Üç gündən artıq küsülü qalmaq olarmı?

"Möminlə döyüşmək, küfür əhlinin; və ona söymək, fasiqlərin işidir.

Müsəlman üçün, 3 gündən artıq müddətlə (din) qardaşı ilə küsülü qalması, halal deyildir."

-------------------------

İzahı:

İmam Sindi (əl-Hənəfi) belə deyir:

"3 gündən artıq küsülü qalmağın haramlığı, ev əhlindən olmayan başqaları üçündür və küsməyin dini bir xüsusdan dolayı olmaması şərtinə bağlıdır.

Ev xalqının tə'dib (ədəbləndirilməsi) və tərbiyəsi üçün, daha çox küsülü qalına bilər. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir ara, bir ay müddətlə xanımları ilə danışmamışdı.

Bununla bərabər, dini bir mövzudan dolayı küsülü qalmaq üçün, bu müddət əsas deyildir. Məsələn, dinə zidd davranışlarından dolayı tərk edilən bir müsəlman, o pisliyi tərk etməkdikcə, onunla küsülü qalına bilər. Necə ki, Təbuk döyüşünə üzrsüz qatılmayan 3 səhabə, 50 gün müddət ilə, Nəbi (sallallahu aleyhi və səlləm)'in əmri ilə, səhabələr tərəfindən tərk edildilər. Ən nəhayət, tövbələri Allah Taala tərəfindən qəbul edilincə, onlarla danışmaq icazəsi verildi.

Biri ilə danışıldığı və təmas qurulduğu təqdirdə, ondan dini yöndən və ya dünyəvi cəhətdən zərər gələcəyindən narahatlıq duyan bir müsəlmanın ondan uzaq durması və çəkinməsi, alimlərcə caiz görülmüşdür."

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Bidətlərdən və mücadilədən (cədəlləşmək, bilə-bilə batili müdafiə edib haqqı batil göstərməyə girişməkdən) uzaq qalmağın bəyanı babı", hədis no: 46)

-----------------------

İbn Abdi'l-Bərr belə deyir:

"3 gündən artıq küsülü qalmağın caiz olmadığı üzərində, elm adamları icma etmişlərdir. Ancaq özü ilə danışılması halında, dininə bir zərər gələcəyindən yaxud canına ya da dünyasına bir zərər gələcəyindən qorxulan kimsə olması müstəsnadır.

Əgər özü ilə danışılmayan şəxs belədirsə, caizdir.

Neçə gözəl ayrılıqlar vardır ki, narahat edən, əziyyət verən bərabərlikdən daha xeyirlidir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 78- "Kitabu'l-Ədəb (Ədəb kitabı): "Hicrət babı")

Read 27 times
In order to make a comment, please login or register