Tale (Qədər) nədir?
Qədərin əsas mənası Allahın, olmuş olacaq hər şeyi bilməsi deməkdir. Diqqət yetirsək insan iradəsini yox saymır. Bilmək ayrı etmək ayrıdır. Bilən Allahdır, edən quldur. Bu mövzuya bir misal verək;
Peyğəmbərimiz İstanbulun fəthini və komandirini yüz illər əvvəl müjdələmiş və xəbər vermişdir. Zamanı gəlincə də dediyi kimi çıxmış. İndi, İstanbul Peyğəmbərimiz dediyi üçünmü fəth edildi, yoxsa fəth ediləcəyini bildiyi üçünmü söylədi. O zaman Fateh Sultan yatsaydı, ordular hazırladıb döyüşməsəydi yenə olacaq idimi? Demək ki Allah Fatehin çalışıb İstanbulu fəth edəcəyini bilirdi və bunu elçisi Hz. Peyğəmbərə bildirdi.
Buradakı incə nöqtə: Allah bildiyi üçün etmirik. Biz edəcəyimiz üçün Allah bilir. Onsuz da Allahın gələcəyi bilməməsi düşünülə bilməz. Bilməsə yaradıcı ola bilməz.
Buna bir nümunə verək; Allah dostu övliyadan bir müəllim düşünək. Şagirdlərindən birinə "sabah səni bu kitabdan sınayacağam." deyir. Lakin müəllim Allahın icazəsiylə onun film, oyun, əyləncə, deyərkən səhər məktəbə oxumadan gələcəyini bilərək, axşamdan ona "0" yazır. Ertəsi səhər şagird soruşulan suallara cavab verə bilmir və sıfırı layiq olduğunu bildiyi anda, müəllim cibindən qeyd dəftərini çıxarıb "sənin sıfır alacağını bildiyim üçün əvvəldən dəftərə sıfır yazmışdım" deyir. Buna qarşı şagird "Müəllimim sən sıfır yazdığın üçün mən sıfır aldım. Yoxsa keçər bal yazsaydın keçərdim." deyə bilərmi?
Demək ki Allah yazdığı üçün biz etmirik, bizim edəcəyimiz şeyləri bilərək Allah yazır. İşdə buna tale/qədər deyirik.
Dünyaya gələn hər insan bir qədər proqramına tabedir. İnsanın nə edəcəyini, başına nə gələcəyini Uca Allah əzəli elmində bilir. Ancaq Allahın bilmiş olması, insanın o işi etməsini məcbur etməz. Çünki Allah, insanın önünə sonsuz variantlar qoymuşdur.
İnsan öz iradəsini istifadə edərək, hansı yolu seçsə, Allah onu yaradar. Bu səbəbdən məsul olan insanın özüdür.
Bu məsələdə belə bir nümunə verilər: Bir mənzilin üst qatının nemətlərlə, alt qatının isə işgəncə alətləriylə dolu olduğunu və bir adamın bu mənzilin lifti içərisində olduğunu fərz edin. Özünə, mənzilin bu vəziyyəti daha əvvəl izah edilmiş olan bu adam, üst qatın düyməsini basdığında nemətlərə qovuşacaq, alt qatın düyməsini basdığında isə əzaba uğrayacaq.
Burada iradənin etdiyi tək şey, yalnız hansı düyməni basılacağına qərar verməsi və təşəbbüs etməsidir. Lift isə, o adamın gücü və iradəsiylə deyil, müəyyən fizika və mexaniki qanunlarla hərəkət etməkdədir. Yəni, insan üst qata öz gücüylə çıxmadığı kimi, alt qata da öz gücüylə enməməkdədir. Bununla birlikdə liftin hara gedəcəyinin təyin olunması, içindəki adamın iradəsinə buraxılmışdır.
İnsanın öz iradəsiylə etdiyi bütün işlər, bu ölçüylə qiymətləndirilə bilər. Məsələn; Cənabı Haqq, meyxanaya getmənin günah, məscidə getmənin isə fəzilətli olduğunu bildirmişdir. İnsan isə öz iradəsiylə, nümunədəki lift kimi hər iki yerə də getməyə uyğundur.
Hansı düyməni bassa, yəni hara getmək istəsə, bədən oraya doğru hərəkət etməkdə, bu səbəbdən də gedəcəyi yerin mükafatı və ya cəzası o insana aid olmaqdadır.
Evlilik də belədir. Evlənəcək insanın qarşısında çox sayda variantlar vardır. Necə birini istəmək sizin əlinizdə. Seçiminizə görə Cənabı Haqq da yaradar. Allahın bilməsi belə bir seçimdə olmanızı məcbur etməz.
Qeyri müslim biriylə evlənmədə islamın gətirdiyi ölçü belədir: Müsəlman bir kişi əhli kitab olan Yəhudi və Xristian bir qadınla evlənə bilərkən, əhli kitab olmayan qeyri müslim bir qadınla evlənə bilməz.
Bunun yanında, Müsəlman bir qadının əhli kitab da olsa qeyri müslim bir kişilə evlənməsinə icazə vermir.
Qədəri ikiyə ayıra bilərik: məcburi qədər, ixtiyari qədər.
"məcburi qədər"də bizim heç bir təsirimiz yoxdur. O, tamamilə iradəmiz xaricində yazılmış. Dünyaya gələcəyimiz yer, anamız, atamız, şəklimiz, qabiliyyətlərimiz məcburi qədərimizin mövzusudur. Bunlara özümüz qərar vərəməyik. Bu növü qədərimizdən ötəri məsuliyyətimiz də yoxdur.
İkinci qisim qədər isə, iradəmizə bağlıdır. Biz neyə qərar verəcəyiksə və nə edəcəyiksə, Allah əzəli elmiylə bilmiş, elə təqdir etmişdir.
Ürəyimiz çarpır, qanımız təmizlənir, hüceyrələrimiz böyüyür, çoxalır, ölür. Bədənimizdə, bizim bilmədiyimiz bir çox işlər edilir. Bunların heç birini edən biz deyilik. Yatdığımız zaman belə bu cür fəaliyyətlər davam edir.
Amma bunu da çox yaxşı bilirik ki, öz istəyimizlə etdiyimiz işlər də var. Yemək, içmək, danışmaq, getmək kimi hərəkətlərdə qərar verən bizik. Zəif də olsa bir iradəmiz, az da olsa bir elmimiz, cılız da olsa bir gücümüz var.
Yol qovşağında hansı yoldan gedəcəyimizə özümüz qərar veririk. Həyat isə, yol qovşaqlarıyla doludur.
Bu halda, bilərək seçdiyimiz, heç bir məcbur etməyə məruz qalmadan qərar verib işlədiyimiz bir günahı özümüzdən başqa kimə yükləyə bilərik?
İnsanın cüzi iradəsi adı verilən iradəsi, əhəmiyyətsiz kimi görülməklə birlikdə, kainatda etibarlı olan qanunlardan istifadə edərək böyük işlərin meydana gəlməsinə səbəb olmaqdadır.
Əgər insan, "küləyin qarşısında süzülən bir yarpaq" isə, seçmə qabiliyyəti yoxsa, etdiyindən məsul deyilsə, o zaman günahın nə mənası qalar? Belə deyən adam, bir haqsızlığa uğradığı zaman məhkəməyə müraciət etmir mi?
Halbuki, anlayışına görə belə düşünməsi lazım idi: "bu adam mənim evimi yandırdı, namusuma dil uzatdı, uşağımı öldürdü, amma üzrlüdür. Qədərində bu hərəkətləri işləmək varmış, nə etsin, başqa cür davranmaq əlindən gəlməzdi ki."
Haqqı tapdalananlar həqiqətən beləmi düşünürlər?
İnsan etdiyindən məsul olmasaydı, "yaxşı" və "pis" sözləri mənasız olardı. Qəhrəmanları təqdirə, xainləri alçaltmağa gərək qalmazdı. Çünki, hər ikisi də etdiyini istəyərək etməmiş olardılar. Halbuki heç kim belə iddialarda olmaz. Vicdani olaraq hər insan, etdiklərindən məsul olduğunu və küləyin qarşısında bir yarpaq kimi olmadığını qəbul edər.
- Qədər mövzusunda detallı məlumat verərsinizmi? Evlilikdə küllü iradəmi yoxsa cüzi iradəmi var; yəni ana atamız kimi evləniləcək adam Allahın iradəsinəmi (küllü) daxildir?
- Tale mövzusunda ətraflı məlumat verərsiniz?
- İnsanın iradəsini də Allah yaratdığına görə Allah insanın günah işləməsinə niyə icazə verməkdədir?
- Bütün hərəkətlərimizi Allah yaradıbsa, bizim günahımız nədir?
- Sevdiyimiz taleyimiz deyilsə onda niyə sevirik?
- Izdırari Qədər ilə Evlilik və Ruzi Əlaqəsi Haqqında.
- Ürəkdə olub məsuliyyət tələb edən duyğu və düşüncələr hansılardır?
- Taleyimizdə kim varsa onunla evlənmək məcburiyyətindəyik? Evlilik taledədir?
- Qurani Kərimdə; Allah kimə hidayət versə doğru yolda olan odur; kimi də hidayətdən məhrum edər, çaşdırsa; artıq imkanı yox, ona yol göstərəcək bir dost tapa bilməzsiniz deyilir. Burada Allahın insanı məcbur etməsindən söhbət gedir?
- Bizim nə edəcəyimiz, qədərimizdə yazılmış isə, nə günahımız var?