Tövbə haqqında məlumat verərsinizmi?

(Abdullah) b. Ma'kil (b. Mukrin) radiyallahu anhdan belə rəvayət edilir:

Mən, atam (Ma'kil) ilə bərabər Abdullah (b. Məsud) radiyallahu anhın yanına girdik. Mən onu belə deyərkən eşitdim:

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"(Günahdan) peşmanlıq duymaq, bir tövbədir."

buyurdu. (Bunun üzərinə) atam (Ma'kil), Abdullah (b. Məs'uda):

"Günahdan peşmanlıq duymaq bir tövbədir." hədisini, Nəbi (sallallahu aleyhi və səlləm)'dən sən eşitdinmi?"

deyə soruşdu. Abdullah (b. Məsud):

"Bəli!" deyə cavab verdi.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Tövbəni xatırlamaq babı", hədis no: 4252

-----------------------

İzahı:

Nədm və nədamət: "Bir şeydən peşmanlıq duymaq" deməkdir.

Təbii ki, peşmanlığın tövbə sayıla bilməsi üçün, işlənən şeyin günahlığı dolayısı ilə olması lazımdır. Başqa yöndən peşmanlıq duymaq, məsələn, içki içməkdən haramlığı üçün deyil, ona pul xərcləndiyindən dolayı peşmanlıq duymaq, tövbə sayılmaz.

Günahdan tövbə etmənin 3 şərtinin mövcud olduğunu, bu babın girişində açıqlamışdıq. Bunlar:

• Günahı qətiyyətlə tərk etmək;

• Günahlığı dolayısı ilə ondan peşmanlıq duymaq; və

• Bir daha işləməməyə qəti qərar verməkdir.

Bu halda, peşmanlıq duymaq, tövbənin bütünü deyil, sadəcə bir parçasıdır. Ancaq ən əhəmiyyətli parça olması səbəbilə, sanki bütünü imiş kimi ifadə edilmiş və "(günahdan) peşmanlıq duymaq, bir tövbədir." buyurulmuşdur.

Bu ifadə, peşmanlığın əhəmiyyətini bildirmək üçündür. Çünki üsul və şərtlərinə uyğun, məqbul bir tövbəyə yönəlmək üçün, ilk əvvəl, günahdan peşmanlıq duymaq gərəkdir. Bu duyğu meydana gəlincə, insan günahı tərk edir və bundan sonra o günahı təkrar işləməməyə qərar verir. Beləcə tövbə hasil olur.

Bunu da bildirək ki, işlənən günah, qul haqqı ilə bağlıdırsa, o haqqı ödəmək və ya haqq sahibi ilə halallaşmaq, başqa bir sözlə, haqq sahibinin günahkarı bağışlaması gərəkdir.

Əgər işlənən günah, qəza edilməsi lazım olan bir ibadətdirsə, tövbənin tamamlanması üçün, o ibadəti qəza etmək də gərəkdir.

Read 6 times
In order to make a comment, please login or register