Türklər haqqında hədislər-2

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Müsəlmanlar, üzləri qat-qat dəri ilə örtülmüş qalxan kimi olan, qıldan libas geyən Türklərlə döyüşmədikcə, qiyamət qopmaz."

(Əbu Davud, Sünən tərcümə və şərhi, Kitabu'l-Məlahim (Meydana gələcək böyük hadisələr və döyüşlər kitabı): "Türklərlə döyüşmək" babı, hədis no: 4303)

----------------------

İzahı:

Hədisdə Müsəlmanların Türklərlə döyüşəcəyi bildirilməkdə və Türklərin şəkli tərif edilməkdədir. Beydavi'nin dediyinə görə:

• üzlərinin qalxan kimi olmasından məqsəd, geniş olması;

• qalxanın qat-qat dəri ilə örtülmüş olmasından məqsəd də, sərt və ətli olmasıdır.

Ayrıca hədisdə haqqında danışılan qövmün, qıldan düzəldilmiş libas geyəcəkləri bildirilməktədir. Bəzi alimlər bu cümləni, Muslim və əbu Davud'un bir sonrakı rəvayətlərinə baxaraq, qıldan toxunmuş ayaqqabı geyəcəkləri şəklində açıqlamışlardır. Nəvəvi də bu izahı gətirənlərdəndir.

"Avnu'l-Məbud Şərh-u Sunən-i əbu Davud" müəllifi Əzimabadi isə, Muslimdəki rəvayətin:

"Onlar qıldan (düzəldilən) şeylər geyərlər və qıldan düzəldilən ayaqqabılarıyla yeriyərlər."

şəklində olmasına diqqət çəkərək, həm üzərlərinə geydikləri libasın, həm də ayaqlarına geydikləri ayaqqabıların qıldan olacağını söyləyir.

Hədisdəki tərifə görə, Müsəlmanlarla döyüşəcək olan millətin Tatarlar olması möhtəməldir.

İmam Bədrəddin əl-Ayni (əl-Hənəfi) rahmətullahi aleyh'in bu izahı, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in işarət etdiyi ordunun Çingiz xan və nəvəsi Hülakü xanın rəhbərliyi altında İslam aləmini alt-üst edib yıxan, qəddarlığı ilə dillərə dastan olan Tatar ordusu olduğuna işarət edir.

Ayni, belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xəbər verdiyi bu döyüşlərin bir qismi hicri 617-ci ildə meydana gəlmişdir.

Türklərdən bir ordu çıxaraq, bütün Xorasan diyarını qılıncdan keçirmiş, bundan sadəcə mağaralara sığınanlar qurtula bilmişlərdir. Bunlar, Rey, Qəzvin və Marağa'ya qədərki bütün İslam torpaqlarını çeynəyib keçmiş, qadınlarını əsir edib uşaqlarını kəsmişlərdir. Sonra da İsfahana ilərləyərək saysız-hesabsız insan öldürmüşlərdir. Atlarını məscidlərə doldurmuş və onları məscidlərin sütunlarına bağlamışlardır."

Read 2 times
In order to make a comment, please login or register