Təravih namazı-2

Təravih namazı- 2

2008- əbu Hureyrə (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Ramazan haqqında belə buyurduğunu söyləmişdir:

"Kim (Allahın vədinə) inanaraq və savabını Allahdan umaraq onda (ramazan gecələrində) namaz qılarsa, keçmiş günahları bağışlanar."

-----------------------------

2009- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurmuşdur:

"Kim (Allahın vədinə) inanaraq və savabını Allahdan umaraq, Ramazan gecələrini iqamə (ibadətlə ihya) edərsə, keçmiş günahları bağışlanar."

İbn Şihab belə deyir:

İnsanlar bu halda ikən, Allah rəsulu (sallallahu aleyhi və səlləm) vəfat etdi. Əbu Bəkr'in xilafəti ilə Ömərin xilafətinin ilk illərində də, hal bu şəkildə davam etdi.

--------------------------

2010- Abdur'r-Rahmən b. Abdu'l-Qari belə deyir:

Bir Ramazan gecəsi, Ömər b. əl-Xattab (radiyallahu anh)'la bərabər məscidə getdik. Gördük ki, insanlar bir-birilərindən ayrı namaz qılırlar. Bəzilərinə də, bəziləri namaz qıldırır. (Bunun üzərinə) Ömər belə dedi:

"Mən bunları tək bir imamın arxasında cəm edə (toplaya) bilsəm, daha gözəl olar."

Sonra buna əzm edib, insanları, Ubey b. Ka'b'ın arxasında (imamlığında) topladı.

Sonra başqa bir gecə, yenə Ömərlə bərabər məscidə getdik. İnsanlar, öz imamlarının (Ubey b. Ka'b'ın) arxasında namaz qılırlardı. (Bunun üzərinə) Ömər:

"Bu, nə gözəl bidət! Ancaq bunların yatdığı vaxtda qılmaq, bu anda qıldıqlarından daha fəzilətlidir." dedi.

İnsanlar, o vaxt, gecənin başında təravih qılırlardı.

-------------------------

2011- Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in zövcəsi Aişə (radiyallahu anha), belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), təravih namazı qıldı. Bu, Ramazan ayında idi."

------------------------

2012- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), (ramazan ayında), gecənin bir aləmində məscidə gəlib namaz qıldı və bir neçə səhabə də, Onunla birlikdə bu namazı qıldı. Səhəri gün, camaat bu namazdan (başqalarına da) söz etməyə başladılar.

Növbəti gecə namaza, əvvəlkindən daha çox adam toplaşıb Onun arxasında (gecə) namazı qıldılar. Səhəri gün camaat, yenə bu namazdan danışdılar.

Üçüncü gecə məscidə gələnlərin sayı, lap çox idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) gəlib namaz qıldı və səhabələr də Onunla birlikdə bu namazı qıldılar.

Dördüncü gecə (namaza gələnlərin sayı həddindən artıq çox olduğundan), camaat məscidə sığmırdılar. (O gecə, Peyğəmbər, namaza gəlmədi).

Nəhayət, səhər məscidə gəlib sübh namazını qıldırdı, sonra da üzünü camaata tutub şəhadət kəliməsini gətirdi və belə buyurdu:

"Sonra isə... Doğrusu, Mən, sizin etdiklərinizdən xəbərsiz deyildim. Lakin Mən, bu namazın sizə vacib buyurulacağından və sizin də onu yerinə yetirə bilməyəcəyəyinizdən ehtiyat etdim."

Hal belə davam edərkən, Allah rəsulu (sallallahu aleyhi və səlləm) vəfat etdi.

----------------------------------

2013- əbu Sələmə ibn Abdu'r-Rahmən, Aişə (radiyallahu anha)'dan:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Ramazan ayında qıldığı namaz, necə idi?" deyə soruşdu. Aişə (radiyallahu anha), belə dedi:

"Nə ramazanda, nə də digər zamanlarda, 11 rükətdən artıq qılmadı. İlk əvvəl 4 rükət qılardı ki, bunların gözəlliyini və uzunluğunu heç soruşma! Sonra 4 rükət daha qılardı ki, bunların da gözəlliyini və uzunluğunu soruşma! Sonra 3 rükət daha qılardı."

Mən:

'Ey Allahın rəsulu! Vitir namazını qılmadan əvvəl yatırsanmı?" deyə soruşdum. Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Mənim gözlərim yatar, ancaq qəlbim yatmaz."

--------------------------------------------------------------------------------------------

İzahı:

Təravih: "tərviha"nın cəm halı olub "rahatlamaq, dincəlmək" mənasına gəlməkdədir.

Ramazan gecələrində camaatla qılınan namaza, təravih deyilmişdir. Çünki səhabələr, ilk olaraq bu namazı qıldıqlarında, hər salam verdiklərində, dincəlirdilər.

-----------------------------

Bu babda, Ramazan gecələrini ihya etməkdən məqsəd, mütləq olaraq gecələri ibadətlə keçirməkdir.

Nəvəvi isə:

~ burda qəsd edilənin, təravih namazı olduğunu;

~ təravih namazı qılınması halında, gecənin ihya edilmiş olacağını;

~ ancaq gecənin yalnız təravih ilə deyil, başqa cür də ihya edilə biləcəyini söyləmişdir.

------------------------------

Bu hədislərdən ilk olaraq, kiçik və böyük günahların əfv edilə biləcəyi anlaşılmaqdadır. İbnu'l-Munzir, bu görüşdədir.

Nəvəvi isə, belə deyir:

"Bilinən odur ki, bu, yalnızca, kiçik günahlara xasdır. İmamu'l-Harameyn bu görüşü mənimsəmiş, Qadı İyad da bu görüşü, əhl-i sünnətə nisbət etmişdir."

Bəziləri belə demişlərdir:

"İnsan, kiçik günahlar işləməmişdirsə, böyük günahların xəfiflədilməsi də, mümkündür."

Keçmiş və gələcək günahların bağışlanması mövzusunda, bir çox hədis mövcuddur. Mən bunları müstəqil bir kitabda topladım.

Gələcək günahların bağışlanması isə, bu cəhətdən problemli görülmüşdür:

Əfv etmə, əvvəlində bir günahın mövcud olmasını gərəkdirir. Sonradan işlənən günah, hələ mövcud olmadığına görə, onun əfv edilməsi, necə mümkün ola bilər?

Bunun cavabı, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Allahdan Bədr döyüşünə qatılanlarla bağlı olaraq nəql etdiyi bu sözdə mövcuddur:

"İstədiyinizi edin. Sizləri bağışladım."

Cavab, mücməl olaraq belədir:

• Bu söz, onların böyük günahlardan qorunması, bu sayədə də, onların böyük günah işləməməsi mənasına gəlir.

• Digər bir görüşə görə isə, bunun mənası: onların günahları, bağışlanmış olaraq meydana gələr. Ərəfə günü oruc tutmaq ilə bağlı hədisi, yəni Ərəfə günü tutulan orucun keçmiş və gələcək ilin günahına kəffarət olacağına dair hədisi, Mavərdi bu şəkildə açıqlamışdır.

----------------------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm) vəfat etdiyində, insanlar, təravih namazını camaatla qılmırlardı.

İbnu't-Tin belə deyir:

"Ömər (radiyallahu anh), camaatla təravihin daha gözəl olduğu nəticəsini, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in özü ilə 3 gecə boyunca bu namazın qılınmasını təsdiqləməsindən çıxarmışdır. Peyğəmbərin daha sonra bunu etməməsi isə, bu namazın onlara fərz qılınması qorxusundandır. Buxari'nin, Ömər hədisindən sonra, Aişə hədisini verməsinin sirri də, budur.

Peyğəmbərin vəfatı ilə, təravih namazının fərz qılınmayacağı, qəti olaraq ortaya çıxmış oldu. Bu namazı ayrı-ayrı qılmaq, insanların birliyini pozduğu üçün, Ömər, insanların bunu camaatla qılması görüşünü tərcih etdi. Ayrıca, tək bir imam arxasında toplaşmaq, namaz qılanların əksəriyyəti üçün, dincliyə daha uyğundur. Alimlərin əksəriyyəti də, Ömərin görüşünü tərcih etmişdir."

-----------------------

• Malik'dən 2 rəvayətin birinə görə;

• əbu Yusuf; və

• Bəzi Şafii'lərə görə,

"Fərz namaz xaricində, ən fəzilətli namaz, insanın evində qıldığı namazdır."

sözünün ümumi ifadəsi səbəbilə, təravihin evdə qılınması, daha fəzilətlidir. Bu hədis, Muslim'in, əbu Hureyrə'dən rəvayət etdiyi səhih bir hədisdir.

• İmam Tahavi (əl-Hənəfi), mübaliğə edərək belə demişdir:

"Təravih namazının camaatla qılınması, fərz-i kifayədir."

• İbn Battal belə deyir:

"Ramazan ayında, təravih namazı qılmaq, sünnətdir. Çünki Ömər, bunu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in felindən almışdır. Peyğəmbər də, bunu, fərz olmaq qorxusu ilə tərk etmişdir."

• Şafii'lərə görə, bu məsələnin əslində, 3 fərqli görüş vardır:

Bu görüşlərin üçüncüsü budur:

~ Quranı əzbər bilən;

~ Tənbəllikdən qorxmayan;

~ Özünün camaata getməməsi, camaat cəhətindən bir problem meydana gətirməyən şəxsin,

məsciddə və ya evdə qılması, bərabərdir. Bu şərtlərin bir qismini daşımayanların camaatla qılması, daha fəzilətlidir.

-----------------------------------

Başa düşüldüyü qədərilə, Ömərin, Ubeyi imam seçməsinin səbəbi, Peyğəmbərin:

"Camaata, Allahın kitabını ən yaxşı oxuyan imamlıq edər." hədisidir.

---------------------------------

Bidət, əslində: "daha əvvəl bir nümunəsi olmadan, meydana çıxarılmış şey" deməkdir. Dində, sünnətin ziddi olaraq, pisləmək mənasında istifadə edilir. İşin həqiqəti isə, budur:

Əgər fel, dində:

√ gözəl görülən bir prinsipin muhtəvası altına girə bilirsə, bu, gözəl;

√ çirkin görülən bir şeyin altına girirsə, pisdir.

√ ikisindən də deyilsə, mübahdır.

Bu halda, bidət, 5 hökmə də mövzu olur. (Haşiyə)

(Haşiyə:

5 hökmdən məqsəd bunlardır:

1. Vacib;

2. Məndub;

3. Mübah;

4. Məkruh;

5. Haram.)

---------------------------

Ömər (radiyallahu anh)'ın sözü, təravih namazının, gecənin sonunda qılınmasının, gecənin başında qılınmasından daha fəzilətli olduğunu, açıqca olaraq ifadə etməkdədir.

Ancaq bu söz, təravihi tək başına qılmağın, camaatla qılmaqdan üstün olduğu mənasına gəlməz.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 31-ci kitab: "Təravih namazı", 1-ci bab: "Ramazan ayında (təravih) namaz(ı) qılmağın fəziləti")

---------------------------

Əlavələr:

واختلَف أهلُ العلْمِ فى قيامِ رمضانَ , فرأى بعضُهم أن يصلِّيَ إحدى وأربعينَ ركعةً مع الوتْرِ . وهو قولُ أهلِ المدينةِ والعمَلُ على هذا عندهم بالمدينةِ

وأكثرُ أهلِ العلْمِ على ما رُوي عن عمرَ وعليٍّ وغيرِهما مِن أصحابِ النبيِّ - صلى الله عليه وسلم - عشرينَ ركعةً . وهو قولُ سفيانَ الثوْري وابنِ المباركِ والشافعي

وقالُ الشافعي : وهكذا أدْركتُ ببَلدنا بمكةَ يُصلُّون عشرينَ ركعةً . وقال أحمدُ : رُوي فى هذا ألوانٌ . ولم يقضِ فيه بشىءٍ

وقال إسحاقُ : بل نختارُ إحدى وأربعينَ ركعةً على ما رُوي عن أبيِّ بنِ كَعْبٍ

"Elm əhli, ramazanda qılınacaq namaz (təravih rükətlərinin sayı) haqda ixtilaf etmişlər:

Bəzilərinə görə vitrlə bərabər 41 rükət qılınmalıdır. Bu Mədinəlilərin görüşüdür və onların tətbiqatı da bu şəkildədir.

Elm əhlinin əksəriyyəti Ömər, Əli və Nəbinin – sallallahu aleyhi və səlləm – digər səhabələrindən rəvayət edildiyi üzrə 20 rükət qılınması görüşündədirlər.

Bu həmçinin Sufyan Əs Səvri, İbnul Mubərək və Şafinin görüşüdür.

Şafi belə demişdir: "Şəhərimiz Məkkədə onları beləcə 20 rükət qılan gördük".

Əhməd bu barədə çeşidli rəvayətlər olduğunu demiş və qəti bir rəqəm müəyyən etməmişdir.

İshaq demişdir: "Əksinə biz Ubeyy bin Kabdan rəvayət edildiyi üzrə 41 rükət görüşünü seçirik".

(Qaynaq: Əbu İsa Ət Tirmizi: Əl Camiul Kəbir: 2/159-160, Darul Ğarbil İslami: 1416/1996)

----------------------------------

وهذا كلُّه يشهَد بأنَّ الروايةَ بإحدى عشرةَ ركعةً وهْمٌ وغلَطٌ ، وأنَّ الصحيحَ ثلاثٌ وعشرونَ وإحدى وعشرونَ ركعةً ، والله أعلم

وقد روى أبو شيْبةَ - واسمُه إبراهيمُ بنُ عُلَيّةَ بنِ عثمانَ - عن الحَكَمِ ، عن ابنِ عباسٍ :أنَّ رسولَ اللهِ - عليه السلام - كان يُصلِّي في رمضانَ عشرينَ ركعةً والوترَ

وليس أبو شيْبةَ بالقويِّ عندهم . ذكَره ابنُ أبي شيْبةَ ، عن يزيدَ بنِ رُومانَ ، عن أبي شيْبةَ إبراهيمَ بنِ عثمانَ

وروي عشرونَ ركعةً عن عليٍّ ، وشُتَيْرِ بنِ شَكَلٍ ، وابنِ أبي مُلَيْكَةَ ، والحارثِ الهَمْدانيِّ ، وأبي البَخْتَريِّ

وهو قولُ جمهورِ العلماءِ ، وبه قال الكوفيُّونَ ، والشافعيِّ ، وأكثرِ الفقهاءِ

وهو الصحيحُ عن أبي بنِ كعبٍ مِن غيرِ خلافٍ مِن الصحابةِ

وقال عطاءٌ : أدْركتُ الناسَ وهم يُصلُّون ثلاثًا وعشرينَ ركعةً بالوتْرِ

وكان الأسودُ بنُ يزيدَ يُصلِّي أربعينَ ركعةً ويُوتِر بسبْعٍ

وذكَر ابنُ القاسمِ ، عن مالكٍ : تسْعٌ وثلاثونَ ، والوترُ ثلاثٌ . وزعَم أنه الأمرُ القديمُ

وذكر ابنُ أبي شيْبةَ ، قال : حدّثنا عبدُ الرحمنِ بنُ مهْديِّ ، عن داودَ بنِ قيْسٍ ، قال: أدْركتُ الناسَ بالمدينةِ في زمنِ عمرَ بنِ عبدِ العزيزِ وأبانَ بنِ عثمانَ يُصلُّون ستًّا وثلاثينَ ركعةً ، ويُوتِرون بثلاثٍ

وقال الثوريُّ ، وأبو حنيفةَ ، والشافعيُّ ، وأحمدُ بنُ داودَ : قيامُ رمضانَ عشرونَ ركعةً سوى الوترِ , لا يُقام بأكثرَ منها استحبابًا

"Bütün bunlar "11 rükət" rəvayətinin vəhm və səhf və doğru rəvayətin "23 və 21 rükət" olduğunu göstərir. Allah daha gözəl bilir.

Əbu Şeybə - onun adı belədir: İbrahim bin Uleyyə bin Usman – Əl Hakəmdən o da İbn Abbasdan Rəsulullahın – aleyhissalam - Ramazanda 20 rükət və (əlavə olaraq) vitr qıldığını rəvayət etmişdir.

Əbu Şeybə onlara görə (hədisdə) güclü deyil.

Bunu İbn Əbi Şeybə, Yezid bin Ruman – Əbu Şeybə İbrahim bin Usman kanalıyla rəvayət etmişdir.

20 rükət qılınması Əli (bin Əbi Talib), Şuteyr bin Şəkəl, İbn Əbi Muleykə, Əl Haris Əl Həmdani və Əbul Bəxtəridən rəvayət edilmişdir.

Bu alimlərin cumhurunun görüşüdür. Kufəlilər (Əhlur Rəy), Şafi, və fəqihlərin əksəriyyəti bu görüşdədir.

Bu tətbiqat səhabə arasında hərhansı bir xilaf/etiraz olamadan Ubeyy bin Kabdan səhih olaraq rəvayət edilmişdir.

Ata demişdir: "İnsanların (səhabələrin) vitrlə bərabər 23 rükət qıldıqlarını gördüm".

Əl Əsvəd bin Yezid 40 rükət (təravih), 7 rükət də vitr qılardı.

İbnul Qasim, İmam Malikdən 39 rükət görüşünü nəql etmişdir. (Bundan) üçü vitrdir. İmam Malik bunun (səhabə zamanından tətbiq edilən) qədim bir tətbiqat olduğunu zən etmişdir.

İbn Əbi Şeybə - Abdur rahman bin Mehdi - Davud bin Qeys: "Ömər bin Abdil Aziz və Əbən bin Usman zamanında Mədinədə insanların 36 rəkət (təravih) və 3 rükət vitr qıldığını gördüm".

(Sufyan Əs) Səvri, Əbu Hənifə, Şafi, Əhməd bin Davud demişlər: Ramazandakı namaz (təravih) vitr xaric 20 rükətdir, müstəhəb olaraq bundan artıq qılınmaz."

(Qaynaq: İbn Abdil Bərr: Əl İstizkar: 5/156-157, Qahirə: 1414/1993)

------------------------------

واختلفوا في المختارِ مِن عَدَدِ الرَّكْعاتِ التي يَقوم بها الناسُ في رمضانَ , فاختارَ مالكٌ في أحدِ قولَيْه , وأبو حنيفةَ , والشافعيُ , وأحمدُ , وداودُ القيامَ بعشرينَ ركعةً سِوى الوتْرِ

وذكَر ابنُ القاسمِ عن مالكٍ أنه كان يستحْسِن ستًّا وثلاثينَ ركعةً والوتر ثلاثٌ

وسببُ اختلافِهم اختلافُ النقْلِ في ذلك . وذلك أنَّ مالكًا روى عن يزيدَ بنِ رُومانَ قال : كان الناسُ يَقومونَ في زمانِ عمرَ ابنِ الخطابِ بثلاثٍ وعشرينَ ركعةً

وخرَّج ابنُ أبي شيبةَ عن داودَ بنِ قيْسٍ قال : أدْركتُ الناسَ بالمدينة في زمانِ عمرَ بنِ عبدِ العزيزِ وأبانَ بنِ عثمانَ يصلُّون ستًّا وثلاثينَ ركْعةً ويُوتِرون بثلاثٍ

وذكَر ابنُ القاسمِ عن مالكٍ أنه الأمرُ القديمُ , يعني القيامَ بستٍ وثلاثينَ ركعةً

"İnsanların ramazanda qıldığı namazın (təravihin) rükətlərinin sayında muxtar/üstün görüşün nə olduğu haqda alimlər ixtilaf etmişlər.

İki görüşündən birində Malik, Əbu Hənifə, Şafi, Əhməd və Davud - vitr xaric - 20 rükət qılınacağı rəyinə üstünlük vermişlər.

İbnul Qasim, Malikin 36 rükət (təravih) və (əlavə olaraq) 3 rükət vitr qılınmasını uyğun gördüyünü rəvayət etmişdir.

Onların ixtilaf etməsinin səbəbi bu barədə müxtəlif rəvayətlərin olmasıdır.

Malik, Yezid bin Rumandan belə rəvayət etmişdir: "Ömər bin Əl Xattab zamanında insanlar 23 rükət (20 təravih, 3 vitr) qılardılar".

İbn Əbi Şeybə, Davud bin Qeysin belə dediyini rəvayət etmişdir: "Ömər bin Abdil Aziz və Əbən bin Usman zamanında Mədinədə insanların 36 rəkət (təravih) və 3 rükət vitr qıldığını gördüm".

İbnul Qasim, Malikin 36 rükət qılınma şəklinin qədim tətbiqat olduğunu söylədiyini rəvayət etmişdir."

(Qaynaq: İbn Ruşd: Bidayətul Muctəhid: 2/473, Darus Salam: 1416)

--------------------------------

فَرْعٌ في مذاهبِ العلماءِ في عَدَدِ ركْعاتِ التراويحِ

مذهبُنا أنها عشرونَ ركعةً بعشْرِ تسليماتٍ غيرُ الوترِ , وذلك خمسُ ترويحاتٍ , والترويحةُ أربعُ ركْعاتٍ بتسليمتينِ

هذا مذهبُنا , وبه قال أبو حنيفةَ وأصحابُه , وأحمدُ , وداودُ , وغيرُهم . ونقَله القاضيُّ عياضٌ عن جمهورِ العلماءِ , وحكي أن الأسْودَ بنَ يزيدَ كان يَقوم بأربعينَ ركعةً ويُوتِر بسبْعٍ

وقال مالكٌ : التراويحُ تسْعُ ترويحاتٍ , وهي ستةٌ وثلاثونَ ركعةً غيرُ الوترِ . واحتجَّ بأنَّ أهلَ المدينةِ يفعَلونها هكذا

وعن نافعٍ قال : أدْركتُ الناسَ وهم يَقومونَ رمضانَ بتسْعٍ وثلاثينَ ركعةً يُوتِرون منها بثلاثٍ

واحتجَّ أصحابُنا بما رواه البيهقيُّ وغيرُه بالإسنادِ الصحيحِ عن السائبِ بنِ يزيدَ الصحابيِّ - رضي الله عنه - قال : كانوا يقومونَ على عَهْدِ عمرَ بنِ الخطابِ - رضي الله عنه - في شهْرِ رمضانَ بعشرينَ ركعةً , وكانوا يقومونَ بِالمِئِينَ ، وكانوا يتوكَّؤونَ على عِصِيِّهِمْ في عَهْدِ عثمانَ مِن شِدَّةِ القيامِ

وعن يزيدَ بنِ رُومانَ قال : كان الناسُ يقومون في زمَنِ عمرَ بنِ الخطابِ - رضي الله عنه - بثلاثٍ وعشرينَ ركعةً

رواه مالكٌ في "الموَطَّأ" عن يزيدَ بنِ رُومانَ , ورواه البيهقيُّ , لكنَّه مُرْسَلٌ , فإنَّ يزيدَ بنَ رُومانَ لم يدرِكْ عمرَ

قال البيهقيُّ : يُجمَع بينَ الرَّوايتينِ بأنهم كانوا يَقومون بعشرينَ ركعةً ويُوتِرون بثلاثٍ

وروى البيهقيُّ عن عليِّ - رضي الله عنه - أيضًا قيامَ رمضانَ بعشرينَ ركعةً

وأما ما ذكَروه مِن فعْلِ أهلِ المدينةِ , فقال أصحابُنا : سبَبُه أنَّ أهلَ مكةَ كانوا يطُوفونَ بين كلِّ ترويحتينِ طوافًا , ويصلُّونَ ركعتينِ , ولا يطُوفون بعدَ الترويحةِ الخامسةِ , فأرادَ أهلُ المدينةِ مُساواتَهم , فجعَلوا مكانَ كلِّ طوافٍ أربعَ ركعاتٍ , فزادُوا ستَّ عشرةَ ركعةً وأوتَرُوا بثلاثٍ , فصارَ المجموعُ تسعًا وثلاثينِ

"Təravihin rükət sayı haqqında alimlərin görüşləri bölümü:

Məzhəbimizə (Şafilərə) görə təravih, vitr xaric 10 salamla (2 rükətdəndən bir) olmaq surətiylə 20 rükətdir. Bu 5 "tərviha" deməkdir. "Tərviha" 2 salamla 4 rükətdir.

Məzhəbimizin görüşü budur. Əbu Hənifə və əshabı, Əhməd, Davud və başqalarının görüşü də belədir.

Qazi İyad bunu alimlərin cumhurundan nəql etmişdir. Əl Əsvəd bin Yezidin 40 rükət təravih, 7 rükət vitr qıldığı rəvayət edilmişdir.

Malik demişdir: Təravih 9 "tərviha"dır, bu da vitr xaric 36 edər. Malik Mədinəlilərin belə etdiklərini dəlil olaraq gətirmişdir.

(Malikin digər dəlili isə budur) : Nafidən belə rəvayət edilmişdir: İnsanların Ramazanda 3 - ü vitr olmaq üzrə 39 rükət təravih qıldıqlarını gördüm.

Əshabımız (Şafilər) Beyhaqi və digərlərinin səhih isnadla səhabə olan Saib bin Yeziddən - Allah ondan razı olsun - rəvayət etdiyi bu hədisi dəlil gətirmişlər:

"Onlar (səhabələr) Ömər bin Əl Xattab - Allah ondan razı olsun - zamanında Ramazanda 20 rükət təravih qılardılar və bu namazda 200 ayə oxuyardılar.

Osman zamanında isə namazın ağırlığından/uzunluğundan dolayı əsalarına söykənərdilər."

Həmçinin Yezid bin Rumandan belə dediyi rəvayət edilmişdir:

"İnsanlar (səhabələr) Ömər bin Əl Xattab - Allah ondan razı olsun - zamanında 23 rükət təravih qılardılar".

Bunu Malik "Əl Muvatta" əsərində Yezid bin Rumandan rəvayət etmişdir. Bu hədisi Beyhaqidə rəvayət etmişdir. Lakin hədis mürsəldir. Çünki, Yezid bin Ruman Öməri görməmişdir.

Beyhaqi dedi: Bu iki rəvayət, onların 20 təravih 3 vitr qıldığı şəklində uzlaşdırılar/cəm edilər.

Beyhaqi həmçinin Əlidən - Allah ondan razı olsun - təravihin 20 rükət olduğunu rəvayət etmişdir.

Mədinəlilərin tətbiqatına gəlincə əshabımız (Şafilər) bunu belə açıqlayırlar: Onların belə etməsinin səbəbi budur ki, Məkkəlilər hər iki "tərviha" arasında bir tavaf edib, 2 rükət namaz qılırdılar. Beşinci "tərviha"dan sonra tavaf etmirdilər və Mədinəlilər də onlarla musəvi olmaq istəyirdilər.

Beləcə, hər tavaf yerinə 4 rükət qılırdılar və 16 rükət əlavə etmiş olurdular. Əlavə olaraq da 3 rükət vitr qılardılar ki, bu toplamda 39 rükət olardı."

(Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 3/527, Məktəbətul İrşad)

--------------------------------

وأما قدْرُها فعِشرونَ ركعةً في عَشْرِ تسليماتٍ ، في خمْسِ ترْويحاتٍ , كلُّ تسليمتينِ ترويحةٌ , وهذا قول عامّةِ العلماء

وقال مالكٌ في قولٍ : ستةٌ وثلاثونَ ركعةً ، وفي قولٍ ستةٌ وعِشرونَ ركعةً ، والصحيحُ قول العامةِ لما رُوي أن عُمرَ رضي الله عنه جمَع أصحابَ رسول الله صلى الله عليه وسلم في شهرِ رمضانَ على أبيِّ بنِ كعْبٍ , فصلَّى بهم في كلِّ ليلةٍ عشرينَ ركعةً ، ولم يُنكرْ أحدٌ عليه فيكونُ إجماعًا مِنهم على ذلك

"Təravihin sayına gəlincə 20 rükətdir. 10 salam (hər iki rükətdə bir), 5 tərvihayla qılınır. Hər iki salamla qılınan (4 rükət) bir tərvihadır.

Bu alimlərin əksəriyyətiin görüşüdür.

İmam Malik isə bir görüşündə təravihin 36, digər görüşündə isə 26 rükət olduğunu söyləmişdir.

Doğru olan əksəriyyətin görüşüdür. Çünki, rəvayət edilmişdir ki, Ömər - Allah ondan razı olsun - Ramazan ayında Rəsulullahın - sallallahu aleyhi və səlləm - əshabını Ubeyy bin Kabın arxasında toplamış, o da onlara hər gecə 20 rükət qıldırmışdır.

(Səhabədən) heç kim ona etiraz etməmiş və beləcə bu görüş onların icması olaraq formalaşmışdır."

(Qaynaq: Alauddin Əl Kəsəni: Bədəius Sanəi: 2/274-275, Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003)

--------------------------

أي عندَنا , وبه قال الشافعي وأحمدُ , ونقَله القاضي عياض عن جمهورِ العلماء

"Yəni: Bizə (Hənəfilərə) görə. İmam Şafi və Əhməd də bu görüşdədir. Qadi İyad bu görüşü alimlərin cumhurundan nəql etmişdir."

(Qaynaq: Fəxruddin Əz Zeyləi: Təbyinul Həqaiq: 1/178, Qahirə: Əl Mətbəatul Kubra: 1313)

--------------------------------

قوله وهي عشرونَ ركعةً : هو قولُ الجمهور , وعليه عمِل الناسُ شرقاً وغرباً , وعن مالكٍ ستٌ وثلاثونَ

"Haskəfi dedi: Təravih 20 rükətdir.

İbn Abidinin haşiyəsi: Bu cumhurun görüşüdür. Şərqdə və qərbdə insanlar/müsəlmanlar bu görüşlə əməl etmişlər. İmam Malikdən 36 rükət olduğu görüşü rəvayət edilmişdir."

(Qaynaq: İbn Abidin: Rəddul Muhtar aləd Durril Muxtar: 2/495, Daru Aləmil Kutub: 1423/2003)

-----------------------------------

وأما أكثرُ أهلِ العلم ، فعلى عشرينِ ركعةً , يُروى ذلك عن عمرَ وعليٍّ وغيرِهما مِن أصحاب النبي صلى الله عليه وسلم ، وهو قولُ الثوريِّ ، وابنِ المبارك ، والشافعيِّ ، وأصحابِ الرأي

قال الشافعي : وهكذا أدركتُ ببلدنا بمكةَ يصلُّون عشرينَ ركعةً

"Elm əhlinin əksəriyyəti təravihin 20 rükət olduğu görüşündədir. Bu görüş Ömərdən, Əlidən və Nəbinin – sallallahu aleyhi və səlləm – digər səhabələrindən rəvayət edilmişdir.

Bu həmçinin Səvri, İbnul Mubərək, Şafi və rəy əshabının (Kufə fəqihlərinin) görüşüdür.

İmam Şafi belə demişdir: Şəhərimiz Məkkədə onları beləcə 20 rükət qılan gördüm."

(Qaynaq: Əbu Muhəmməd Əl Bəğavi: Şərhus Sunnə: 4/123, Məktəbətul İsləmi: 1403/1983)

------------------------------

وأما عشرون ركعةً الآن إنما هو سنةُ الخلفاء الراشدين ، ويكون مرفوعاً حكماً وإن لم نجِد إسنادَه قوياً ، وفي التاتارخانيةِ سأل أبو يوسف أبا حنيفةَ : هل كان لعمرَ عهدٌ عن النبي - صلى الله عليه وسلم - حين قرَّر التراويحَ عشرينَ ركعةً وأعلَن بها ؟ قال أبو حنيفةَ : لم يكنْ عمرُ مبتدعاً , أي لا بدَّ مِن كوْنِ عشرينَ ركعةً مرفوعةً

"Günümüzdə təravihin 20 rükət olmasında gəlincə bu sadəcə rəşidi xəlifələrin sünnətidir və - güclü bir isnadına vaqif olmasaq belə - hökmən mərfudur (dolayısıyla Nəbinin sünnəti kimidir).

(Hənəfi kitablarından) "Ət Tətərxaniyyə"də deyilir: Əbu Yusuf İmam Əbu Hənifədən soruşdu:

- Ömər təravihi 20 rükət olaraq müəyyən etdikdə bunu Nəbinin – sallallahu aleyhi və səlləm – sözünə dayanaraqmı etmişdi?

- Əbu Hənifə: Ömər bidət çıxarmamışdı!

Yəni: 20 rükətin mərfu (Nəbidən duyulmuş) olması qaçınılmazdır."

(Qaynaq: Muhəmməd Ənvər Əl Kəşmiri: Əl Arfuş Şazi: 1/412, Hindistan: Muəssəsətud Duha)

--------------------------------

سئل الشيخ محمد بن عبد الوهاب ، رحمه الله : عن عدد التراويح ؟

فأجاب : الذي استحب أن تكون عشرين ركعة

“Şeyx Muhəmməd bin Abdil Vəhhaba təravih namazının rükət sayısı soruşuldu. O belə cavab verdi: Müstəhəb olan təravihin 20 rükət olmasıdır.”

(Qaynaq: İbnul Qasim Ən Nəcdi: Əd Durərus Səniyyə: 4/363, 1417/1996)

Əlavələr, ehlitevhid.com saytından alınmışdır.

Read 32 times
In order to make a comment, please login or register