Təşriq təkbirləri haqqında məlumat verərsinizmi?
Təşriq təkbirləri Ərəfə gününün sübh namazı ilə başlayır. Nə zaman bitəcəyinə gəlincə, Hənəfi məzhəbinin imamları bu məsələdə iki görüş üzərə ixtilaf etmişlər.
BİRİNCİ GÖRÜŞƏ GÖRƏ, təkbirlər kəsim gününün əsr namazına qədər (əsr namazı da daxil) davam edər. Bu İmam Əbu Hənifə (رضي الله عنه)'nin görüşüdür. Səhabədən Abdullah İbn Məs`ud (رضي الله عنه) da bu görüşdə olmuşdur.
İKİNCİ GÖRÜŞƏ GÖRƏ isə, təkbirlər, son təşriq gününün əsr namazına qədər(əsr namazı da daxil) davam edər. Bu görüş İmam Əbu Yusif ( رحمه الله)'lə İmam Məhəmməd ( رحمه الله)'in görüşüdür. Səhabədən Əli ibn Əbu Talib (رضي الله عنه) da bu görüşdə olmuşdur. Həmçinin Ömərdən (رضي الله عنه) gələn bir görüşdə məhz bu cürdür.
Bu barədə İmam Muhəmmədin «əl-Əsl» kitabında belə keçir:«Mən (Əbu Süleyman əl-Cuzcani, İmam Məhəmmədə bu cür) dedim:- Təşriq günlərinin təkbiri nə zamandır və bu təkbirlər nə cür edilər?Nə zaman başlayar və nə zaman bitər?
(İmam Məhəmməd) belə cavab verdi:
- İbn Məs`ud o təkbirlərə Ərəfə gününün sübh namazından başlar və ilk kəsim gününün əsr namazına qədər (əsr namazı da daxil) davam edərdi. Əli ibn ƏbuTalib (رضي الله عنه) isə, Ərəfə gününün sübh namazından başlar son təşriq gününün əsr namazına qədər (əsr namazı da daxil) davam edərdi. Bu görüşlərin hər ikisi gözəldir.
(Əbu Süleyman əl Cuzcani belə davam edir:) Əbu Hənifə (رضي الله عنه) , Abdullah İbn Məs`ud (رضي الله عنه)'un görüşünü almışdır. O, Ərəfə gününün sübh namazından təkbirə başlayar və ilk kəsim gününün əsr namazına qədər davam edərdi. Ondan sonra təkbir gətirməzdi. Əbu Yusif ( رحمه الله)'lə Məhəmməd ( رحمه الله) isə Əli ibn Əbu Talib (رضي الله عنه)'in görüşünü mənimsəmişlər.»[5]
Hənəfi məzhəbinə görə fətvada əsas alınan görüş ikinci görüş də məhz ikinci görüşdür.
Təşriq təkbirləri fərz namazından dərhal sonra gətirilməlidir. Namazdan sonra namaza müxalif hallar baş verərsə təkbir gətirilməz. Misal üçün birisi namaz bitdikdən sonra qəhqəhə çəkər, istər bilərəkdən istərsə də səhvən danışar, dəstəmazını qəsdən pozar və məsciddən çıxarsa təkbir gətirməz. Lakin dəstəmazını tuta bilməz və yaxud üzünü qiblədən çevirsə də məsciddən çıxmazsa təkbir gətirər.
-----------------------------------------------------------------------------------------------------
2️⃣. TƏŞRİQ TƏKBİRLƏRİNİN ŞƏKLİ.
Təşriq təkbirləri bu cürdür: « ALLAHU ƏKBƏR, ALLAHU ƏKBƏR, LƏ İLAHƏ İLLƏLLAH. ALLAHU ƏKBƏR, ALLAHU ƏKBƏR, VƏ LİLLƏHİ-L-HƏMD.»
Bu Abdullah İbn Məs`ud (رضي الله عنه)'dan və Əli ibn Əbu Talib (رضي الله عنه)'dən gəlmişdir.
İmam Muhəmmədin «əl-Əsl»kitabında belə keçir:
«Mən (Əbu Süleyman əl-Cuzcani, İmam Məhəmmədə belə) dedim:
- Təşriq təkbirləri nə cür edilər?
(İmam Muhəmməd) belə cavab verdi:
- İmam salam verdikdən sonra belə deyər: «Allahu Əkbər Allahu Əkbər,lə iləhə illəllah, Allahu Əkbər Allahu Əkbər və lilləhi-l-həmd.» Bu bizə Əli ibn Əbu Talib (رضي الله عنه)'dən və Abdullah İbn Məs`ud (رضي الله عنه)'dan gəlmişdir.»[6]
-----------------------------------------------------------------------------
3️⃣.QƏZAYA DÜŞƏN BİR NAMAZIN TƏŞRİQ TƏKBİRLƏRİ QƏZA EDİRLƏRMİ?
Bu məsələdə dörd hal ola bilər:
1. Qəzaya düşən namaz təşriq günlərinin namazıdır və namazın qəzası da məhz həmin ilin təşriq günlərində qılınır.
2. Qəzaya düşən namaz təşriq günlərinin namazıdır, lakin namazın qəzası sonrakı illərin təşriq günlərində qılınır.
3. Qəzaya düşən namaz təşriq günlərinin namazıdır, lakin namazın qəzası başqa gün qılınır.
4. Qəzaya düşən namaz təşriq günlərinin namazı deyil, lakin qəzası təşriq günüdə qılınır.
'Bu dörd haldan yalnız birinci halda təşriq təkbirləri qəza edilər._
[5] İmam Məhəmməd, «əl-Əsl», c.1, səh. 384-385.
[6] İmam Məhəmməd, «əl-Əsl», c. 1, səh. 385.
- Təşriq təkbirləri haqqında məlumat verərsinizmi?
- Osmanı xəlifə məqamına Ömərmi təyin etmişdir?
- Dörd haqq məzhəbdə (Hənəfi, Şafei,Maliki, Hənbəli) Şəvval orucunu tutmaq müstəhəbdirmi?
- Osmanın Uhud və Bədr döyüşlərindən qaçması və ağac altında beyət etməməsi doğrudurmu?
- Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.- hədisinin anlamı nədir?
- Hər ayın 13, 14 və 15-ci günü oruc tutmaq müstəhəbmidir?
- Təravih namazı neçə rükətdir? Dörd haqq məzhəbin (Hənəfi, Şafei, Maliki, Hənbəli) bu haqda görüşləri nədir?
- Davud peyğəmbərin orucu haqqında məlumat verərsinizmi?
- Ramazan orucundan bir və ya iki gün öncə oruc tutmaq caizmi?
- Allahın varlığına əqli dəlillər verə bilərsinizmi?