Tövhidin əqli isbatı
Kəlam alimlərinin, Allahın birliyini isbat üçün gətirdiyi dəlillərdən biri də, "Təmanu" dəlilidir.
Hər səlim ağıl sahibi bilir ki, Uluhiyyət sifətinə sahib olan və varlığı xaricdən bir varlığın deyil, Zatının gərəyi olan bir Varlıq, mütləq qüdrət və hökm sahibidir. Bu hal, Uluhiyyətin gərəyidir. O halda, ilah olan Varlığın qüdrət və qüvvəti qarşısında dayana biləcək bir rəqibi olmaması lazım gəlir. Əks təqdirdə, qüdrəti nöqsan, özü naqis bir varlıq olar. Belə bir varlıq da, ilah ola bilməz.
İndi, hər cəhətdən bir-birinə bərabər 2 ilah mövcud olduğunu fərz edək. Yaratmaq və hökm etməkdə müstəqil hərəkət etmələri, ilahlığın gərəyi olduğundan, bu 2 ilahın hər zaman ittifaq edib razılaşmaları, muhaldır/imkansızdır. Tam bir qüdrət və hökm sahibi olan hər bir ilahın, öz arzusuna müxalifət edilməsinə riza göstərməsi də, muhaldır. Bu halda, hər cəhətdən bir-birinə bərabər 2 ilahın mövcud olduğunu fərz etdiyimizdə, aralarında ixtilaf; və arzularında ziddiyyət olacağı, qətidir. Belə bir ixtilaf nəticəsində, məsələn, ilahların biri bir şeyin olmasını; digəri də olmamasını istəsə, əqlən bu 3 ehtimaldan biri olacağı şübhəsizdir:
1. Ya iki ilahın da dediyi olacaqdır; və ya
2. Hər ikisinin də dediyi olmayacaqdır; yaxud
3. İlâhlardan birinin istədiyi olarkən, digərinki olmayacaqdır.
Bu ehtimallardan hər biri də, əqlən muhal/imkansızdır. Belə ki:
1. Hər ikisinin də istədiyi olsa, bir anda bir şeyin həm olması, həm də olmaması, yəni varlıq və yoxluq kimi 2 ziddin bir araya gəlməsi halı ortaya çıxır ki, bu, məntiqi cəhətdən imkansızdır.
2. Hər 2 ilahın da istədiklərinin olmaması, bir anda bir şeyin həm varlıqdan, həm də yoxluqdan məhrum qalması, yəni, zidlərin ortadan qalxması deməkdir ki, bu da əqlən və məntiqi cəhətdən imkansızdır. Bununla bərabər, istəkləri yerinə gəlməyən ilahların acizliyə düşmələri də bəhs mövzusudur. Aciz olan varlıqlar isə, ilah ola bilməzlər, bir şey yarada bilməzlər.
3. İlahlardan birinin arzusu gerçəkləşlər, digərinki reallaşmazsa, arzusu yerinə gəlməyən ilah, aciz olar, aciz olan isə, ilah ola bilməz. Bununla bərabər, uluhiyyət sifətlərində bərabər olduqlarını zikr etdiyimiz 2 ilahdan birinin aciz olduğu sabit olunca, aciz olana bərabər olan digərinin də aciz olacağı sabit olar. Beləcə, hər 2 ilahın da aciz olması lazım gələcək. Aciz olan varlıqlar da, ilah ola bilməzlər.
Bu şəkildə, bütün ehtimalların batil olduğu ortaya çıxınca, 2 ilah fərziyyəsinin batil olduğu da özü-özlüyündən sabit olur. O halda, ilah, təkdir. O da, varlığı əzəli, əbədi, Zatının gərəyi, mütləq kamillik, qüdrət və əzəmət sahibi olan Haqq Taala'dır. Bu həqiqəti, Haqq Taala, Öz əzəmətli Kitabında belə bəyan etməkdədir:
قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًا
"De: 'Əgər müşriklərin söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına çatmaq üçün yol axtarardılar." (İsra/42);
مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَـٰهٍ ۚ إِذًا لَّذَهَبَ كُلُّ إِلَـٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
"Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır." (Mu'minun/91);
لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَـٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ
"Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!" (Ənbiya/22)
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
İmkan və Hudus dəlilləri
Allahın varlığı, vacib və əzəlidir. Məxluqatın varlığı isə, mümkin və hadisdir.
• Vacib: Olması zəruri; olmaması muhal/imkansız;
• Mümkin isə: Var olub-olmamaq hallarından hər ikisini də qəbul edə bilən, yəni, var ola bildiyi kimi, yoxluqda da qala bilən
mənasına gəlir.
Bir mümkin, varlıq meydana çıxmışdırsa, onun var olması, yoxluqda qalmasına tərcih edilmiş deməkdir. Bu tərcih isə, ancaq, varlığı vacib olan Allahın iradəsilə gerçəkləşir.
Bütün məxluqlar, mümkin olmaları cəhətilə, bir-birinə bərabərdirlər. Bundan dolayı, biri, digərinin yaradıcısı ola bilməz.
Yaradıcının müqəddəs həqiqəti, yaradılanların həqiqətlərinə bənzəməz. Yazıçı ilə yazı; memar ilə əsər, bir-birindən ayrı mahiyyətdədirlər. Yazılar eyni cinsdən olub, bunlardan biri digərinin yazıçısı ola bilməyəcəyi kimi; bir memari əsərin də bir bölməsini, digər bölməsinin düzəltdiyi, düşünülə bilməz.
Məsələn, Elmdar ismi, bir məna ifadə edir. Fayda (yəni məna ifadə etməsi), hərflər, yalnız bu ardıcıllıqla yazıldığında hasil olur. Əgər yazıçı, şüurlu bir əl deyil, bu hərflərdən biri olsa, hər bir hərfdə, faydanı (yəni Elmdar ismini) görə biləcək bir göz, bilə biləcək bir elmin varlığı zəruridir. Bunun da nə qədər absurd olduğu, açıqdır.
Demək, bunların hamısı, yazılmış, yaxud düzəldilmiş olmaqda bərabərdirlər; və onları yazan və ya yaradan, onlara bənzəməkdən münəzzəh bir mahiyyətdədir.
İlahi iradə, bir mümkini varlıq meydanına çıxarmağı dilədiyində, onu yoxluqdan qurtarır, var edir. Bu varlıq:
~ yaradılmış olması yönü ilə - "məxluq";
~ sonradan meydana gəlməsi cəhətilə də - "hadis"
deyə adlandırılır.
Hər məxluq, hadisdir. Yəni sonradan ihdas edilmiş, varlığa qovuşmuşdur. Bu sonradan meydana gəlməyə - "hudus"; və bu özəlliyə sahib olanlara da - "hadis" deyilir.
~ Mümkin varlıqların Yaradıcısı, ancaq - Vacib ola biləcəyi kimi;
~ Hadis olanları Yaradan da, ancaq - Əzəli bir Zat ola bilər.
İmkan və hudus həqiqətləri, beləcə, vücub/vaciblik və əzəliyyəti göstərirlər.
"Risale-i Nur" külliyyatında, imkan və hudusun kəlam alimlərincə vermiş olduqları tərif, belə nəql edilir:
"İmkân, mütesâviyü't-tarafeyndir (2 tərəfi bir-birinə bərabər olan şeydir). Yani, adem (yoxluq) ve vücud (varlıq), ikisi de müsavi (bərabər) olsa, bir tahsis edici (xas qılıcı), bir tercih edici, bir mucid (icad edən) lâzımdır."
"Âlem, mütegayyirdir. Her mütegayyir, hâdistir. Herbir hâdisin bir muhdisi, yani mucidi var. Öyle ise, bu kâinatın kadîm bir mucidi var." (Sözlər, 33-cü Söz, 30-cu Pəncərə, s. 663)
Mətndə keçən "mütegayyir": "dəyişən, başqa bir hala, ayrı bir mahiyyətə girən" deməkdir. Bir şeyin dəyişməsi isə, o şeyin vacib və əzəli olmayıb, mümkin və hadis olduğunu göstərir.
Məsələn, su və torpaq dəyişərək, bir alma halına gəlirlər. Bu hal göstərir ki, o su və torpaq da, daha əvvəllər bir dəyişikliyə uğrayaraq bu günki hallarını almışlardır.
Yediyimiz bu alma da, dəyişilməyini davam etdirir. Yəni insan bədəninə girdiyində, ət, qan və s. şeylərə çevrilir. Bu dəyişilmə, gələcəyə doğru da davam edib getməkdədir.
Demək ki, mümkin və hadis olan maddəni, haldan-hala çevirən və müxtəlif vəzifələrdə çalışdıran Vacib və Əzəli bir Hakim var. O Hakim isə, ancaq Allahdır.
Ustad Said Nursi (rahmətullahi aleyh), imkan məsələsini, kəlam alimləri kimi, sadəcə var olub-olmamaq üzərinə təxsis etməmiş, bunu, daha geniş cəhətlərdən ələ almışdır. Belə ki, O, "Şualar" adlı əsərində, belə deyir:
"Herşey, küllî ve cüz'î bulunsun, büyük ve küçük olsun, Arştan ferşe (yerə); zerrattan (zərrələrdən) seyyarata (ulduzlara) kadar her mevcut:
~ mahsus bir zât; ve
~ muayyen bir suret; ve
~ mümtaz (seçkin) bir şahsiyet; ve
~ has sıfatlar; ve
~ hikmetli keyfiyetler; ve
~ maslahatlı (faydalı) cihazlarla
dünyaya gönderiliyor.
Halbuki,
~ o mahsus zâta ve o mahiyete, hadsiz imkânat (imkanlar) içinde o hususiyeti vermek;
~ hem, sûretler adedince imkânlar ve ihtimaller içinde o nakışlı ve fârikalı (fərqli) ve münasip o muayyen sureti giydirmek;
~ hem, hemcinsinden olan eşhasın (şəxslərin) miktarınca imkânlar içinde çalkanan o mevcuda, o lâyık şahsiyeti imtiyazla tahsis etmek (xas qılmaq);
~ hem, sıfatların nevileri ve mertebeleri sayısınca imkânlar ve ihtimaller içinde şekilsiz ve mütereddit (qərarsız, hələ bir surət almamış) bulunan o masnua (sənət əsərinə), o has ve muvafık maslahatlı (faydalı) sıfatları yerleştirmek;
~ hem hadsiz yollar ve tarzlarda bulunması mümkün olması noktasında hadsiz imkânat (imkanlar) ve ihtimalât (ehtimallar) içinde mütehayyir (heyrət içində), sergerdan ("başını itirmiş"), hedefsiz o mahlûka, o hikmetli keyfiyetleri ve inayetli cihazları takmak ve teçhiz etmek,
elbette, küllî ve cüz'î bütün mümkinat (mümkinlər) adedince ve her mümkünün mezkûr (zikr edilən) mahiyet ve hüviyet (şəxsiyyət), heyet ve suret, sıfat ve vaziyetinin imkânâtı (imkanları) adedince,
~ tahsis edici (xas qılıcı), tercih edici, tayin edici, ihdas edici bir Vâcibü'l-Vücudun (varlığı vacib, zəruri olan Allahın) vücub-u vücuduna (varlığının vacib, zəruri olmasına); ve
~ hadsiz kudretine ve nihayetsiz hikmetine ve hiçbir şey ve hiçbir şe'n (hal), Ondan gizlenmediğine; ve
~ hiçbir şey Ona ağır gelmediğine; ve
~ en büyük birşey, en küçük birşey gibi Ona kolay geldiğine; ve
~ bir baharı bir ağaç kadar ve bir ağacı bir çekirdek kadar suhuletle (asanlıqla) icad edebildiğine
işaretler ve delâletler ve şehadetler, imkân hakikatinden çıkıp kâinatın bu büyük şehadetinin bir kanadını teşkil ederler."
Yəni:
Hər bir şey, külli olsun, cüzi olsun; böyük olsun, kiçik olsun; ərşdən yerə; zərrələrdən ulduzlara qədər mövcud olan hər bir şey:
~ məxsus bir zat;
~ müəyyən bir surət;
~ mümtaz bir şəxsiyyət;
~ xas sifətlər;
~ hikmətli keyfiyyətlər;
~ faydalı "cihazlar"
ilə dünyaya göndərilirlər.
Halbuki:
~ o məxsus zata və o mahiyyətə, hədsiz imkanlar içində o xüsusiyyəti vermək;
~ həm surətlər ədədincə imkanlar və ehtimallar içində, o naxışlı və fərqli və münasib o müəyyən surəti geyindirmək;
~ həm, həmcinsindən olan şəxslər miqdarınca imkanlar içində çalxalanan o mövcuda, o layiq şəxsiyyəti imtiyazla təxsis etmək (xas qılmaq);
~ həm, sifətlərin növləri və mərtəbələri sayısınca imkanlar və ehtimallar içində, şəkilsiz və qərarsız olan o məsnua (sənət əsərinə), o xas və müvafiq faydalı sifətləri yerləşdirmək;
~ həm, mövcud olması, hədsiz yollar və tərzlərdə mümkün olması cəhətindən, hədsiz imkanlar və ehtimallar içində, (sanki) "heyrət içində, sərgərdan (başını itirmiş), hədəfsiz" o məxluqa, o hikmətli keyfiyyətləri və inayətli cihazları asmaq və (onlarla, onu) təchiz etmək,
əlbəttə, külli və cüzi bütün mümkünlər ədədincə və hər mümkünün məzkur (yuxarıda zikr edilən) mahiyyət, hüviyyət, heyət, surət, sifət və vəziyyətinin imkanları ədədincə,
~ təxsis edici (xas qılıcı), tərcih edici, təyin edici, ihdas edici bir Vacibu'l-Vücud (varlığı vacib olan Allah)'ın varlığının vacib olmasına; və
~ hədsiz qüdrətinə, nəhayətsiz hikmətinə, heç bir şey, heç bir şə'n (iş), Ondan gizlənmədiyinə; və
~ heç bir şey, Ona ağır gəlmədiyinə; və
~ ən böyük bir şey, ən kiçik bir şey kimi, Ona asan gəldiyinə; və
~ bir baharı, bir ağac qədər və bir ağacı, bir çəyirdək qədər asanlıqla icad edə bildiyinə,
işarətlər, dəlalətlər və şəhadətlər, -imkan (mümkünlük) həqiqətindən- çıxıb, kainatın bu böyük şəhadətinin bir qanadını təşkil edirlər. (7-ci Şua, "Ayətu'l-Kübra", 18-ci Mərtəbə, s. 120-121)
Mətn içində keçən bəzi imkan (mümkünlük) cəhətlərinə nəzər salaq. Məsələn:
~ "Məxsus bir zat": Allahın əzəli elmində, hər varlığın ayrı bir mahiyyəti vardır. Bu "mahiyyətlər aləmi" isə, sonsuzdur. Bu elmi vücudlar, yaratma felilə xarici bir vücud geyinirlər və hər biri, ayrı bir zat olaraq, bu aləmdə boy göstərirlər.
Məsələn, bir göyərçinin zatı, sonsuz yollardan bir yol ilə ortaya çıxmışdır. 1/∞ olan bu mövcud halın tərcihi, əlbəttə ki, bir iradə ilə olmuşdur və bu, Allahın varlığına dəlildir.
~ "Müəyyən bir surət": Göyərçinin mahiyyəti, bu bildiyimiz şəklin xaricində sonsuz deyiləcək qədər çox şəkillərdən, surətlərdən biri ilə də özünü göstərə bilərdi. Ancaq onların heç biri, onun zatına uyğun düşməz və onun üçün faydalı olmazdı. O nazik heyvanın o həssas ruhuna, bir şir və ya canavar surətinin yaraşmayacağı; və belə bir bədəndən onun fayda görə bilməyəcəyi açıqdır.
Bax zatlara ən uyğun surətləri geyindirmək də, yenə bir tərcih, bir iradə, bir elm işidir və bu, ancaq Allaha məxsusdur.
Zat və surət üçün verdiyimiz bu izahların bənzərlərini, sifətlər və orqanlar üçün də verə bilərik. Və o vaxt görərik ki, hər bir varlıq, həm zatı, həm surəti, həm sifətləri, həm orqanları (məsələn qoyuna canavar pəncəsi; və ya canavara qoyun ayaqları verilməsi kimi) etibarı ilə, sonsuz imkan yolları içindən, ən uyğun bir yol ilə varlıq meydanına çıxarılmışlardır.
Belə təbir etmək mümkündürsə, imkan dairəsində olan "sonsuz qədər sonsuz" yollardan, o varlıq üçün ən uyğun olan zatın, surətin, sifətlərin, orqanların verilməsi, Allahın varlığını, hər ağıl sahibinə bütün açıqlığı və parlaqlığı ilə oxutdurur.
--------------------------
Əlavələr:
Tövhidin isbatında "fayda" dəlili:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-isbatinda-fayda-d%C...
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/kosmoloji-arqument-%E2%80%93...
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99bl%C9%99r-n%C9...
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-varliginin-v%C9%99-t...
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/kainatda-bir-biril%C9%99-yol...
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99syada-t%C9%99sir-vardirmi
