdur."

• "Əqli dəlil isə, budur:

İctihada əhil olmayan kimsə, hər hansı bir fəri hadisə meydana gəldiyi zaman, ya hər hansı bir şəkildə əməl etməyəcək -ki, bu, bir birinə qarşı olan tərəflərin bütününün icmasına ziddir- və ya əməl edəcəkdir. Əməl edəcəyi zaman da, ya hökmü təsbit edən dəlillə və ya təqlidlə əməl edəcəkdir.

Dəlillə əməl etməsi, mümkün deyildir. Çünki bu, gərək o kimsəni, gərəksə bütün insanları, hadisələrin/hökmlərin dəlillərini dəyərləndirmə məcburiyyətinə, dolayısı ilə məişətini təmin etməkdən geri qalmağa, dünyanın xarab olmasına, əkin və nəslin zay olmasına yol açacaqdır, ki, bu halda ictihada da, təqlidə də yer qalmayacaqdır. Bu isə:

"...وَمَا جَعَلَ عَلَيْكُمْ فِى ٱلدِّينِ مِنْ حَرَجٍ..."

"...dində də sizin üçün heç bir çətinlik yaratmadı..." (Həcc/78) ayətində

və:

"İslamda (başqasına) zərər vermək və (zərərə) zərərlə qarşılıq vermək yoxdur." (İbn Macə, Əhkam/17)

hədisində nəfy edilən "çətinlik və zərər vermə"yin əhatə dairəsinə girər.

Bu ayət və hədis, "çətinlik və zərər vermə"yin hər növünə şamil ümumi nasslardır. Çünki gərək ayətdəki "çətinlik" kəliməsi, gərəksə hədisdəki "zərər vermək" ifadəsi, nəkirə (qeyri müəyyən)'dir və nəkirə, nəfy bağlamında gəldiyi zaman, zəruri olaraq ümum ifadə edər.

Bu qədər var ki, biz, Üsuluddin (əqidə) məsələlərində təqlidin mümkün olmaması xüsusunda, bu ümumi hökmə müxalifət etməkdəyik. Üsuluddin məsələlərində təqlidin burdakından fərqli olaraq mümkün olmadığı mövzusunda, daha əvvəl açıqlama vermişdik.

Yeni meydana gələn fiqhi hadisələr, təqlidin mümkün olmadığı söylənilən Üsuluddin məsələlərindən qat-qat artıqdır. Dolayısı ilə, fiqhi məsələlərdə hər kəsi ictihad etməklə məsul tutmaq, çətinliyi daha çox artırmaq deməkdir.

Bu səbəblə, Üsuluddin sahəsinə girən məsələlər xaricində, ictihadi olan və olmayan məsələlər haqqında ümumi olan dəlilin gərəyi ilə əməl etmiş olmaqdayıq..." (Amidi, "əl-İhkam", lV, 306-308)

Read 30 times
In order to make a comment, please login or register