Tövbə Surəsi 40-cı ayətdə "Sahib" sözü ilə kim qəsd edilmişdir?

Şiə alimlərin tövbə surəsi 40-cı ayədə sahib sözü ilə Əbu Bəkrin ( radiyallahu anh ) nəzərdə tutulması barədə çoxlu sayda etiraflar və fətvalar mövcuddur.

Məsələn,Əl-Mufid qəti şəkildə mağarada olan kəsin Həzrət Əbu Bəkr ( radiyallahu anh ) olduğunu iqrar edir.

أما خروج أبي بكر مع النبي فغير مدفوع، وكونه في الغار معه غير مجحود، واستحقاق اسم الصحبة معروف

“Əbu Bəkrin peyğəmbər ilə birgə çıxmasına gəlincə (bu) dəf olunmazdır,onun mağarada onun ilə birlikdə olması danılmazdır. (Əbu Bəkrin peyğəmbərə)yoldaşılıq etmək isminə layiqliyi bilinir”. 

Qaynaq: Əl-İfsah, səh-185-186; Əl-Mufid.

------------------------------------------------------------

ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ يعني: أنه كان هو وأبو بكر في الغار ليس معهما ثالث؟ وقوله: إِذْ يَقُولُ لِصَاحِبِهِ. أي إذ يقول الرسول لأبي بكر

“İki nəfərdən ikincisi olaraq.Bir zaman o ikisi mağarada olduqları zaman,yəni o ikisi ilə bərabər üçüncüsü olmadığı halda, o və Əbu Bəkr mağarada idilər.(Allahın ) Öz yoldaşına demişdi ( ayəsinin mənası),yəni Rəsul Əbu Bəkrə demişdi”.

Qaynaq: Bihar əl-Ənvar,19/33;Məclisi.

--------------------------------------------------------------

Digər şiə alimi Amili yazır:
ونحن نرى في حديث الهجرة أن النبي(صلى الله عليه وآله وسلم يختفى في الغار حذراً من المشركين كما أن أبا بكر يخاف ويبكى رغم كونه مع النبي الأعظم الذي يتولى الله رعايته وحمايته وظهرت له آنئذٍ الكثير من المعجزات الدالة على ذلك وقد ذكر الله خوف وحزن أبي بكر في القرآن 

“Biz hicrət hədisində Allahın nəzarətini və qorunmasını üzərinə götürdüyü ən əzəmətli peyğəmbərin onun ilə birlikdə olmasına rəğmən Əbu Bəkrin qorxmağını ağlamağını gördüyümüz kimi peyğəmbərin muşriklərdən həzər edərək mağarada gizləndiyini və Allahın Əbu Bəkrin qorxu və hüznünü zikr etdiyi halda, bu zaman ona (peyğəmbərə) (Allah tərəfindən qorunmasına və himayəsinə) dəlalət edən (göyərçin və hörümçək yuvası kimi) bir çox möcüzələrin üzə çıxdığını görürük”.

Qaynaq: Əs-sahih min sira ən-nəbiyyi əl-azam;Cəfər Amili.

--------------------------------------------------------------------

Şiə müfəssiri Təbərsi, 9/40-cı ayəni təfsir edərkən ayədə Sahib sözü ilə bağlı öz görüşünü ortaya qoyarkən bu kəsin Əbu Bəkr olduğunu demişdir.

{ إذ يقول لصاحبه } أي إذ يقول الرسول لأبي بكر

Şiə müfəssiri Tusil 9/40-cı ayəni təfsir edərkən sahib sözü ilə Əbu Bəkrin nəzərdə tutulduğunu demişdir.{ قال لصاحبه } يعني ابا بكر

Şiə müfəssiri Tabətabai 9/40-cı ayəni təfsir edərkən ayədəki sahib sözü ilə Əbu Bəkrin nəzərdə tutulduğunu demişdir.إذ يقول النبي صلى الله عليه وآله وسلم لصاحبه وهو أبو بكر:

Şiə müfəssiri feyz əl-kaşani 9\40 cı ayədəki sahib sözü ilə bağlı əqidəsini ortaya qoyarkən bu söz ilə Əbu Bəkrin nəzərdə tutulduğunu nəzərədə tutulduğunu demişdir.إذْ يَقُولُ لِصَاحِبِهِ } وهو أبو بكر { لاَ تَحْزَنْ }

Şiə müfəssiri 9/40 cı ayəni təfsir edərkən bu kəs ilə Əbu Bəkrin nəzərdə tutulduğunu demişdir.نّ رسول الله (ص) اقبل يقول لابى بكر فى الغار: اسكن فانّ الله معنا

Read 60 times
In order to make a comment, please login or register