Taun xəstəliyi
5734- Yəhya b. Ya'mər'dən rəvayət edildiyinə görə:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in zövcəsi Aişə (radiyallahu anha), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, tauna dair sual soruşduğunu xəbər vermişdir. Allahın peyğəmbəri (sallallahu aleyhi və səlləm) də ona, taunun:
• Allahın daha əvvəl, dilədiyi kimsələr üzərinə göndərdiyi bir əzab olduğunu; daha sonra
• Allahın onu möminlərə bir rəhmət qıldığını
xəbər verdi. Bundan dolayı, bir qulun olduğu yerdə taun ortaya çıxar, o da səbr edərək Allahın özü üçün yazdığından başqasının özünə isabət etməyəcəyini bilərək şəhərində qalarsa, ona mütləq şəhid kimi əcr verilər."
--------------------
İzahı:
"Tauna səbr edən kimsənin əcri"
Yəni, istər özü tauna tutulmuş olsun, istər iqamət etdiyi şəhərdə baş göstərmiş olsun...
-------------------
"Allah onu möminlərə rəhmət qıldı..."
Yəni bu ümmətdən iman edənlərə rəhmət qıldı. Əbu Asib yolu ilə gələn, imam Əhmədin nəql etdiyi hədisdə belə deyilməkdədir:
"Bu səbəblə taun, möminlər üçün bir şəhidlik, onlara bir rəhmətdir; kafir kimsə üçün isə, bir əzabdır."
• Bu hədis, taunun ancaq müsəlmanlara xas bir rəhmət olduğu xüsusunda, açıq ifadələr daşımaqdadır.
• Əgər kafirlərə isabət edəcək olarsa, onlar üçün ancaq axirətdən əvvəl dünyada təcili verilmiş bir əzab olar.
• Bu ümmətin üsyankarlarına gəlincə, taun, onun üçün bir şəhidlik ola bilərmi, yoxsa şəhidlik olması, xüsusilə kamil möminlərəmi məxsusdur?
Bu xüsus, yaxşıca düşünülməsi, tədqiq edilməsi gərəkli olan bir mövzudur.
Üsyankardan məqsəd:
Böyük günah işləyən və işləməkdə israr etdiyi halda tauna tutulan kimsədir. İşləməkdə olduğu günahların uğursuzluğundan ötürü, şəhidlik mərtəbəsi ilə şərəflənə bilməyəcəyini söyləmək, ehtimal daxilindədir. Çünki uca Allah belə buyurmaqdadır:
أَمْ حَسِبَ ٱلَّذِينَ ٱجْتَرَحُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن نَّجْعَلَهُمْ كَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ سَوَآءً مَّحْيَاهُمْ وَمَمَاتُهُمْ ۚ سَآءَ مَا يَحْكُمُونَ
"Yoxsa günah işləyənlər, onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızımı güman edirlər? Nə pis mühakimə yürüdürlər!" (Casiyə/21)
Eyni şəkildə ibn Ömər (radiyallahu anh) yolu ilə rəvayət edilən hədisdə də, taunun, fuhşiyatın (dini cəhətdən haram qılınan davranışların) açıqca işlənməsindən dolayı ortaya çıxdığına dəlil təşkil edən ifadələr mövcuddur. Bəhs mövzusu bu hədisi, ibn Macə və Beyhaqi, bu ləfzlərlə rəvayət etmişlərdir:
"Bir topluluq arasında fuhşiyat açıqca işlənəcək hala gələcək şəkildə ortaya çıxacaq olarsa, mütləq aralarında taun və keçmiş dövrlərində görülməmiş xəstəliklər baş göstərər."
Hədisin sənədində Xalid b. Yezid b. əbi Malik də mövcuddur. O, Şam bölgəsinin fəqihlərindən biri idi. Ancaq Əhməd, ibn Main və başqalarına görə, zəif bir ravidir.
Hakimin nəql etdiyi, sənədi ceyyid (haşiyə) olan Bureydənin rəvayət etdiyi hədis də, bu ləfzlədir:
"Fuhşiyat, bir topluluq arasında açıqdan işlənər hala gəldimi, mütləq Allah da onlara ölümü musallat edər."
İmam Əhməd də, Aişə (radiyallahu anha)'dan bu mərfu hədisi zikr etməkdədir:
"Aralarında zinadan doğulan uşaqlar çoxalmadığı müddətcə, ümmətim bir xeyrə sahib olmağa davam edəcəkdir. Ancaq aralarında zinadan doğulanlar çoxalacaq olarsa, Allahın onların hamısını əhatə edəcək ümumi bir cəza göndərmək ehtimalı çox yaxın olar."
Bu hədisin sənədi, həsəndir.
(Haşiyə:
Ceyyid: bəzi mühəddislər ceyyid hədisləri, həsən hədisdən üstün və səhihə yaxın mənada istifadə etmişlərdir. Dində dəlil olmağa əlverişli hədisləri, səhih və həsən terminlərilə ifadə edən mühəddislər, bu mənanı, fərqli təbirlərlə vermək düşüncəsilə, lüğət cəhətindən eyni mənaya gələn: "ceyyid, mucəvvəd, sabit və qavi" kimi kəlimələr istifadə etmiş, hədis kitablarını dəyərləndirərkən söylədikləri "ceyyid, cəvdət, əcvəd" kimi kəlimələrlə də, sənədlərin sağlamlığını qəsd etmişlərdir.
Necə ki, Nəsai:
"Bütün bu kitabların içində Buxarininkindən daha ceyyidi yoxdur."
deyərkən, "əl-Camiu's-Səhih"dəki hədislərin sağlam sənədlərlə rəvayət edildiyinə işarət etmək istəmişdir. (bax: ibn Həcər, "Təhzibu't-Təhzib", lX, 49)
----------------
"Bu hədislərdən başa düşüldüyünə görə, taun, bəzi günahlar səbəbilə bir cəza olaraq da baş göstərə bilər. O halda, necə şəhidliyə səbəb ola bilər ki?
deyə soruşulsa, belə demək ehtimalı vardır:
Bu xüsusda varid olmuş xəbərlərdəki ümumi ifadələr dolayısı ilə, taun səbəbilə ölən kimsə, şəhidlik dərəcəsinə nail ola bilər. Xüsusilə bundan əvvəl yer alan Ənəs (radiyallahu anh)'ın rəvayət etdiyi hədisdə:
"Taun, hər müsəlman üçün bir şəhidlikdir."
deyilməkdədir. Günahlar işləyib davam edən kimsələrin, şəhidlik mərtəbəsinə qovuşmaları, mövqe etibarı ilə, imanı kamil olan möminə bərabər olmaları da gərəkməz. Çünki şəhidlərin dərəcələri də fərqlidir. Necə ki, taundan ölən günahkar bir şəxs də,
üsyankar bir kimsənin, Allah yolunda, Allahın adı ən yüksək olsun deyə cihad edərkən iləri atılıb,
-geri dönməsi də bəhs mövzusu deyilkən-,
ölən mücahid kimidir.
Şanı uca olan Allahın, Muhamməd (sallallahu aleyhi və səlləm) ümmətinə rəhmətinin bir təcəllisi də, onlara cəzalarını dünyada təcili verməsidir.
Ayrıca bu, tauna yoluxan kimsənin şəhidlik əcrini almağa da zidd deyildir. Xüsusilə də onların çoxu, belə bir həyasızlıq işlərkən (Allah tərəfindən) ələ keçirilsələr belə.
-Ən doğrusunu Allah bilir- bu taunun, bunların hamısını əhatə edəcək bir hal alması, münkərə qarşı etiraz etməyib yerində oturmaqlarından dolayıdır.
-------------------
"Səbr edici olaraq..."
Yəni bundan narahat olmadan və narahatlığa qapılmadan, əksinə Allahın əmrinə təslimiyyət ilə qəzasına riza göstərərək qatlaşan kimsə deməkdir.
Bu da, taun səbəbilə ölən kimsələrin şəhid əcrini almaqları üçün bəhs mövzusu edilmiş bir qeyddir. Bu səbr qeydi də, taunun ortaya çıxdığı yerdə qalması, ondan qaçmaq məqsədilə başqa yerə getməməsidir. Necə ki, bundan əvvəlki başlıqda, bu xüsusa dair açıq qadağa geçmişdir.
-----------------------
"Özünə Allahın özü üçün yazdığından başqasının isabət etməyəcəyini bilərək..."
Bu da, başqa bir qeyddir. Bu da, taunun çıxdığı yerdə qalmaq ilə əlaqəli halı ifadə edən bir cümlədir.
• Əgər o yerdə qalmaqla birlikdə narahat olar;
• Səbr göstərməz; ya da
• O şəhərdən çıxıb getsə, qətiliklə, bu xəstəliyə yoluxmayacağını zənn edərək çıxmamağına peşman olar; və
• Orda qaldığı üçün bu xəstəliyə yoluxacağını düşünərsə,
belə bir kimsə, taun səbəbilə ölsə belə, şəhid əcrini əldə edə bilməz.
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 76-cı bölmə, Tibb, 31-ci bab: "Tauna səbr edən kimsənin əcri", hədis no: 5734)
- Vəba xəstəliyi
- Neçə cür şəhidlik vardır?
- Neçə cür şəhidlik vardır?
- Aşiq olmaq mövzusunda dinimizin ölçüləri nələrdir? Eşqini gizləmək şəhid savabı verərmi?
- Şəhid kimə deyilir?
- Ana bətində ölən uşaqların ruhları necə olacaq?Uşaqların, ana atalarına şəfaətçi olacaqlarını bildirən rəvayətləri necə anlamalıyıq?
- ALLAH YOLUNDA ŞƏHİD OLMAQ
- Şəhid kimdir? Döyüşdə həyatını itirən hər kəsə şəhid gözüylə baxa bilərik?
- Yetkinlik çağına gəlmədən vəfat edən uşaqların axirətdəki vəziyyəti necə olacaq?
- Mələklərmi üstündürlər, yoxsa insanlar?