Təsbehlə zikr etmək olarmı?

 

1. Tirmizi, Hakim və Taberani, Safiyyə (radiyallahu anha)'dan belə dediyini rəvayət edirlər:

"Allah Rəsulu (sallallahu aleyhi və səlləm), yanıma girdi, qarşımda təsbeh çəkməkdə olduğum 4000 xurma çəyirdəyi vardı. O:

'Bunlar nədir, ey Huyeyn'in qızı?' dedi.

Mən:

'Onlarla təsbih edirəm.' dedim.

O:

'Sənin baş ucunda durduğumdan bəri, bunlardan daha çox təsbih etdim.' buyurdu.

Mən:

'(Onu) mənə (də) öyrət, ey Allahın Rəsulu!' dedim.

O:

'Subhanallahi ədədə mə xalqa min şəy': 'Allahı yaratdığı şeylər ədədincə təsbih edirəm.' buyurdu.

Hədis, səhihdir.

(Tirmizi, hədis no: 3563; Hakim, Müstədrək, 1/547)

Nəbi (sallallahu aleyhi və səlləm), daşlarla təsbeh çəkməyi görməsinə baxmayaraq qadağan etmədiyinə görə, onlarla da təsbih çəkilə biləcəyinə dair bir təqrir-i sünnət mövcud olmaqdadır.

------------------

2. Əbu Davud, Tirmizi, Nəsai, ibn Hibban və Hakim'in, Sə'd b. əbi Vaqqas (radiyallahu anh)'dan etdikləri rəvayət:

"Sə'd və Nəbi (sallallahu aleyhi və səlləm), bir qadının yanına girdilər. Qadının önündə də xurma çəyirdəkləri və ya kiçik daşlar vardı. Onlarla təsbih edirdi. Bunun üzərinə Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

'Bundan daha asan və ya (ravinin tərəddüdü) daha əfdal olanı sənə xəbər verim mi?' buyurdu..."

(Not: Tirmizi, bu hədisin həsən; Hakim də, səhih olduğunu söyləmişdir.)

(Əbu Davud, Sünən: 1500, Tirmizi: 3577, ibn Hibban, Səhih: 837; və Hakim, Müstədrək, l, 548)

--------------------

3. Əhməd b. Hənbəl, "Kitabü'z-Zühd"ündə, Yunus b. Ubeyd'dən, anasının belə dediyini rəvayət edir:

"Əbu Safiyyə'ni -ki, o, Allah Rəsulunun əshabından idi və qonşumuz idi- kiçik daşlarla təsbih edərdi."

------------------

4. Qasım b. Abdurrahman'dan rəvayət edildiyinə görə, Əbu Dərda (radiyallahu anh)'ın, içərisində təxminən 10 ədəd xurma çəyirdəyi olan bir kisəsi (torbası) vardı. Sabah namazını qıldıqdan sonra, yatağının üzərinə oturar və onları tək-tək kisədən çıxardaraq, təsbih edərdi. Hamısını çıxardıqdan sonra, təkrar əli ilə təsbih edərək tək-tək onları kisəyə qoyardı. Bu halı, ümmü Dərda gəlib:

"Ey Əbu Dərda, yeməyin hazırdır." deyincəyə qədər davam edərdi və çox vaxt da, o:

"Süfrəni qaldırın, mən bu gün orucam." deyərdi.

(İmam Əhməd, Kitabü'z-Zühd, Səhabənin zühdünə dair rəvayətlər: "Əbu Dərda'nın zühdü ilə bağlı xəbərlər", 757-ci rəvayət)

------------------

Read 5 times
In order to make a comment, please login or register