Tövbə surəsi 113-114-cü ayətlərin təfsiri

مَا كَانَ لِلنَّبِىِّ وَٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن يَسْتَغْفِرُوا۟ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوٓا۟ أُو۟لِى قُرْبَىٰ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَـٰبُ ٱلْجَحِيمِ • وَمَا كَانَ ٱسْتِغْفَارُ إِبْرَ‌ٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوْعِدَةٍ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوٌّ لِّلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَ‌ٰهِيمَ لَأَوَّ‌ٰهٌ حَلِيمٌ

"Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə, onlar üçün bağışlanma diləmək yaraşmaz.

İbrahimin öz atası üçün bağışlanma diləməsi isə, sadəcə ona verdiyi sözə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə, ondan uzaqlaşdı. Həqiqətən, İbrahim, Allaha çox yalvaran həlim bir kimsə idi." (Tövbə/113-114)

------------------------

Təfsiri:

Tövbə/113-ə dair açıqlamalarımızı, 3 başlıq halında təqdim edəcəyik. (Belə ki):

1. Ayətin nüzul səbəbi:

Muslim (İman/39), Səid b. əl-Musəyyəb'dən rəvayət etdiyinə görə, o, atasınının, belə dediyini nəql etməkdədir:

əbu Talibin vəfatı yaxınlaşdığında, Allah rəsulu (sallallahu aleyhi və səlləm), onun yanına getdi. (Əbu Talibin) yanında, əbu Cəhil ilə Abdullah b. əbi Umeyyə b. əl-Muğirə'nin də olduğunu gördü. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Ey əmim! Lə iləhə illəllah de. Bu kəlimə sayəsində, mən, Allah nəzdində, sənin lehinə şahidlik edə bilərəm."

Bunun üzərinə, əbu Cəhil ilə Abdullah b. əbi Umeyyə, belə dedilər:

"Ey əbu Talib! Sən, Abdu'l-Muttalib'in dinindən, üzmü çevirəcəksən?"

Allah rəsulu (sallallahu aleyhi və səlləm) isə, bu sözləri söyləməsi üçün, ona, tövhid kəliməsini təklifə davam edir və bu sözlərini təkrarlayırdı. Bu, əbu Talib'in, onlara, özünün Abdu'l-Muttalib'in dini üzərə olduğunu söylədiyi son sözlərinə qədər davam etdi və lə iləhə illəllah deməyi, qəbul etmədi. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Mən isə, Allah adına and içirəm ki, sənə məğfirət diləmək Mənə qadağan edilmədikcə, sənin üçün məğfirət diləməyə davam edəcəm."

Bunun üzərinə, uca Allah da:

"Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə, onlar üçün bağışlanma diləmək yaraşmaz." ayətini endirdi.

Ayrıca, uca Allah, əbu Talib haqqında bir ayət endirərək, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə xitabən, belə buyurdu:

إِنَّكَ لَا تَهْدِى مَنْ أَحْبَبْتَ وَلَـٰكِنَّ ٱللَّهَ يَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ

"Şübhəsiz ki, Sən, istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah, istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır." (Qasas/56)

Buna görə, bu ayət, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmisi üçün məğfirət diləməsini nəsx etməkdədir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Səhih"in xaricindəki kitablarda rəvayət edildiyinə görə, ölümündən sonra, əmisi üçün məğfirət tələb etmişdir.

əl-Hüseyn b. əl-Fadl, deyir:

"Bu, uzaq bir ehtimaldır. Çünki surə, Qurandan son nazil olan bölmələrdəndir. Əbu Talib isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkədə ikən, İslamın ilk dövrlərdində vəfat etmişdir."

-------------------------------

2. Kafirlərlə münasibət və onlar üçün məğfirət diləmək:

• Bu ayət, həyatda olanları ilə, ölənlərilə, kafirlər ilə dostluq münasibətlərinin kəsilməsi lazım gəldiyini ehtiva etməkdədir. Çünki uca Allah, möminlərə, müşriklər üçün məğfirət diləmək haqqını verməməkdədir. Buna görə, müşrik bir kimsəyə məğfirət tələb etmək, caiz olmayan şeylərdəndir. (haşiyə)

Əgər deyilsə ki:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Uhud günü kiçik azı dişini qırıb üzünü yaraladıqları əsnada: 'Allahım! Qövmümə məğfirət et. Çünki onlar, bilmirlər.' buyurmuşdur. Bəs elə isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu etdiklərilə, uca Allahın, rəsuluna və möminlərə, müşriklərə məğfirət istəmələrini bir-birilə necə uzlaşdıracağıq?"

Buna, belə cavab verərik:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in söylədiyi nəql edilən bu söz, Özündən əvvəl keçən peyğəmbərlərdən bir nəql şəklindədir. Buna dəlil də, Muslim'in, Abdullah (b. Məsud)'dan belə dediyinə dair rəvayətidir:

"Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i,

 

-qövmü tərəfindən Özünə vurulub üzündən qanları silərkən və bu vaxt: 'Rəbbim! Qövmümü məğfirət et. Çünki onlar, bilmirlər.' deyən bir peyğəmbər-

 

haqqında danışarkən, sanki Onu görür kimiyəm." (Muslim, "Cihad"/105)

Buxari'də də, belə deyilməkdədir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Özündən əvvəl, qövmü tərəfindən başı yaralanmış bir Peyğəmbərdən bəhs etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Onun xəbərini danışmağa başladı və Onun: "Allahım! Qövmümü məğfirət et. Çünki onlar, bilmirlər." dediyini nəql etdi.

Mən (Qurtubi) deyirəm ki:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Özündən əvvəlki Peyğəmbərlərdən biri haqqında danışdığı xüsusu, açıq bir ifadədir. Yoxsa, bəzilərinin zənn etdiyi kimi, bunu, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Öz halını bildirmək üçün zikr etmiş deyildir.

Ən doğrusunu, uca Allah bilir.

İləridə, uca Allahın iznilə, Hud surəsi (44-cü ayətin təfsirində) açıqlaması da gələcəyi üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in haqqında bu hadisəni zikr etdiyi şəxs, Nuh (əleyhissəlam)'dır.

• Ayətdə keçən məğfirət diləmək ilə, "cənazə namazı"nın qəsd edildiyi də söylənmişdir. Bir alim, belə demişdir: Zinadan hamilə qalmış Həbəşli bir qadın da olsa, qiblə əhlindən hər hansı bir kimsənin cənazə namazını qılmağı tərk etmərəm. Çünki mən, uca Allahın:

"Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə, onlar üçün bağışlanma diləmək yaraşmaz."

ayətilə, müşriklər xaricində hər hansı bir kimsəyə, dua (və cənazə namazı qılmağı) qadağan etmiş olduğunu eşitməmişəm.

Ata b. əbi Rəbah deyir:

Müşriklərə dua etməyi qadağan edən ayət və burda məğfirət diləməyi qadağan edən ayət ilə qəsd edilən şey, cənazə namazıdır.

• Üçüncü bir cavab da, belədir:

Həyatda olanlara məğfirət diləmək, caizdir. Çünki, onların iman etmələri umulur. Gözəl sözlərlə, onların qəlblərini isindirmək və dinə girməyə onları şövqləndirmək, mümkündür.

Bir çox alim də, belə deməkdədirlər:

İnsanın, həyatda olduqları müddətcə, kafir ata və anasına dua etməsində, onlar üçün məğfirət diləməsində, bir məhzur (həzər ediləcək bir hal) yoxdur. Ancaq, öləndən ümid tamamilə kəsilmiş olduğundan, ona dua edilməz.

ibn Abbas (radiyallahu anh), deyir:

"Müsəlmanlar, ölmüşlərinə məğfirət diləyirdilər. Bunun üzərinə, bu ayət nazil oldu. Bu səfər, onlara məğfirət diləməkdən uzaq durdular. Ancaq, bu ayət, öləcəkləri vaxta qədər həyatda olanlar üçün məğfirət diləmələrini də qadağan etmədi."

------------------

(Haşiyə:

Kafirlərlə dostluq:

https://suallarlaislam.com/.../kafirl%C9%99rl%C9%99...)

-------------------

-------------------

Tövbə/114-ə dair açıqlamalarımızı, 3 başlıq altında təqdim edəcəyik:

1. Ayətin nüzul səbəbi və İbrahimin, atasına məğfirət diləmə sözü:

Nəsai'nin rəvayətinə görə, Əli b. əbi Talib (radiyallahu anh), belə demişdir:

Mən, birinin -müşrik olduqları halda- ata-anasına məğfirət diləməkdə olduğunu eşitdiyimdə, ondan: "Hər ikisi müşrik olduqları halda, onlara məğfirətmi diləyirsən?" deyə soruşdum.

- O, Mənə: "İbrahim (əleyhissəlam), atasına məğfirət diləməmişdimi?" deyə cavab verdi.

Bunun üzərinə, mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına getdim və Ondan, bunu soruşdum. "İbrahimin öz atası üçün bağışlanma diləməsi isə, sadəcə ona verdiyi sözə görə idi." ayəti endi. (Nəsai, "Sünən", "Cənaiz"/102)

Ayətin mənası, budur:

Ey möminlər! İbrahim əl-Xəlil'in, atası üçün məğfirət diləməsində, lehinizə dəlil olacaq bir tərəf yoxdur. Çünki, Onun bu istəyi, ancaq, vermiş olduğu bir sözdən dolayı idi.

ibn Abbas, deyir:

İbrahimin atası, İbrahimə, Allaha iman edəcəyinə və bütləri tərk edəcəyinə dair söz vermişdi. Ancaq, atası, küfr üzərə ölüncə, artıq onun, Allahın bir düşməni olduğunu qətiliklə bildi və ona dua etməyi tərk etdi. Buna görə, uca Allahın: "Ona" ayətindəki damir (şəxs əvəzliyi):

~ İbrahimə aiddir; söz verən şəxs isə, Onun atasıdır.

~ Söz verənin, İbrahim olduğu da söylənmişdir. Yəni, İbrahim, atasına, özünə məğfirət diləyəcəyinə dair söz vermişdi. Ancaq, müşrik olaraq ölüncə, ondan uzaqlaşdı. Bu söz verməsinə isə, uca Allahın: "Rəbbimdən, sənin üçün məğfirət diləyəcəyəm." (Tövbə/47) ayəti də dəlil təşkil etməkdədir.

Qadı əbu Bəkr b. əl-Arabi, deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), əbu Talibə məğfirət diləmək xüsusunda, uca Allahın: "Sənin üçün, Rəbbimdən məğfirət diləyəcəyəm." ayətinə istinad etmişdi. Uca Allah isə, Ona, İbrahimin, atasına məğfirət diləməsinin, onun kafir olduğu üzə çıxmadan əvvəl, atasına verdiyi bir söz dolayısı ilə olduğunu xəbər verdi. İbrahim, atasının açıqca küfrünü başa düşüncə, ondan uzaqlaşdı. O halda, Sən, ey Muhamməd! Əminin kafir olaraq öldüyünü gördükdən sonra, necə olur ki, ona məğfirət diləyirsən?

----------------------------

2. Ölüm əsnasındakı halının zahirinə görə insan haqqında hökm verilə bilər!

Ölüm əsnasında, insanın halının zahirinə görə hökm verilər. Əgər iman üzərə ölərsə, onun lehinə beləcə hökm verilər. Əgər küfr üzərə ölərsə, yenə onun haqqında beləcə hökm verilər. Rəbbin isə, onun iç üzünü ən yaxşı biləndir. Bu qədər var ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, əmisi Abbas: "Ey Allahın rəsulu! Əminə hər hansı bir faydan toxundumu?" deyə soruşunca, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bəli!" demişdi. (Buxari, "Ədəb"/115; Riqaq/51)

Burda, bəhsi keçən şəfaət (faydalı olma) isə, "ət-Təzkirə" adlı əsərimizdə də açıqladığımız kimi, cəhənnəmdən çıxışa dair deyil; əzabın xəfiflədilməsinə dairdir.

(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)

Read 93 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR