Tevbə / tövbə, əvbə, inabə və istiğfarın fərqləri nədir? Hansı hansı hallarda edilər?


Tevbə / Tövbə kəlməsinin lüğət mənası, dönməkdir. Termin mənası isə, dinə görə, çirkin görülən pis haldan əl çəkib, dinin öydüyü bir hala dönməkdir. Allah'a yönəlməkdir.


Tövbənin üç şərti vardır: Birincisi: İndiyə qədər etdiyi günahlardan dolayı ciddi peşmanlıq hiss etmək.


"Peşmanlıq tövbədir." (Əhməd b. Hənbəl, I / 376, 423)


hədisi şərifi, tövbənin önəminə işarə etməkdədir.


İkincisi: İnsanın içində olduğu zamanını yaxşıca qiymətləndirməsi, yəni, pis hallarından sıyrılıb, gözəl şeylərlə donanması, bəzənməsi.


Üçüncü olaraq, tövbə edənin bundan belə köhnə pisliklərə dönməyəcəyinə dair əzm-u cəzm etməsi / qəti qərar verməsi. (bax. Kuşeyri, Risalə, s.91-94)


"Allah tövbə edənləri və təmizlənənləri sevər." (Bəqərə, 2/222)


tərcüməsindəki ayədə, səmimi tövbə edənlər üçün böyük bir müjdə vardır.


Əvbə kəlməsinin lüğət mənası: iradəyə bağlı olaraq bir yerdən bir yerə dönməkdir. Termin olaraq əvbə də tövbə kimi, günahlarından əl çəkib, Allah'a itaət etmə yoluna girməkdir.


"Əgər yaxşı kəslər olursunuzsa, şübhəsiz Allah əvbə / tövbə edənləri bağışlayacaqdır." (İsra, 17/25)


tərcüməsindəki ayədən də bu məna aydın olmaqdadır.


İnabə kəlməsinin lüğət mənası; təkrar, təkrar -dəfələrcə- dönmək, bir şeyə dönüş etməkdir. Termin olaraq mənası: Səmimi bir şəkildə Allah'a təslim olmaq, ona yönəlmək və tövbə etməkdir. (İsfahani, "NVB" maddəsi).


"Allah, ona inabə edən / səmimi olaraq ona yönələn kimsələri doğru yola yönəldər." (Rad, 13/27)


tərcüməsindəki ayədən də bu sözün, səmimi olaraq Allah'a yönəlmək, ona dönmək mənasında olduğunu anlamaq mümkündür.


İstiğfar kəlməsinin lüğət mənası: bağışlanmağı diləməkdir. Termin mənası isə: etdiyi günahlardan peşman olub, Allah`dan bağışlamasını diləməkdir.


"Rəbbini həmd-səna ilə təsbeh et və ondan bağışlanmanı istə. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir." (Nəsr, 110/3)


tərcüməsindəki ayədə görüldüyü kimi, istiğfar ilə tövbə arasında yaxın bir əlaqə vardır. Onun üçün ikisi birlikdə səsləndirilmişdir.


Bəzi alimlərə görə; tövbə üç qisimdir: Başlanğıcı tövbə, ortası inabə, sonu isə əvbədir."(bax. Kuşeyri, 94).


Bəzilərinə görə, Cəhənnəm qorxusuyla edilən tövbənin adı, tövbədir. Cənnət arzusuyla edilən tövbənin adı, inabədir. Nə cənnət sevdası və nə də cəhənnəm qorxusu olmadan, edilən tövbənin adı, əvbə. (bax. A.k.ə).


Bəzilərinə görə tövbə, sadə möminlərin vəsfidir.


"Ey Möminlər! Hamınız birlikdə Allah'a tövbə edin." (Nur, 24/31)


məalındakı ayədə bunu görməkdəyik.


İnabə isə, Allah'a yaxın olanların, övliyanın vəsfidir. Bu ayədə bunu görməkdəyik.


"Cənnət də təqva sahiblərinə yaxınlaşdırılar. O, onsuz da uzaq deyildir. (Onlara deyilir ki:)" Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən, Mərhəmətli Allah`dan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.."(Qaf, 50 / 31-33).


Əvbə isə, peyğəmbərlərin vəsfidir. Necə ki Quranda bu vəsf, Hz. Əyyub (as) üçün istifadə edilmişdir:


"O nə gözəl bir quldur. Həqiqətən hər zaman "əvbə dən"/ Allah'a yönələn, yalvarıb yaxaran bir kimsə idi." (Sad, 38/44).

Read 6.965 times
In order to make a comment, please login or register