Taha surəsi 39-cu ayətin təfsiri
أَنِ ٱقْذِفِيهِ فِى ٱلتَّابُوتِ فَٱقْذِفِيهِ فِى ٱلْيَمِّ فَلْيُلْقِهِ ٱلْيَمُّ بِٱلسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّى وَعَدُوٌّ لَّهُۥ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّى وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِىٓ
"Onu bir sandığa qoyub çaya burax ki, çay, onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi, onu götürsün. Gözümün önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım." (Taha/39)
----------------------------
Təfsiri:
...وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِىٓ
"...Və li tusnəa alə ayni = Gözümün önündə boya-başa çatdırılasan deyə"
Qaffal, belə deyir:
Bu, "iradəmə görə", yəni, "gözüm önündə görülsün deyə" mənasındadır.
Bunun məcazi mənası, budur: Bir kimsə, gözü önündə, bir başqasına aid iş görərsə, o işi, onun istədiyi və arzu etdiyi bir şəkildə edər. Bu halda, onun, arzu etdiyi şəkil xaricində hərəkət etməsi, mümkün olmaz. Burda da belədir.
Bu məcazın, nə cür olduğu xüsusunda, 2 görüş vardır:
1. Burdakı "ayn/göz" ilə, "bilmək" mənası qəsd edilmişdir. Yəni, "Elmimiz/biliyimiz daxilində olmaq üzərə" deməkdir. Bir şeyi bilən, eynilə ona baxıb görənin onu fərqli afətlərdən qoruması kimi, onu afətlərdən qoruyacağı üçün, bu cəhətdən də, bilmək ilə görmək arasındakı bənzərlikdən dolayı, "göz" ləfzi, bilmək mənasında istifadə edilmişdir.
2. Burdakı "ayn/göz" ilə, "baxıb nəzarət etmək" mənası qəsd edilmişdir. Çünki bir şeyə baxıb nəzarət edən, onu, əziyyət və zərər verici şeylərdən qoruyub mühafizə edər. Bundan dolayı, ayətdəki "ayn/göz", sanki baxıb nəzarət etməyin səbəbi (vasitəsi) kimidir. Bax bundan dolayı, məcazi olaraq, səbəb-müsəbbəb (nəticə) mənasında istifadə edilmişdir. Bu, eynilə,
قَالَ لَا تَخَافَآ ۖ إِنَّنِى مَعَكُمَآ أَسْمَعُ وَأَرَىٰ
"Allah buyurdu: 'Qorxmayın, çünki Mən, sizinləyəm, eşidirəm və görürəm!" (Taha/46) ayəti kimidir.
Yenə, biri, digərinə, qorunması və əmin olması üçün dua etdiyində, "Allahın gözü, üzərində olsun." deyilir.
Qadi, belə deyir: Quranın zahiri, Haqq Taala'nın, 'Gözümüz önündə yetişdirilməyin üçün' ayətindən qəsd edilən mənanın, Allahın mühafizəsi və əmin qılması olduğunu göstərir. Bu, eynilə, 'O zaman bacın gedib camaata deyirdi: Sizə onun qayğısına qalacaq birisini göstərimmi?' Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq.' (Taha/40) ayətində bildirildiyi kimidir. Beləcə, bu ayət, Haqq Taala'nın, Musa (əleyhissəlam)'ı, qoruması və amanı altına almasının bir təfsiri kimi olmuş olur.
(İmam Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)
--------------------------------
--------------------------------
İmam əbu Mansur əl-Maturidi (rahmətullahi aleyh), "Təvilatu'l-Quran" adlı təfsirində, deyir:
...Yəni, "Sənin üzərində, Özümdən bir sevgi buraxdım ki, nəzarətim altında böyüdülüb başa çatdırılasan."
"əs-Sun'u", "yaxşı və gözəl şeylər etmək" deməkdir. Buna görə, bu bəyan, "sənə, yaxşılıq və ehsan edilsin" mənasına gəlir.
Bəziləri, "alə ayni" kəliməsinə, "Mənim mühafizəm altında bəslənməyin üçün" mənasını vermişlərdir. Ərəbcədə, "aynullahi aleykə" deyə bir dua cümləsi vardır. Bu, "Allahın gözü, sənin üzərində olsun = yəni, qoruması altında olasan." deməkdir.
Bu açıqlama, Hasan əl-Basri və Qatadə'yə aiddir.
Bəziləri də, bu bəyanı, belə açıqlamışlardır: "liturabbə alə ayni = yəni, Mənim biliyim altında yetişəsən."
Birinci açıqlama, daha uyğundur.
-------------------------
-------------------------
İmam Qurtubi (rahmətullahi aleyh), "əl-Cami li Əhkami'l-Quran" adlı təfsirində, deyir:
ibn Abbas, dedi:
Uca Allahın muradı, budur: Anan, Səni sandığa qoyub dənizə buraxdığında; fironun xanımının cariyələri Səni götürdüklərində; və içində nə var-nə yox deyə sandığı açmaq istədiklərində, onlardan biri: "Siz, Bunu, xanıma aparmadıqca, açmayın. Çünki, belə bir şey, Onun yanında, sizin dəyərinizi artırar və sizləri: 'Siz, (bu sandığın içində) bir şey tapdınız, onu götürdünüz.' deyə ittiham etməməsi üçün, belə davranmağınız lazımdır." dediyində, Mən, bunların hamısını görürdüm. Bunun üzərinə, cariyələr, sandığı, bağlı halda xanıma gətirdilər.
------------------------
------------------------
ibn Kəsir, ayətin təfsirində deyir:
~ Sələmə b. Kuheyl, "Sənin üzərinə, qatımdan bir sevgi qoydum." ayətini, "Allahın nəzarətilə yetişəsən deyə" şəklində başa düşmüşdür.
~ Qatadə isə: "Nəzarətimizlə bəslənəsən." şəklində başa düşmüşdür.
~ Ma'mər b. Müsənna, ayəti, "Mən, görürəm. (Yəni, Mənim görəcəyim bir yerdə yetişəsən deyə") başa düşmüşdür.
~ Abdu'r-Rahmən b. Zeyd b. Əsləm isə, belə demişdir: "Yəni, onu, kralın evində qıldı. Nemət və rifah içində idi. Onların yanında ikən, Musanın yeməkləri, kral yeməkləri idi. Bax ayətin mənası, budur."
