Təvazö haqqında

4176- əbu Səid (əl-Xudri) radiyallahu anh'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim Allah subhənəhu üçün bir dərəcə təvazö göstərərsə (yəni alçaq könüllülük edərsə), Allah o kimsəni buna müqabil olaraq bir dərəcə yüksəldər.

Kim Allah (rizası) xilafına bir dərəcə kibirlənərsə, Allah bu kimsəni kibirlənməsinə qarşılıq olaraq bir dərəcə alçaldar, ki, nəhayət onu aşağıların ən aşağısında qılar."

Not: "Zəvaid"də belə deyilmişdir:

"Bunun sənədi zəifdir. Ravi Dərrac b. Səm'an əbu's-Səmh əl-Mısri'ni, ibn Muin siqa saymış isə də, əbu Davud və başqası onun əbu'l-Heysəm'dən olan rəvayəti xaricində qalan rəvayətlərinin doğru olduğunu söyləmişdir.

İbn Adi də:

'Dərrac'ın bütün hədisləri, başqa rəvayətlərlə təyid edilən hədislərdəndir.' demişdir.

Əbu Xatəm, Nəsai və Daraqutni də, onu zəif saymışlardır."

-----------------------

4177- Ənəs b. Malik (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Mədinə xalqından bir cariyə (yaşlı qadın), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əlindən tutar və öz ehtiyacını ortadan qaldırmaq üçün, Mədinə'nin hər hansı bir səmtinə götürüncəyə qədər, Allah rəsulu (sallallahu aleyhi və səlləm, (yaşlı) qadının əlini buraxmazdı (yəni bu dərəcə üstün təvazö göstərərdi)."

Not: "Zəvaid"də belə deyilmişdir:

"Bunun sənədində Əli b. Zeyd b. Cəd'an vardır. Bu ravi, zəifdir."

-----------------------

4178- Ənəs b. Malik (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm):

• xəstəni ziyarət edər;

• cənazəni izləyər;

• nökərin dəvətinə icabət edər;

• uzun qulağa minərdi.

O, Qüreyza və Nadir (döyüşü) günü, bir uzun qulaq üzərində idi. Xeybər (döyüşü) günü də, burnuna xurma yarpağından düzəldilmiş bir cilov asılı olan uzun qulaq üzərində idi və altında xurma yarpaqlarından hazırlanmış (yəni sərt) bir yəhər var idi."

-----------------------

4179- İyad b. Himər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə:

Allah rəsulu (salllallahu aleyhi və səlləm) onlara xitab edərək belə buyurmuşdu:

"Allah (azzə və cəllə):

'Bir birinizə qarşı alçaq könüllülük edin, ta ki, heç kim, heç kimsəyə qarşı üstünlük göstərməsin.'

diyə Mənə vəhy etdi."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Kibirdən uzaq durmaq və təvazö (alçaq könüllü olmaq) babı")

-----------------------

İzahı:

 

4178 no-lu Ənəs (radiyallahu anh) hədisini Tirmizi də rəvayət edərək, ravi Muslim əl-Ə'var'ın zəif olduğunu bildirmişdir. Bu hədisdə keçən bəzi kəlimələri açıqlayaq:

• Rəsən: cilov;

• Lif: xurma yarpağı;

• İkaf: yəhər deməkdir.

Hədisdə bəhs edilən:

• Qüreyza döyüşü, hicrətin 5-ci ili;

• Nadir döyüşü, hicrətin 4-cü ili; və

• Xeybər döyüşü, hicrətin 7-ci ili baş vermişdir.

Bu döyüş, Müsəlmanlarla yəhudilər arasında baş vermiş və nəticədə Müsəlmanlar qalib gəlmişdilər.

----------------------

Hədisdən çıxan hökmlər:

• Xəstəni ziyarət etmək;

• Cənazəyə qatılmaq;

• Dəvətə icabət etmək; və

• Uzun qulağa minmək sünnətdir.

Bunların hamısı, tövazöyə gözəl nümunələrdir.

Bir nöqtəni açıqlamaqda fayda vardır:

Bilindiyi kimi, qul olan birinin, mülkiyyət və mal sahibi olmaq səlahiyyəti yoxdur. Bütün qazancı, sahibinə aiddir. Bu etibarla, sahibinin icazəsi olmadan, nə qazancından, nə də sahibinin malından kimsəyə ehsan edə, yedirə və içirə bilməz. Lakin sahibi, özünə bu icazəni verdiyi təqdirdə, icazə çərçivəsi daxilində, təsərrüf edə bilər.

Bu səbəblə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dəvətinə icabət etdiyi qul, səlahiyyətli və məz'un (iznli) olan quldur. Yəni sahibi özünə bu dəvət üçün, icazə vermişdir. İmam Sindi, hədisin bu hissəsini belə açıqlamışdır.

------------------

4179 no-lu İyad b. Himər (radiyallahu anh) hədisini, əbu Davud, "Ədəb kitabı"nda "Təvazö" haqqında açdığı bir babda rəvayət etmişdir.

Bu hədisdə keçən "fəxr" kəliməsi: "əzəmət" və "kibir" iddiasında olmaq deməkdir.

Read 2 times
In order to make a comment, please login or register