Təvəkülə dairdir-3

Xalidin oğulları Habbə və Səba (radiyallahu anhuma)'dan belə rəvayət edilir:

Nəbi (sallallahu aleyhi və səlləm) bir şey təmir edərkən yanına girdik. Biz də ona (o işdə) kömək etdik. (Sonra) bizə belə buyurdu:

"Başlarınız hərəkət etdiyi (yəni yaşadığınız) müddətcə, ruzidən ümidsiz olmayın. Çünki şübhəsiz insanı anası libassız və qırmızı olaraq doğar. Sonra Allah (azzə və cəllə) onu ruziləndirər."

Not:

"Zəvaid" də belə deyilmişdir:

"Bunun sənədi səhihdir. Ravi Səllam b. Şurahbil'i, ibn Hibban siqa ravilər arasında zikr etmişdir. Mən, onun haqqında danışan kimsə görmədim. Sənədin qalan raviləri güvənilən şəxslərdir."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Təvəkkül və yəqin (yəni hər şeyin ancaq Allahdan olduğuna qəti olaraq inanmaq) babı", hədis no: 4165

----------------------

İzahı:

Hədisdə keçən "qişr" kəliməsi "libas" mənasında tərcümə edilə bildiyi kimi, "qabıq" mənasında da tərcümə edilə bilər.

Yəni uşaq doğulduğunda, çılpaq olaraq doğar, sonra Allah ona libas verər.

"Qişr", qabıq mənasında tərcümə edildiyi halda, məna belə olur:

"Uşaq doğulduğunda, dərisi çox zəif olduğu üçün, dərisiz ət parçası kimidir. Sonra Allah qabığını, yəni dərisini qüvvətləndirər."

Read 2 times
In order to make a comment, please login or register