Üç məscid xaricində hər hansı bir yerə (ibadət məqsədilə) səfər etməyin məkruh olması

1616. Haşim ---> Əbdü'l-Həmid təriqilə özündən rəvayət edildiyinə görə, Şehr b. Həvşəb, belə deyir:

Yanında, Tur dağında namaz qılmaqdan bəhs edilincə, əbu Səid əl-Xudri (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğunu nəql etdi:

"Namaz qılmaq məqsədilə, Məscidu'l-Haram, Məscidu'l-Aqsa və Mənim bu məscidim xaricində hər hansı bir məscidə getmək üçün səfərə çıxılmasına gərək yoxdur. Müsəlman olmuş bir qadının, yanında əri və ya bir məhrəmi olmadan səfərə çıxmasına gərək yoxdur. Gündüzün 2 vaxtında namaz qılmağa gərək yoxdur: Sübh namazından sonra günəş yüksəlincəyə qədər; və əsr namazından günəş batıncaya qədər. 2 gündə oruc tutulmaz: Ramazan bayramı günündə və Qurbanı bayramı günündə." (Əhməd b. Hənbəl, "Müsnəd", lll, 64)

ibn Həcər Asqalani, bu hədisin baş tərəfini belə nəql edir:

"Namaz qılan bir kimsənin, Məscidu'l-Haram, Məscidu'l-Aqsa və Mənim bu məscidim xaricində, içində namaz qılmaq qəsd edilən hər hansı bir məscidə getmək üçün səfərə çıxmasına gərək yoxdur."

ibn Həcər, hədisin, Əhməd b. Hənbəl tərəfindən rəvayət edildiyini bildirdikdən sonra, Şehr b. Həvşəb'in bir az zəif olmaqla bərabər, rəvayətləri həsən qəbul edilən (həsənu'l-hədis) bir ravi olduğunu qeyd edir. ("Fəthu'l-Bari", lll, 65)

Yəni, hədis, həsəndir. Bu hədis, Buxari'nin rəvayət etdiyi:

"Bu 3 məscid xaricində hər hansı bir yerə getmək üçün səfərə çıxılmaz:

~ Məscidu'l-Haram;

~ Məscidu'n-Nəbəvi;

~ Məscidu'l-Aqsa." (Buxari, hədis no: 1189; Tirmizi, "Saləh", 243)

hədisini də açıqlamaqdadır.

Şəvkani, Şehr b. Həvşəb hədisinin, "Mənim bu məscidim, Məscidu'l-Haram və Məscidu'l-Aqsa xaricində, içində namaz qılmaq qəsd edilən hər hansı bir məscidə getmək üçün səfərə çıxılmasına gərək yoxdur." şəklindəki rəvayətlərinin də, həsən bir sənədlə sabit olduğunu ifadə edir. ("Neylu'l-Əvtar", V, 156)

ibn Həcər'in, "Təqribu't-Təhzib"də və "Təhzibu't-Təhzib"də verdiyi məlumatlar diqqətə alındığında, Əhməd b. Hənbəl'in sənədində yer alan ravilərin halı, belədir:

~ İlk ravi: Əhməd b. Hənbəl və Kütüb-ü Sittə müəlliflərinin özündən rəvayət etdikləri siqa ravilərdəndir.

~ İkinci ravi: "saduq/doğru sözlü"dür. əbu Talib, Əhməd'dən nəqlən, onun, Şehr b. Həvşəb'dən rəvayət etdiyi hədislərin siqa ravilərcə nəql edilənlərə yaxın olduğunu və əzbərlənə biləcəyini söyləmişdir. Əhməd b. Salih əl-Misri isə, onun, güvənilən bir ravi olduğunu və Şehr'dən rəvayət etdiklərinin səhih olduğunu ifadə etmişdir.

Sənəddəki digər ravilər isə, Muslim'in özlərindən rəvayət etdiyi ravilərdir. Dolayısı ilə, hədis, həsəndir. Əbdü'l-Həmid xaricindəki raviləri, Muslim'in raviləri qədər güclüdür.

Hədis, 3 məscid xaricində, hər hansı bir məscidə, ibadət məqsədilə səfər edilməsinin məkruh olduğuna, açıqca dəlalət etməkdədir. "Qutu'l-Muğtəzi" adlı əsərdə (l, 332), Tirmizi'nin ("Saləh", 243), əbu Səid əl-Xudri (radihallahu anh)'dan rəvayət edib "həsən-səhih" dediyi: "Bu 3 məscid xaricində hər hansı bir yerə səfərə çıxılmaz: Məscidu'l-Haram, Mənim məscidim və Məscidu'l-Aqsa." hədisi nəql edildikdən sonra, belə bir açıqlamaya yer verilir:

İraqi dedi:

Bu hədis haqqındakı izahların ən gözəli, yalnız məscidlərə dair bir hökm ehtiva etdiyini söyləməkdir. Yəni, bu 3 məsciddən başqa bir məscidə getmək məqsədilə səfər edilməz. Yoxsa, elm öyrənmək; saleh insanları və qardaşları ziyarət etmək; ticarət, ya da istirahət kimi məqsədlərlə məscidlər xaricindəki bir yerə səfər etmək, bu hədisin muhtəvasına girməməkdədir. Necə ki, bu, Əhməd b. Hənbəl'in rəvayətində, açıqca bildirilməkdədir.

Bəziləri, belə dedilər:

"Bununla bərabər, əbu Səid əl-Xudri (radiyallahu anh)'ın bu hədisi, Tur dağında namaz qılmaq üçün səfər etməyin doğru olmadığı xüsusunda dəlil olaraq istifadə edilməsi, doğru deyildir. Çünki hədis, məscidlər xaricindəki yerləri əhatə etməməkdədir..."

Deyirəm:

Allah, səni öldürsün! Bu adam, səhabəni, xətalı göstərmək xüsusunda, nə qədər də cəsur davranır. Məncə, əbu Səid (radiyallahu anh)'ın çıxardığı nəticə, doğrudur. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Namaz qılmaq məqsədilə, Məscidu'l-Haram, Məscidu'l-Aqsa və Mənim bu məscidim xaricində hər hansı bir məscidə getmək üçün səfərə çıxılmasına gərək yoxdur." şəklindəki ifadəsi, bu 3 yer xaricində hər hansı bir yerə, namaz qılmaq məqsədilə səfər etməyin doğru olmadığı mənasına gəlməkdədir. Bizim, "Müsnəd"dən nəql etdiyimiz rəvayətdəki "İçində namaz qılmaq qəsd edilən bir məscidə getmək üçün səfərə çıxılmasına gərək yoxdur." ifadəsi də, bunu açıqlamaqdadır. Çünki, Məscidu'l-Haram və digər 2 məscid xaricindəki məscidlərdə namaz qılmaq arzusu, açıqca nəhy edilməkdədir. Məscid ilə qəsd edilən, "namaz qılınan yer"dir. Eyni şəkildə, bu ifadə, 3 məscid xaricindəki bir məscidə namaz qılmaq məqsədilə səfər etməyi də nəhy etməkdədir. Bu halda, məscidin, digər məkanlardan daha üstün olduğu diqqətə alındığında, nassın dəlaləti ilə, bu hökm çıxarıla bilər: Məscid xaricindəki bir məkanda namaz qılmaq məqsədilə səfərə çıxmaq isə, əvləviyyətlə nəhy edilmiş olacaqdır.

Bu rəvayətlərdə, nəhyin, sadəcə 3 məscid xaricindəki bir məsciddə namaz qılmaq niyyətilə təqyid edilmiş (məhdudlaşdırılmış) olması, Zahiri fəhmə sahib olan Vəhhabilərin, nəhyin muhtəvasını, 3 məscid xaricindəki hər yerə edilən səfərləri əhatə edəcək şəkildəki görüşlərinin batil olduğunu ortaya qoymaqdadır. Onlar, məsciddə namaz qılmaq niyyəti olmadıqca, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəbrini ziyarət üçün edilən səfərlərə də əngəl olmaqdadırlar. Allah, istədiyi kimsələri doğru yola hidayət edər.

(Təhanəvi, "İ'lau's-Sünən")

----------------------

----------------------

1189. əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ancaq 3 məscidə səfər edilər:

~ Məscidu'l-Haram;

~ Məscidu'r-Rasul;

~ Məscidu'l-Aqsa."

-----------------------

Şərhi:

"Səfər edilməz." sözü ilə qəsd edilən, başqa məscidlərə səfər edilməsini nəhy etməkdir. Tibi, belə deyir:

"Bu ifadə, açıq olaraq, nəhy etməkdən daha təsirlidir."

Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu sözü ilə, sanki belə buyurmaqdadır:

"Ziyarət məqsədilə, sadəcə bu məscidlərə gedilə bilər. Çünki, bu yerlərdə, ziyarətin bu bölgələrlə məhdudlaşdırılmasını gərəkdirən hallar vardır."

Bu səfərin, dəvə, at, qatır, eşşək ilə vəya piyada edilməsi arasında, bir fərq yoxdur.

~ Məscidu'l-Haram'dan məqsəd, bütün haram bölgəsidir. Digər bir görüşə görə isə, evlər və s. kimi haram bölgədə olan digər yerlərin xaricində, yalnız namaz qılınan bölmədir.

~ Məscidu'l-Aqsa, Beytu'l-Maqdis'dir. Beytu'l-Maqdis'in, 20-yə yaxın adı vardır. Bunlardan bir qismi: İliya, Beytu'l-Maqdis, Beytu'l-Muqaddəs və Qüds'dür.

Hədisdə, bu məscidlərin, peyğəmbər məscidləri olması səbəbilə, digər məscidlərə olan üstünlüyü və onlara qarşı ayrıcalığı yer almaqdadır. Çünki:

~ Birincisi: İnsanların, (namaz qılarkən yönəldikləri) qibləsi və həcc üçün getdikləri yerdir.

~ İkincisi isə: Əvvəlki ümmətlərin qibləsi idi.

~ Üçüncüsü isə: Təqva təməli üzərinə bina edilmişdir.

Həyatda olan və ya ölmüş olan saleh kimsələri ziyarət etmək, təbərrük qəsdilə fəzilətli yerlərə getmək və oralarda namaz qılmaq üçün səfər etmək xüsusunda isə, ixtilaf vardır:

Şeyx əbu Muhamməd əl-Cüveyni, belə deyir:

Bu hədisin, ilk başda anlaşılan mənası əsas alınaraq, başqa yerlərə ibadət və ziyarət məqsədilə səfər etmək, haram qəbul edilir. Qadı Hüseyn də, bu görüşü tərcih etdiyinə işarət etmişdir. Qadı İyad və bir qrup alim də, bu görüşdədirlər.

Sünən müəlliflərinin bu rəvayəti də, bunu göstərməkdədir:

Basra əl-Ğiffari, Tur dağına səfər etmiş; əbu Hureyrə ona qarşı çıxaraq belə demişdir:

"Sən yola çıxmadan əvvəl sənə çatmış olsaydın, sən, yola çıxmazdın."

əbu Hureyrə, bu hədisi dəlil gətirərək, hədisin ümumi mənasını əsas almışdır.

~ Şafii'lərdən imamu'l-Harameyn və digər bəzi alimlərə görə, səhih olan, bunun, haram olmamasıdır. Onlar, yuxarıdakı hədisə, bir neçə şəkildə cavab vermişlərdir:

a. Tam fəzilət, yalnız bu məscidlərə səfər edilməsi halında bəhs mövzusudur. Digər məscidlər belə olmamaqla bərabər, onları ziyarət etmək, caizdir. Əhməd b. Hənbəl'in bir rəvayətində, belə deyilmişdir: "Dəvələrin səfərə çıxarılmasına gərək yoxdur..." Bu, haram qılma xaricində, istifadəsi yayğın olan bir ifadə tərzidir.

b. İbn Battal, belə deyir: Burdakı qadağa, bu 3 məscid xaricində, başqa bir məsciddə namaz qılmağı nəzr edən kimsəyə xasdır. Çünki, bu nəzri yerinə yetirmək, vacib deyil.

c. Bundan məqsəd, yalnız məscidlərin hökmüdür. İçində namaz qılmaq üçün, bu 3 məsciddən başqa məscidə səfər edilməz. Məscidlər xaricində, saleh bir kimsəni, bir yaxını, dostu ziyarət etmək, elm öyrənmək, ticarət, səyahət məqsədilə edilən səfərlər, bu hədisdəki qadağanın muhtəvasına girməz.

--------------------------------

Bu hədis, bu məscidlərdən birinə getməyi nəzr edən şəxsə vacib olduğuna dəlil gətirilmişdir. Bu görüşü:

~ imam Malik;

~ Əhməd b. Hənbəl;

~ Şafi;

~ Buveyti; və

~ əbu İshaq əl-Mərvəzi

qəbul etmişlərdir.

~ əbu Hənifə isə, bunun, mütləq olaraq vacib olmadığını söyləmişdir.

imam Şafi, "əl-Umm" adlı əsərində, belə deyir:

"Digər 2 məscidin əksinə, həcc ilə bağlı ibadətlər, Məscidu'l-Harama xas olduğu üçün, ora getməyi nəzr edən şəxsin, bunu yerinə yetirməsi, vacibdir."

Şafii məzhəbinə məxsus alimlərin dəstəklədikləri görüş də, budur.

ibnu'l-Munzir'ə görə, 2 haram məscidinə (yəni, Məscidu'l-Haram və Məscidu'n-Nəbəvi'yə) getmə nəzrini, yerinə yetirmək vacibdir. Məscidu'l-Aqsa'ya getmək isə, vacib deyildir. O, Cabir'in rəvayət etdiyi bu hədisi, öz görüşünə dəlil gətirmişdir:

Bir adam, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən: "Allah, sənə, Məkkə'nin fəthini nəsib edərsə, Beytu'l-Maqdis'də namaz qılmağı nəzr etdim." dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), o adama: "Namazını, burda qıl." buyurdu.

ibnu't-Tin, belə deyir:

Şafi'nin əleyhinə dəlil, budur: Mədinə məscidinə və Məscidu'l-Aqsa'ya səfər etmək və o yerlərdə namaz qılmaq, Allaha yaxınlaşdırıcı bir ibadətdir. Dolayısı ilə, Məscidu'l-Harama getməyi nəzr etmək kimi, bu yerlərə getməyi nəzr etmək halında da, bu nəzr, bağlayıcı olar.

--------------------------------

Bu hədis, bu 3 məscid xaricindəki yerlərdə namaz qılmağı və ya başqa felləri nəzr etmə halında, bunun, bağlayıcı olmadığına da dəlil gətirilmişdir. Çünki, digər məscidlərin, bir-birinə qarşı üstünlüyü yoxdur. İnsanın, hər hansı bir məsciddə namazını qılması, kifayət edir.

Nəvəvi deyir:

Leys'in, bunu vacib gördüyünə dair rəvayət xaricində, bu mövzuda, görüş ayrılığı yoxdur. Hənbəli'lərdən bir rəvayətə görə, and kəffarəti lazımdır; nəzr edilmiş sayılmaz. Maliki'lərdən gələn rəvayətə görə, ribatda olduğu kimi, gedilməsi nəzr edilən yerə xas bir ibadət olarsa, nəzr vacib olar; əks təqdirdə, olmaz. Maliki'lərdən Muhamməd ibnu'l-Məsləmə'dən rəvayət edildiyinə görə, Quba məscidinə getmə nəzri də, bağlayıcıdır. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər şənbə günü, Quba məscidinə gedərdi.

Kirmani deyir:

Bu mövzuda, bizim dövrümüzdə, Şam diyarlarında, bir çox münazirələr edilmiş və hər 2 görüşü müdafiə edən risalələr yazılmışdır.

Mən (ibn Həcər) deyirəm:

Kirmani, bu sözlərilə, Şeyx Təqiyuddin əs-Subki və digər alimlərin; ibn Teymiyyə'yə verdikləri rəddi; və hafiz Şəmsuddin ibn Abdi'l-Hadi ilə digər alimlərin də, ibn Teymiyyə'ni dəstəkləməsinə işarət etməkdədir. Bu münazirə, bizim diyarımızda da məşhurdur.

Xülasə etmək lazım gələrsə:

ibn Teymiyyə'yə müxalif olanlar, ibn Teymiyyə'nin, seyyidimiz Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəbrini ziyarət etmək üçün səfər etməyin haram olduğu görüşünü qəbul etdiyini söyləyərək, onun görüşünü ilzam etməkdədirlər (susdurmaqdadırlar). Biz, bunu rədd edirik. Bu məsələdə, hər bir tərəfin, uzun-uzun şərhləri vardır. Bu, ibn Teymiyyə'dən nəql edilən, ən çirkin məsələlərdəndir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəbrini ziyarət etməyin məşru olduğuna dair icma olduğu iddiasını rədd etmək üçün gətirilən dəlil, Malik'in, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəbrini ziyarət etdim." sözünü, məkruh saymasıdır. Maliki'lərdən mühəqqiq alimlər, imam Malik'in bu sözü söyləməyi, ədəbən məkruh saydığını söyləmişlərdir. Qəbrin ziyarət edilməsi isə, əslində, ən fəzilətli əməllərdən, uca Allaha yaxınlaşdıran ən əhəmiyyətli fellərdən olub, bunun məşru olduğu xüsusunda mübahisə olmadan, icma mövcuddur.

Nəvəvi deyir:

İnsanın, sonradan Məscidu'n-Nəbəvi'yə əlavə edilən yerdə deyil; şəxsən Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namaz qıldığı yerdə namaz qılmaq xüsusunda, həris olması lazımdır. Çünki, savabın qat-qat verilməsi, Onun məscidinə xasdır. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu sözünü, "Məkkə məscidi xaric" deyərək qüvvətləndirmişdir. Çünki o, Məkkə'nin hamısını ehtiva etməkdədir.

Hətta Nəvəvi, bunun, bütün haram bölgəsini əhatə etdiyini söyləmişdir.

Bu hədis, Məkkə'nin, Mədinə'dən fəzilətli olduğuna dəlil olaraq gətirilmişdir. Çünki, məkanlar, o yerlərdə edilən ibadətin başqa yerdə edilən ibadətə üstün gəlməsilə, başqasına üstün olur.

(ibn Həcər Asqalani, "Fəthu'l-Bari", 20-ci kitab: Məkkə və Mədinə məscidlərində namazın fəziləti" kitabı; 1-ci bab: "Məkkə və Mədinə məscidlərində namazın fəziləti" babı)

 

Read 36 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR