Təravih namazı neçə rükətdir? Dörd haqq məzhəbin (Hənəfi, Şafei, Maliki, Hənbəli ) bu haqda görüşləri nədir?

Əbu Zərr əl-Qifari (رضي الله عنه) -dən belə rəvayət edilir:

Biz Allah Rəsulu ilə bərabər bir Ramazan (ayı boyunca) oruc tutduq. (Ramazan ayından) 7 gecə qalıncaya qədər heç bir gecəsində bizə təravih qıldırmadı (vəya) gecəni ihya etdirmədi.

(Ay sonundan başına doğru) 7 gecə olunca, təxminən gecənin 1/3-i keçincəyə qədər bizə təravih qıldırdı. (Vəya gecənin o qismini ihya etdirdi).

Sonra o gecəni izləyən (axırdan) altıncı gecə oldu. (Amma) onda təravih qıldırmadı.

Nəhayət, (sondan) beşinci gecə oldu. (Ondan) təxminən gecənin yarısı keçincəyə qədər bizə təravih qıldırdı.

Mən:

Ey Allahın elçisi! Bu gecəmizin qalan qismini də ihya etməyimizi buyurmağınızı arzu edirik.' dedim. Buyurdu ki:

Şübhəsiz, imam namazdan dönüncəyə qədər onunla bərabər (işanın fərzini və) təravihi qılan kimsənin bu ibadəti, bir gecəni bütünü ilə ihya etməyə bərabər olur.

Sonra o gecəni izləyən (sondan) dördüncü gecə oldu, təravih qıldırmadı. Nəhayət, onu izləyən (sondan) üçüncü gecə oldu. O, zövcələrini və yaxınlarını topladı. Camaat da toplandı.

Əbu Zərr (رضي الله عنه) deyir ki, Peyğəmbər ( ﷺ ) o gecə, bizə qıldırdığı təravihi o qədər uzatdı ki, biz sahur yeməyini qaçıracağımızdan qorxduq.

Deyildi ki: 'Fəlah nədir?'

Əbu Zərr (رضي الله عنه): Fəlah, sahur yeməyini yeməkdir:-deyə cavab verdi.

Əbu Zərr (رضي الله عنه) deyir ki: O gecədən sonra, Peyğəmbərimiz ( ﷺ ) , Ramazan ayının qalan 2 gecəsində bizə təravih namazından heç bir şey qıldırmadı.[1]

------------------

Tirmizi ( رحمه الله) , Əbu Davud ( رحمه الله) , Nəsai ( رحمه الله) , Tahavi ( رحمه الله) , Hakim ( رحمه الله) və Beyhaqi ( رحمه الله) də bunu rəvayət etmişlərdir. Tirmizi ( رحمه الله) və Hakim ( رحمه الله) bunun səhih olduğunu da qeyd edirlər.

Ərəblər günləri hesablarkən ay sonunu əsas alırlar. Onun üçündür ki, Əbu Zərr ( رحمه الله) Ramazan ayının son 7 gecəsinin ilkinə yeddinci, ikincisinə altıncı, üçüncüsünə beşinci... demişdir.

Ərəbi aylar bəzən 29, bəzən 30 gün olduğu bilinməktədir. 28 vəya 31 olması ehtimalı yoxdur. Çünki ərəbi aylar, ayın yenilənməsi əsasına bağlıdır. Belə olduğu halda, hər ayın 29 günü doldurması qətidir. Otuzuncu gün şübhəlidir. Şübhəli günü hesaba qatmamaq gərəkdiyi üçün Əbu Zərr ( رحمه الله) in dediyi

• yeddinci gecə- Ramazan ayının 23-cü gecəsi,

• altıncı gecə-Ramazanın 24-cü gecəsi,

• beşinci gecə-Ramazanın 25-ci gecəsi,

• üçüncü gecə- Ramazanın 27-ci gecəsi və

• qalan gecələr Ramazanın 28 və 29-gecələri olmuş olur.

Hal belə olduğunda, bu hədis, Peyğəmbərin ( ﷺ ) Ramazan ayının yalnız 23, 25 və 27-ci gecələrində təravih namazını qıldırdığına və ya bu gecələri camaatla ihya etdirdiyinə, ibadəti Ramazanın 23-cü gecəsi, gecənin 1/3-inə, 25-ci gecənin yarısına və 27-ci gecəsi şəfəqə yaxın bir zamana qədər uzatdığına dəlalət edər.

Ramazanın 27-ci gecəsi Peyğəmbər ( ﷺ ) hörmətli zövcələrini və yaxınlarını da təravih namazı üçün toplamışdır. Böyük bir camaata təravih qıldırmışdır.

Əbu Zərr (رضي الله عنه) 25-ci gecənin tamamını ihya etmək arzusunu Peyğəmbər ( ﷺ ) ə ərz etmiş, Peyğəmbərimiz də işa və təravih namazlarını imamla bərabər qılan bir kimsənin savabının o gecənin bütününü ihya edənin savabına bərabər olduğunu müjdələmişdir.

Hədisin: ---"من قام مع الإمام حتى ينصرف"---

cümləsinin mənası budur.

Yalnız işa namazını imamla bərabər qılanın savabı isə, yarım gecənin ihyasına bərabər olur. Çünki Muslim ( رحمه الله) , Malik ( رحمه الله) , Tirmizi ( رحمه الله) və Əbu Davud ( رحمه الله)-un Osman b. Affan (رضي الله عنه) dan rəvayət etdikləri bir hədisdə, Peyğəmbər ( ﷺ ) belə buyurmuşdur:

---"من صلى العشاء مع الجماعة كام كقيام نصف ليلة ومن صلى العشاء والفجر في جماعة كان كقيام ليلة"---

"Kim işa namazını camaatla qılsa, gecənin yarısını ibadətlə ihya etmiş kimi olur.

Kim işa və sabah namazlarını camaatla qılsa, bir gecəni ibadətlə ihya etmiş kimi olur."

-----------------------

Fəlah: Qurtuluş, xoşbəxtlik, zəfərə qovuşmaq, davamlı qalmaq və sahur yeməyini yemək kimi fərqli mənalara gəlir. Burda son mənanın qəsd edildiyi, Əbu Zərr (رضي الله عنه) tərəfindən ifadə edilmişdir.

Suhur: Sahur yeməyini yeməkdir.
Sahur: Sahur vaxtında yeyilən yeməklər və içilən içəcəklərdir.

--------------------

Əl-Mənhəl əsərinin müəllifi belə deyir:

"Təravih namazının məsciddə camaatla qılınmasının evdə qılınmasından daha fəzilətli olduğuna hökm edən cumhur, bu hədisi dəlil göstərmişlərdir. Bu hədis, Nəsai ( رحمه الله) və Taberani ( رحمه الله) nin Zeyd b. Sabit (رضي الله عنه) dan rəvayət etdikləri:

---"أفضل الصلاة صلاة المرء في بيته إلا المكتوبة"---

Fərz namaz xaric, ən fəzilətli namaz, adamın öz evində qıldığı namazdır.

hədisinin hökmünü xüsusiləşdirmişdir. Yəni təravih namazı da fərz namaz kimi bu hədisdən istisna edilmişdir.

Hədis, Peyğəmbər ( ﷺ ) in təravih namazını müəyyən aralarla 3 gecə qıldırdığını ifadə edər.

Cumhurun bir dəlili də, Hz.Ömər (رضي الله عنه) ın digər səhabələrin və onlardan sonra gələnlərin təravih namazını məscidlərdə və camaatla qılmalarıdır.

Imam Malik ( رحمه الله) , Imam Əbu Yusuf ( رحمه الله) , Şafeilər'in bir qismi və digər bəzi alimlər Zeyd (radiyallahu anh)'ın yuxarıdakı hədisini dəlil göstərərək, təravih namazını evdə tək başına qılmanın daha fəzilətli olduğuna hökm etmişlərdir.

Imam Tahavi ( رحمه الله) , bu qövlü: Ibn-i Ömər, İbrahim ən-Nəxai ( رحمه الله) , İshaq b. Suveyd ( رحمه الله) , Urvə ( رحمه الله) , Said b. Cubeyr ( رحمه الله) , Qasım ( رحمه الله) , Səlim ( رحمه الله) , Nafi ( رحمه الله) və başqalarından nəql edərək, belə deyir:

Bu şəxslərin hamısı, Ramazan ayında evdə qılmağı, imamla qılmaqdan daha uyğun görmüşlərdir. Doğrusu da, budur.

Cumhur isə, yuxarıda toxunduğumuz kimi, Zeyd (رضي الله عنه) ın hədisini bayram namazı kimi camaatla qılınması məşru qılınan sünnətlərdən başqa, nafilələrə təhsis etmişdir (xas qılmışdır). Çünki Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) təravih namazımı Məsciddə camaatla qıldığı sabitdir.

-----------------------

Təravih namazı neçə rükətdir?

Təravih namazının rükət sayısı xüsusunda alimlər arasında ixtilaf vardır. Əl-Mənhəl əsərinin müəllifi bu ixtilafı və hər grupun dəlillərini zikr etmişdir.

HənəfiŞafiiHənbəli alimləri; Malik ( رحمه الله) və Davud ( رحمه الله) un məşhur qövlünə; və bir çox alimə görə, onlar təravih namazının 20 rükət olduğuna hökm etmişlərdir.

Hər 2 rükətin sonunda salam verilməli və hər 4 rükətdən sonra qısa bir istirahət üçün oturulmalıdır. Bu istirahətlər səbəbi ilə, bu namaza təravih ismi verilmişdir.

Çünki təravih kəliməsi, 'tərviha'nın cəm halıdır. Tərviha isə: rahatlamaq deməkdir. Çünki bunun arxasında istirahət üçün bir az oturulur.

Bu grupun dəlillərindən biri, Beyhaqi ( رحمه الله) nin səhih bir isnadla əs-Saib b. Yezid (رضي الله عنه) dan rəvayət etdiği bu xəbərdir:

"Səhabələr, Hz.Ömər (رضي الله عنه) , Hz.Osman (رضي الله عنه) və Hz.Əli (رضي الله عنه) dövrlərində, təravih namazını 20 rükət olaraq qılarlardı."

İmam Tirmizi ( رحمه الله) belə deyir:

"Alimlərin əksərisi, təravih namazının 20 rükət olduğuna dair Hz Ömər (رضي الله عنه) , Hz.Əli (رضي الله عنه) və başqa səhabələrdən rəavətlər üzərində qərar qılmışlardır."

Təravih namazının 8, 10, 16, 24, 34, 36 və 40 rükət olduğuna dair görüşlər də vardır.

İbni Abdi'l-Bərr ( رحمه الله) belə izah gətirir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən təravih namazının rükət sayısı haqqında bir hüdud varid olmamışdır.

Peyğəmbər ( ﷺ ) , Əbu Bəkr (رضي الله عنه) zamanındaÖmər (رضي الله عنه) in xilafət dövrünün ilk zamanlarında 8 və 10 rükət qılındığına dair rəvayətlə əməl etmək fəzilətlidir.

• Bundan sonra fəzilətli olanı- Hz. Ömər (رضي الله عنه) ,Hz. Osman (رضي الله عنه) və Hz.Əli (رضي الله عنه) nin zamanlarında tətbiq edilən 20 rükət olaraq qılmaqdır. Çünki Peyğəmbər ( ﷺ ) Rəşidi xəlifələrin sünnətinə möhkəm sarılmağı əmr etmişdir."

Təravih namazı digər namazlardan fərqsiz olduğu üçün namazın sünnətlərini və ədəbini zədələyici bir sürətlə qılınmamalıdır.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu iqamətu's-Sala: Ramazan ayı qıyamı (=təravihlə ihyası) haqqınd gələn hədislər babı, hədis no: 1327

Read 10 times
In order to make a comment, please login or register