Təşriq təkbirləri haqqında məlumat verərsinizmi?
1️⃣. TƏŞRİQ GÜNLƏRİ VƏ TƏŞRİQ TƏKBİRLƏRİ NƏDİR?
Təşriq günləri qurban kəsimi günündən sonra gələn üç gün, yə`ni Zülhiccə ayının 11-i, 12-si və 13-ü günləridir. İmam Əbu Yusif, İmam Əbu Hənifədən, o da Həmmaddan, o da İbrahim ən-Nəxaidən belə dediyini rəvayət edir: «Qurban bayramı üç gündür. Kəsim günü (ilk gün), və ondan sonra gələn iki gün.[1] Təşriq günləri isə kəsim günündən sonrakı üç gündür”.[2]
Lakin təşriq günləri sadəcə bu günlər sayılsa da «Təşriq təkbirləri» deyildikdə, Ərəfə günündə və kəsim günlərində edilən təkbirlər qəsd edilir.
-------------------------------------------------------------------------------
2️⃣. TƏŞRİQ TƏKBİRLƏRİNİN HÖKMÜ.
Həm İmam Əbu Hənifə (رضي الله عنه)'ə, həm İmam Əbu Yusif ( رحمه الله)'ə, həm də İmam Məhəmməd ( رحمه الله)'ə görə təşriq təkbirlərini bir dəfə etmək vacibdir. Uca Allah Qurani Kərimdə buyurur: «Sayı bəlli olan günlərdə Allahı zikr edin.»[3]
Bir çox müfəssirə görə bu ayədə keçən «sayı bəlli olan günlər» sözü ilə təşriqtəkbirləri qəsd olunur.
Bu təkbirlərin bir dəfə vacib olması yönündə imamlarımız ittifaq etsələrdə, kimlərə vacib olması yönündə İmam Əbu Hənifə (رضي الله عنه) ilə iki tələbəsi (İmam ƏbuYusif və İmam Məhəmməd) arasında ixtilaf var. İmam Əbu Hənifəy (رضي الله عنه)'ə görə bu təkbirlərin vacib olması üçün aşağıdakı şərtlər yerində olmalıdır:
• Namaz qılan kişi olmalıdır. Qadına vacib deyil.
• Namaz qılan azad olmalıdır.
• Namaz qılan ağıl sahibi olmalıdır. Uşağa yaxud dəliyə vacib deyil.
• Namaz qılan muqim[4] olmalıdır. Müsafirə vacib deyil.
• Namaz qılan şəhər sakini olmalıdır. Kənd sakinlərinə vacib deyil.
• Qılınan namaz fərz namazı olmalıdır.
• Qılınan namaz camaat namazı olmalıdır.
Bu şərtləri özündə cəm edən bir imama uyan digərləri, bu şərtlərə cavabverməsələr də imama uyduqları üçün onların da təkbir gətirməsi vacibdir.Həmçinin unutmamaq lazımdır ki, imam təkbir gətirməyi unutsa belə camaat təkbir gətirməlidir.
Müsafirlər şəhərdə camaat namazı qılarlar və imamları da müsafir olarsa,İmam Həsən ibn Ziyadın İmam Əbu Hənifədən rəvayət etdiyi görüşə görə onlarada təkbir vacibdir. Lakin məzhəb içində ən səhih olan görüş budur ki,onlara təkbir gətirmək vacib deyil.İmam Əbu Yusiflə İmam Məhəmmədə görə isə fərz namazı qılan hər kəsə bu təkbirlər vacibdir. Bu görüşə görə namaz qılanın qadın, müsafir, yaxud kənd sakini olması, eləcə də tək başına namaz qılması təkbirin vacib olmasına təsir etməz. Burada əsas me`yar qılınan namazın fərz namazı olmasıdır. Bugörüş həmçinin İmam İbrahim ən-Nəxai ( رحمه الله)'nin görüşüdür və məzhəb içində fətvada əsas alınan görüş də məhz bu görüşdür.
[1] Yə`ni Zülhiccənin 10, 11, 12 günü.
[2] Əbu Yusif, «əl-Əsar», rəvayət № 306.
[3] əl-Bəqərə surəsi: 203.
[4] Səfər məsafəsini keçməyən, olduğu yerin sakini.
- Təşriq təkbirləri haqqında məlumat verərsinizmi?
- Təravih namazı neçə rükətdir? Dörd haqq məzhəbin (Hənəfi, Şafei, Maliki, Hənbəli) bu haqda görüşləri nədir?
- Kim inanaraq və sırf Allah razılığını diləyərək Ramazan orucu tutar və iqamə edərsə, onun keçmiş günahları bağışlanar- hədisinin anlamı nədir?
- Kim inanaraq və sırf Allah razılığını diləyərək Ramazan orucu tutar və iqamə edərsə, onun keçmiş günahları bağışlanar- hədisinin anlamı nədir?
- Qurban haqqında məlumat verərsinizmi?
- əbu Hənifə haqqında alimlərin görüşləri nələrdir?
- Dörd xəlifədən birinin bir görüşü, digər hər hansı bir səhabənin görüşünə tərcih edilər mi? Hz Ömərin Təravih namazını 20 rükət qılmasına səhabələrin münasibəti necə olub?
- Yalan danışmaq orucu pozurmu?
- Fitrə zəkatı hansı qidalardan çıxarılır? Fitrə zəkatını pul ilə vermək caizmi?
- Ramazanın hansı gecələri daha fəzilətlidir?