Tövbə nədir? Şərtləri nələrdir? Allahın, qulun tövbəsinə sevinməsi nə deməkdir? İzah edərsinizmi?

4247- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allah (Azzə və Cəllə) sizdən birinin tövbə etməsinə, o kimsənin itirilmiş bir şeyini tapdığında duyduğu sevincdən, şübhəsiz daha çox sevinər (yəni razı olar)."

-------------------

4249- əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allah, qulunun tövbəsinə bu adamın sevinməsindən daha çox sevinər (yəni razı olar) ki, (yolçuluq halında olan) o adam, bir susuz çöldə dəvəsini itirər. 

Bunun üzərinə o şəxs, itirdiyi dəvəsini axtarmağa başlayar. Nəhayət, o axtarış, adamı yorub aciz buraxdığında (susuzluq və istilikdən dolayı olduğu yerdə ölmək üzərə başını yerə qoyub) libasını başına çəkib örtünər. 

Özü o halda olduğu sırada, dəvəsini itirdiyi yerdə, anidən heyvanının ayaq səsini eşidər. Bunun üzərinə, üzərinə çəkdiyi örtünü açar və o an minik heyvanı ilə qarşılaşar."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Tövbəni (xatırlamaq) babı", 

------------------------

İzahı:

Tövbə: Lüğətdə, "dönmək, bir şeydən dönüş etmək" mənasındadır. Burda günah işləməkdən dönüş etmək mənasında istifadə edilmişdir.

Günahdan tövbə etmənin məqbul sayılması üçün, 3 rükün (şərt) və təməl vardır. Bu rükün və təməllər meydana gəlmədikcə, tövbə məqbul sayılmaz, qəbula uyğun görülməz. 

Bu şərtlər bunlardır:

•1• İşlənən günahdan tamamilə sıyrılmaq, ona son verməkdir.

•2• O günahı işləməkdən dolayı peşmanlıq duymaqdır. Təbii ki, bu peşmanlığın dildə qalmayıb, daxildən gəlməsi gərəkdir.

•3• Bir daha o günahı işləməməyə qətiliklə əzm və qərar verməkdir.

Əgər işlənən günah, bir qul haqqı ilə bağlı isə, haqq sahibindən halallıq almaq və ya o haqqı ödəmək də •4•cü bir rükün olaraq əlavə edilir.

Tövbənin əsl təməli və ən böyük rüknü, günahdan peşmanlıq duymaqdır.

Bütün günahlardan tövbə etmək və tövbə işini geciktirməmək, bütün alimlərcə, vacib görülmüşdür. İşlənən günah, kiçik olsun, böyük olsun, ondan tövbə etməyi gecikdirmək qəti olaraq caiz deyildir.

Tövbə, İslamın önəmli prinsiplərindəndir. Tövbə, yuxarıda zikr edilən rükünlərinə tamamilə uyğun olaraq edildiyi təqdirdə, Allah Taala'nın ehsan və kərəmilə qəbul edilir. Ayət və hədislər də bunu göstərir. Ayrıca bu mövzuda icma da vardır. 

Ancaq bunu da bilmək gərəkdir ki, Allah heç bir kimsənin tövbəsini qəbul etmək məcburiyyətində deyildir. O, tamamilə iradəsilə, yəni diləməsi və arzusu ilə bunları gerçəkləşdirər.

"Bir kimsə işlədiyi günahdan üsuluna uyğun və rükünlərinə riayət edərək tövbə etdikdən sonra, əgər o günahı bildirərsə, peşmanlığını yeniləməsi lazımdır mı, deyil mi?"

Bu xüsusda ixtilaf vardır. Ən ehtiyatlısı, o günahı bildirməməsi və xatırladıqca peşmanlıq duymasıdır.

Bir kimsə birdən artıq günah işləməyə davam edərkən, bunlardan sadəcə birindən tövbə etməsi mümkündür. Yəni digər günaha davam etməsi, buna mane deyildir.

Bir kimsə işlədiyi bir günahdan dolayı, şərtlərinə uyğun olaraq tövbə etdikdən bir müddət sonra, eyni günahı işləyərsə, onun birinci tövbəsi pozulmaz. Ancaq ikinci dəfə işlədiyi günah, onun əleyhində yazılar.

Kafir bir kimsənin, küfürdən peşmanlıq duyaraq, İslamı qəbul etmək surətilə olan tövbəsinin, Allah qatında qəbul olunduğu, qətiliklə bilinməkdədir. Bu xüsusda nass vardır.

Lakin mömin kimsənin, günahlardan etdiyi tövbənin qəbul olunması, qətiliklə məlum deyil, zənn edilir. Yəni qəbul edilməsi ehtimalı, 50%-in üzərindədir, 100% deyildir. 

Əhli Sünnət alimlərinin bir qisminə görə, bu da qətidir.

İmamu'l-Harameyn (əl-Cüveyni) bunhn qəti olmadığına dair görüşü tərcih etmişdir. 

Nəvəvi də o görüşün daha sağlam olduğunu bildirmişdir.

Doğrusunu Allah bilir.

----------------------

4247 no-lu əbu Hureyrə hədisini, Muslim də Tövbə kitabının 1-ci babında rəvayət etmişdir.

Allah Taala, sevinmək və kədərlənmək kimi zəiflik əlamətləri olan sifət və hallardan, pak və münəzzəhdir. Bu etibarla burda, Allah haqqında istifadə edilən sevinmək ifadəsi, "razı olmaq" mənasında açıqlanmışdır.

Yəni bir çöldə yolçuluq edərkən minik heyvanını itirib məyus olan bir yolçu, heyvanını tapmaqdan ümidini kəsdikdən və çöldə ölüm təhlükəsi ilə qarşı-qarşıya qaldıqdan sonra, birdən birə o itirilmiş heyvanını tapdığı zaman necə sevinirsə, Allah Taala'nın, qulunun günahlardan tövbə etməsinə olan razılığı, o qulun sevinməsindən daha çoxdur.

Hədis, qulları tövbəyə təşviq edər. Çünki tövbə, Allahın rizasına və dolayısı ilə qulun bağışlanmasına ən yaxşı vəsilələrdəndir.

Read 33 times
In order to make a comment, please login or register